"Qaliblərin “keçmiş vurulmuş məmur”, “indiki korrupsioner məmur”,”FETO”çu olduğunu iddia edənlər..." - QHT Agentliyindən narazılara belə cavab verildi
29-06-2022 [13:55]
Xəbər verdiyimiz kimi, dünən QHT-lərə Dövlət Dəstəyi Agentliyi "Şuşa ili" ilə bağl keçirdiyi müsabiqədə 227 QHT-dən cəmi 22-nin layihəsinin maliyyələşdirilməsinə qərar verib.
Mia.az xəbər verir ki, bu qərar və adı qalib olan bəzi QHT-lərlə bağlı narazılıq yaradıb.
Məsələyə QHT-lərə Dövlət Dəstəyi Agentliyi-İcraçı direktoru Aygün Əliyeva izahat verib.
O bildirib ki, "Şuşa İli”nə həsr olunmuş xüsusi qrant müsabiqəsinin hər iştirakçısına təşəkkür edir: "Qalibləri səmimi qəlbdən təbrik edirəm. Layihələrin texniki seleksiyasını həyata keçirən Agentliyin əməkdaşlarına, hər layihəni 3 istiqamət üzrə qiymətləndirən müstəqil ekspertlərə və nəhayət həlledici qərar verən Müşahidə Şurası üzvlərinə minnətdaram.
Dünəndən bəri müsabiqə haqqında müxtəlif fikirlər səsləndirilir və əksəriyyətin, hətta layihə verib, lakin qalib olmayan insanların Agentliyin fəaliyyətində şəffaflığa inanması məni çox qürurlandırır…Hər birinizə sonsuz minnətdarlığımı qəbul edin.
Narazı qalan azsaylı insanları isə 2 qrupa bölmək olar:
1.Qaliblərin “keçmiş vurulmuş məmur”, “indiki korrupsioner məmur”,”FETO”çu və s. olduğunu iddia edənlər;
2. Öz layihəsi və ya “dost” larının layihəsi maliyyələşmədiyi üçün narazı qalanlar və facebook statusu ilə “ədalət” axtaranlar".
İcraçı direktor deyib ki, Agentlik olaraq ayrı-ayrı şəxslərin “sponsoru” deyilər: "Layihələrə (ideyalara) qrant vermişik. QHT sədrinin siyasi əqidəsindən, həyat tərzindən və s. asılı olmayaraq bu ölkədə fəaliyyət göstərmək üçün hüquqi əsası olan hər bir ictimai birlik bizim üçün bərabərdir. Əgər Sizin “fərd olaraq” kiminsə Vətənə xəyanəti, qeyri-sağlam qüvvələrə xidmət etməsi ilə bağlı faktınız varsa, hüquq-mühafizə orqanlarına müraciət edə bilərsiniz, biz də bu xidmətlərinizə görə Sizə minnətdar olarıq…
O ki qaldı şəxsi maraqları fonunda “ədalət”axtaranlara, bu fikirdə olanlardan üzr istəyirəm ki, dəfələrlə dəyişən əqidənizin və siyasi baxışlarınızın fonunda axtardığınız “ədalət”in konkret harda olduğunu müəyyənləşdirə bilməmişik. Amma çox şadam ki, Agentliyin Müşahidə Şurası və müstəqil ekspertlər layihələri oxuyarkən “Sizin eynəyiniz”dən, qiymətləndirmə apararkən “Sizin qələminiz”dən istifadə etməyib. Əvvəlcədən müəyyənləşmiş dəqiq meyarlar üzrə qiymətləndirmə aparılıb və şübhəsi olan şəxslər öz layihə ilə bağlı verilən ballar ilə tanış ola və təqdimat video-yazısına baxa bilər".
Aygün Əliyeva sonda qeyd edib ki, Şuşa bizimdir: "“Şuşa” adı olan hər yerdə hər bir azərbaycanlı qalibdir…Bu bir “qrant”la, “layihə” ilə müqayisə oluna bilməz".
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO
Jurnalist ADSEA-ya su matoru aldı, icra başçısının rayondan xəbəri olmadığını iddia etdi: "Bu qədər məmur məsuliyyətsizliyi..."
YAP-ın QURULTAYININ VAXTI DƏQİQLƏŞDİ