PA-nın sektor müdiri: "Bəzi məqamlarda özüm də müsabiqənin nəticələrindən narazı qalıram - "Biz kiminsə bacarıqsızlığını mühakimə etməməliyik"
29-06-2022 [21:58]
Ötən gün QHT Agentliyinin “Şuşa ili”nə həsr edilmiş qrant müsabiqəsinin qalibləri elan edilib.
Müsabiqədə 227 iddiaçıdan 22-si qalib gəlib. Qalan 205 QHT-nin layihəsi keçməyib.
Mia.az-ın məlumatına görə, məsələ ilə bağlı Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev Publika.az-a bildirib ki, müsabiqə şəffaf keçirilməməsi ilə bağlı səsləndirilən fikirlərlə razılaşmır:
“Mən də Müşahidə Şurasının bir üzvüyəm, bir səsim var. Birmənalı şəkildə düşünürəm ki, müsabiqə tam şəffaf şəkildə keçirilib. 327 layihənin təqribən yarısı seleksiyadan keçib, seleksiya o deməkdir ki, müəyyən çatışmazlıqlar olan layihələr kənara qoyulur, onlara baxılmır. Təqribən 100-ə yaxın layihə 3 ekspertə göndərilir. 3 müstəqil ekspert həmin layihələri dəyərləndirir. Orada onların sualları var; məqsədəuyğundurmu, vəzifə uyğundurmu, layihə icra oluna biləndirmi, davamlıdırmı, harada keçiriləcək, büdcəsi uyğundur ya yox, …kriteriyalar çoxdur. Onların rəyləri də Müşahidə Şurasına təqdim olunur. Ekspertlərin rətləri isə tövsiyyə xarakterlidir, yekun deyil. Yekun qərarı isə Müşahidə Şurası verir. Biz bu məsələni Müşahidə Şurasında iki dəfə müzakirə eləmişik. Orada ekspertlərin rəylərinə baxıldı. Bir neçə layihə ilə bağlı bizdə sual yarandı ki, bu layihə daha yaxşı ola bilər, ona görə onlara bir də baxaq, təhlil edək. Həmin 22 layihəni bir daha təhlil etdik və onlarla bağlı qərar qəbul elədik”.
Vüsal Quliyev əlavə edib ki, həmin 22 layihənin təşəbbüsləri maraqlıdır. Onların bəziləri ölkədən kənarda keçiriləcək:
“Layihələr təkcə ölkə daxili ilə bitməməlidir. Şuşa ölkə xaricində də təbliğ olunmalıdır. Onlıarın təqribən yarısı xaricdə keçiriləcək layihələrdir. Onların bəziləri Şuşada araşdırma istiqamətli layihələrdir. Şuşada ermənilərin törətdiyi müxtəlif vandallıq aktları, bu istiqamətdə araşdırma işləri ilə bağlıdır. Mən səlahiyyətimdən istifadə edərək ekspertlərin baxdığı 100-dən artıq layihəyə yenidən baxış keçirə bilərik. Hansı layihənin hansı vəziyyətdə olmasına yenidən baxmaq mümkündür. Sosial şəbəkələrdə müsabiqənin yekunları ilə bağlı irad bildirənlərin bəzilərinin mövqeləri ilə tanış oldum. İnanırsınız, irad bildirənlərin böyük əksəriyyətinin layihəsi doğrudan da bərbad gündədir. Bu müsabiqədir. Mən özüm də vətəndaş cəmiyyəti sektorundan çıxmışam, QHT rəhbəri olmuşam. Bəzi məqamlarda özüm də müsabiqənin nəticələrindən narazı qalıram. Amma daha sonra emosionallıqdan uzaq, dərindən təhlil edəndə görürsən ki, dəstəklənən layihə səninkindən daha yaxşıdır. Biz əvvəlcədən filankəsin bacarıqsızlığını, yaxşı layihə icra etməyəcəyini mühakimə etməməliyik. Hamı deyir ki, mənim ideyam əladır. Biz də onların fikirlərinə hörmətlə yanaşırıq. Sadəcə olaraq, bəlli maliyyə var, həmin maliyyədən kənara çıxmaq olmur. Çox istərdik ki, hamının layihəsini dəstəkləyək. Yaxşıların da içərisindən ən yaxşıları seçilib”.
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO
Jurnalist ADSEA-ya su matoru aldı, icra başçısının rayondan xəbəri olmadığını iddia etdi: "Bu qədər məmur məsuliyyətsizliyi..."
YAP-ın QURULTAYININ VAXTI DƏQİQLƏŞDİ
16.7 MİLYONA BAŞA GƏLƏN 22 KM-lik YOL ELƏ GÜNƏ DÜŞDÜ Kİ... - 5 yaşayış massivinə gediş-gəliş qapadıldı (VİDEO)
Prezident bu fotonu paylaşdı
Xarici İşlər Nazirliyi bəyanat yaydı