Yol polisləri şəhər prokuroru ilə telefonda nə danışıb? – Şikayət

img

13-04-2014 [14:28]



«Araz Media» qəzetinin baş redaktoru Fariz Quliyev paytaxtın yol polis idarəsinin rəisi Nuşirəvan Səfərova və həmin idarənin itimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədova son aylar üzləşdikləri problemlərlə bağlı yazılı müraciət göndərib. 

Mia.az Arazmedia.az-a istinadən xəbər verir ki, qəzet rəhbərliyi yol polislərinin qanunsuz hərəkətlərindən şikayətçidirlər. 

Qəzetin baş redaktoru, fəal YAP-çı Fariz Quliyev bildirib ki, paytaxtın yol polisləri sanki onun əməkdaşlarını güdürlər: «Yoll polisləri haqq-nahaq tez-tez əməkdaşlarımızın maşınları barədə protokol tərtib edir, haqsız cərimələr yazırlar. Hesab edirəm ki, bu qəzetimizin Nuşirəvan Səfərov və onun əməkdaşlarından yazdığımız yazılarla əlaqəli bir qisas aktıdır». 

Baş yazar bildirib ki, yol polislərinin daha bir qanunsuz addımı isə səbr kasalarını daşırıb. Artıq onlar məhkəməyə də müraciət etmək fikrindədirlər: «Aprelin 2-də, saat 16-00-radələrində, qəzetin əməkdaşını növbəti dəfə haqsız şəkildə 514 nömrəli avtomobildə xidmət həyat keçirən yol polisləri saxlayıb. Bu zaman saxlanma səbəbini soruşan əməkdaşımıza polisə yaraşmayan davranış sərgilənib. Hətta yol polislərindən biri Bakı şəhər prokuroru, cənab Əziz Seyidovun adını da hallandırmaqdan çəkinməyib. Prokurorun özünə və oğluna zəng vuraraq, qəzet əməkdaşlarını tutduracaqları ilə hədələyiblər. 

Axı, onların nə haqları var ki, jurnalistlə küçə səviyyəsində "razborka" aparırlar? Kim verib bu yetkini onlara? Bundan əlavə, 12 aprel 2014-cü ildə redaksiyanın avtomobilini axşam saatlarında maşın saxlanılmasına məhdudiyyət qoyulmayan yerdən də yol polisləri aparıblar. Bu qərəz deyilmi? Jurnalist 102-yə, Baş Prokurorluğun qaynar xəttinə zəng vurub, bunun qərəzli olduğunu bildirib».


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA