NATO yeni strategiyanı təsdiqlədi: "Rusiya birbaşa təhdiddir, Çin isə meydan oxuyur və..."
29-06-2022 [16:41]
NATO-nun Zirvə toplantısında liderlər Alyansın 2030-cu ilə qədər yeni strateji konsepsiyasını təsdiqləyiblər.
Mia.az xəbər verir ki, konsepsiyada Rusiya ən əhəmiyyətli və birbaşa təhdid adlandırılıb.
Həmçinin NATO sammitinin kommünikesində qeyd olunub: “Çin bizim maraqlarımıza, təhlükəsizliyimizə və dəyərlərimizə meydan oxuyur və qaydalara əsaslanan beynəlxalq nizamı pozmağa çalışır”.
Belarus idə Ukraynadakı müharibədə Rusiya ilə əlbir ölkə kimi xarakterizə olunub..
Bundan əlavə, NATO Finlandiya və İsveçi rəsmi olaraq hərbi Alyansa daxil olmağa dəvət edib.
Bildirilib ki, Finlandiya və İsveçin təhlükəsizliyi, o cümlədən Alyansa qoşulma dövründə NATO üçün prioritet əhəmiyyət kəsb edir.
Daha sonra NATO ölkələri birgə bəyannamə imzalayıblar.
Bəyannamədə Ukraynaya birmənalı dəstək ifadə olunub: "Biz öz ölkəsini qəhrəmancasına müdafiə edən Ukrayna hökuməti və xalqı ilə tam həmrəyik. Biz Ukraynanın müstəqilliyi, suverenliyi və akvatoriyalarına qədər uzanan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə sarsılmaz dəstəyimizi bir daha bildiririk. Biz Ukraynanın özünümüdafiə və öz təhlükəsizlik tədbirlərini seçmək hüququnu tam dəstəkləyirik. Biz Ukraynaya dəstək verən bütün müttəfiqlərin səylərini alqışlayırıq. Biz onların konkret vəziyyətini dərk edərək onlara lazımi şəkildə kömək edəcəyik”.
Bəyannamədə daha sonra Bosniya və Herseqovina, Gürcüstan və Moldovadan söz açılıb və bildirilib ki, bu ölkələrlə yanaşı, bütün tərəfdaş dövlətlərə dəstək artırlacaq: “Biz onlarla birlikdə çalışacağıq ki, onların bütövlüyü və möhkəmliyini, imkanlarını inkişaf etdirək və siyasi müstəqilliklərini qoruyaq. Biz həmçinin Cənubdan olan tərəfdaşlara potensialın gücləndirilməsi üzrə dəstəyimizi artıracağıq”.
****
İspaniyanın paytaxtı Madrid şəhərində NATO-nun zirvə toplantısı başlayıb.
Mia.az xəbər verir ki, toplantıda 30 ölkənin dövlət və hökumət başçısı iştirak edir.
Sammitdən əvvəl toplantı iştirakçıları xatirə fotosu çəkdiriblər.
Zirvə toplantısında Ukraynadakı vəziyyət və bu ölkəyə hərbi, maliyyə və humanitar yardım məsələləri müzakirə olunur. Eyni zamanda Alyansın yeni strateji konsepsiyası qəbul ediləcək. Bundan başqa, Finlandiya və İsveçin NATO-ya üzvlüyü ilə bağlı müraciətinə də baxılacaq.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi