Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
29-06-2022 [00:03]
Qoç - əmr vermək, rəhbərlik etmək, kiməsə nəyisə tapşırmaq istəyirsiniz. Lakin uğur üçün bütün bunlar yetərli deyil. İşinizi özünüz görməlisiniz. İşləyin və əməyinizdən həzz almağa başlayacaqsınız.
Son vaxtlar doğru istiqamət seçdiyinizlə bağlı müəyyən şübhələr vardı. Bu gün həmin şübhələrə qəti cavab alacaqsınız. Qətiyyətli, zəhmətkeş, məntiqli davransanız, seçdiyiniz yöndə uğur qazana bilərsiniz.
İşdəki problemləri evə daşımayın. Ailə üzvlərinizlə amiranə şəkildə danışmayın. Onlarla səmimi, həlim olun.
Buğa - narahat olmayın, təşvişə düşməyin. Əsassız və səbəbsiz həyəcan pis olmayan günü korlaya bilər.
Mühüm məsələləri özünüz həll etsəniz, ikinci dərəcəli və xırda problemlərin həllini etibar etdiyiniz insana tapşırsanız, işdə uğur əldə edə bilərsiniz. Sənədləşdirmədə problemlər yarana bilər. Bürokratik əngəlləri və məmurların uydurma bəhanələrini qət etmək asan deyil. Axşam saatları xoş sürpriz, maraqlı görüş vəd edir. Qəfil vizit ola bilər. Qonaqlar sizi sevindirəcək.
Kulinar eksperimentlər əhvalınızı yaxşılaşdıra bilər.
Əkizlər - gün asan və sadə olmasa da, uğurdan xali deyil.
Başladığınız işləri yarımçıq qoymayın. Hansısa istiqamətdə məqsədinizə nail ola bilməsəniz, inad etməyin. Yaşamın özü bundan sonra hansı istiqamətdə hərəkət etməyin gərəkdiyini və nə etmək lazım olduğunu bildirəcək. Sizə qalan intuisiyanın dediklərini dinləməkdir. Huşyar olun. Valideynlərlə uşaqlar arasında anlaşılmazlıq olarsa, səbrli davranın, münaqişəyə imkan verməyin. Axşam saatlarında sakit olmağa çalışsanız da, dəvət aldığınız yerə getmək lazımdır.
Xərçəng - həddən ziyadə ətalətli və astagəl olmayın. Nə etdiyinizi, nəyə can atdığınızı, hansı planı reallaşdırdığınızı dəqiqləşdirin. Az sonra hadisələrin axarı göstərəcək ki, tələsmək gərək deyilmiş. İşlərə məsuliyyətli və diqqətli yanaşın, tələsən insanların yol verdikləri səhvləri təkrarlamayın. Gəlir, mənfəət istisna deyil.
Alış-verişdə simiclik etməyin. Axşam saatları romantik münasibətlər və təmaslar üçün əlverişlidir. Bir qədər tənha qalmaqda da xeyir var.
Şir - başqalarının bacarmadıqları işin öhdəsindən gələ bilərsiniz. Amma eyforiyaya qatılmayın, qəhrəmanlıq etmək, "dünyanı qurtaran adam" kimi görünməyə çalşımayın. Başa vuracağınıza ümid etmədiyiniz işlərdə ciddi irəliləyiş ola bilər. Yaxın ətrafınızdakı insanlardan birinin gerçək siması sizə əyan olacaq. Şəxsi münasibətlər müstəvisində düşərli gündür. Təmaslarınızdakı rəvanlığı və harmoniyanı pozan müşkülü bu gün çözə bilərsiniz. İstənilən situasiyada təbii olun, yalan danışmayın.
Qız - nə istədiyinizi dəqiq müəyyənləşdirin. Günün hadisələri nə vaxtdan bəri qəlbinizdə gəzdirdiyiniz istəyin gerçəkləşməsinə rəvac verir. Amma istəklər çox olmamalıdır. Səhər saatlarında vəziyyət bir qədər əsəbi və nevrozdur. Yaranan problemlər o qədər ciddi deyil ki, təbdən çıxaraq sinirlənəsiniz, həyəcanlı addımlar atasınız. Nikbin olun. Belədə bir çox sədləri dəf edə bilərsiniz. Bədbin, özünə əmin olmayan insanlar sizdən yardım gözləyirlər. Onları dəstəkləyin, amma müftəxorluq edərək sizdən sui-istifadə etmələrinə imkan verməyin. Nüfuzlu şəxslərlə təmaslarda həssas və diqqətli olun. Maraqlar toqquşması riski var.
Tərəzi - gün xoş görüşlər vəd edir. Köhnə dostla səmimi söhbət yaşananlara fərqli aspektdən baxmağa imkan verəcək. Problemlərin həlli üçün düzgün qərar verin, çətin situasiyadan çıxış yolu arayarkən hövsələsiz olmayın. İşlə bağlı məsələlərin çözümündə naqolay təzyiqlərin qarşısını alın.
Sərfəli anlaşma və ya gəlirli sifariş istisna deyil. Səyahət və ya səfər məsləhət deyil. Yolda tez yorula bilərsiniz. Axşam saatlarında evdə keçirəcəyiniz vaxtda istirahət edin, əhvalınız və səhhətiniz normal vəziyyətə düşsün. Alış-verişdə iri məbləğdə pul xərcləməyin.
Əqrəb - səhər saatlarında günün uğursuz olacağını düşünə bilərsiniz. Amma az sonra situasiya dəyişəcək. Vaxt keçdikcə pozitiv təmayüllərin təsir gücü artır. Günün ilk yarısından müstəqil fəaliyyət və təkbaşına iş üçün istifadə edin. Günün ikinci yarısında isə işgüzar məsələlər, birgə layihələrdə iştirakla bağlı məsləhətləşmələr və müzakirələr olacaq. Qarşınıza qoyduğunuz məqsədlərə çata bilərsiniz. Yerinə yetirə biləcəyiniz işə başlayın, qüvvənizi qənaətlə sərf edin. Emosional olmayın, hisslərin əsarətinə düşməyin. Əks cins mənsubu ilə ciddi münasibətlərin təməlinin qoyulacağına bel bağlamayın.
Oxatan - hər sahədə və hər işdə hamıdan yaxşı olmağa çalışsanız da, bu, mümkün deyil. Əslində belə vəziyyətə ehtiyac da yoxdur. Təbii davranın və bu, günün ən məhsuldar, ən effektiv variantıdır. İndiyədək mübhəm bildiyiniz məsələnin təfərrüatları bilinəcək. Çoxdan bəri görüşmək istədiyiniz, darıxdığınız insanla günün ikinci yarısında görüş istisna deyil. Səfər, yaşam məkanının dəyişdirilməsində fayda var. Belə dəyişikliklər insanı ruhlandırır, işdə və yaradıcılıqda uğurlar qazanmağa imkan verir. Yaxınlarınızla münasibətlər qaydasına düşür, fikir ayrılıqları və incikliklər keçmişdə qalır.
Oğlaq - xırda məsələlərə və önəmsiz detallara həddən artıq fikir verməyin. Aktiv olun, qətiyyətli addımlar atın. Son vaxtlar sizi narahat edən məsələləri nüfuzlu insanla müzakirə etmək və problemin həll yollarını tapmaq imkanı yaranıb. Ambisioz, eqoist, xudpəsənd olmayın. Bununla yanaşı, ağıllı, fəndgir və məntiqli davranın, karyera pilləkənində yüksəlməyə çalışın. Şəxsi münasibətlər müstəvisində ciddi dəyişikliklər gözləməyə dəyməz. Təşəbbüslər nəticə verməyəcək. Yaranmış situsiyanı təhlil edin, davranmağın yollarını ayırd edin.
Axşam saatlarında istirahət edin.
Dolça - improvizə etməkdən çəkinməyin. Bu gün qəflətən atacağınız addımlar və qəbul edəcəyiniz qərarlar uğurlu ola bilər. İşdə həmkarlarla fikir ayrılığı, münaqişə istisna deyil.
Mövqeyinizi müdafiə edin. Yanınızdakı insanlardan biri davranışızı bəyənməyə bilər, amma qəti və sərt olun. Nüfuzlu şəxs sizi müdafiə edəcək. Günün ikinci yarısı yaşam tonusunuzun səviyyəsinin aşağı düşməsi ilə bağlıdır. Səhhətdə problem istisna deyil. Ağır və yağlı yeməklər yeməyin. Axşam saatlarında açıq havada gəzintiyə vaxt tapın.
Balıqlar - qəfil uğurlar günüdür. Bu nailiyyətlər əhəmiyyətli olmasa da, həddən ziyadə xoşdur. Peşəkar və fərdi məziyyətlərinizə şübhələnən insanlar indi bacarıqlarınızı etiraf etmək məcburiyyətində qalıblar. Gözlənilmədən işgüzar təklif ala bilərsiniz. Böyük, ya da gəlirliyi layihədə birgə işə və ya əməkdaşlığa cəlb oluna bilərsiniz. Tanışlıqlar asan baş tutur. Bunun üçün təşəbbüs gərək deyil - ətrafınızdakı insanlara maraqlısınız. Ailə üzvlərindən birinə problemi həll etməkdə yardım göstərin.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi