G7 ölkələrinin liderlərindən birgə bəyanat: "Biz bu ölkəyə maliyyə, humanitar, hərbi və diplomatik dəstək verəcək və..."
27-06-2022 [21:43]
"Biz Ukraynaya maliyyə, humanitar, hərbi və diplomatik dəstək verməyə davam edəcəyik və lazım olduğu müddətdə Ukraynanın yanında olacağıq".
Mia.az xəbər verir ki, bu sözlər G7 liderlərinin Ukraynaya dəstəklə bağlı birgə bəyanatında deyilir.
G7 liderləri bəyan ediblər ki, onlar Ukrayna ilə həmrəyliyə və Ukrayna hökumətini və xalqını öz ölkələrinin suverenliyini və ərazi bütövlüyünü cəsarətlə müdafiə etməkdə, dinc, firavan və demokratik gələcək uğrunda mübarizələrində dəstək verməklə bağlı öhdəliyə sadiqdirlər: "Biz Avropa İttifaqı Şurasının Ukrayna və Moldovaya namizəd ölkə statusu vermək qərarını alqışlayırıq. Biz bu ölkəyə maliyyə, humanitar, hərbi və diplomatik dəstək verməyə davam edəcəyik və nə qədər lazımdırsa, Ukraynanın yanında olacağıq. Bunu edərkən, biz Rusiyanın təcavüzünün beynəlxalq təsirlərinə, xüsusən də ən həssas qruplar (ölkələr) üzərində olan təsirlərinə qarşı mübarizə aparmaq istiqamətində qlobal məsuliyyət və həmrəylik nümayiş etdirmək öhdəliyimizi bir daha bəyan edirik".
G7 liderləri bəyanatda qeyd ediblər ki, onlar Rusiya tərəfindən başladılan və Belarus tərəfindən dəstəklənən Ukraynaya qarşı qəddar, əsassız və qeyri-qanuni müharibədən dəhşətə gəlir və bunu qəti şəkildə pisləyirlər: "Biz Rusiyanın sərhədləri zorla yenidən çəkməklə bağlı davamlı cəhdlərini pisləyir və onun nəticələrini tanımırıq. Bu müharibənin nəticələri yalnız Avropada deyil, qitədən kənarda da özünü göstərir. Bu, beynəlxalq hüququn açıq-aşkar pozulması, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin pozulması, ağır bir cinayətdir. Biz Rusiyanın nüvə ritorikasından əsassız istifadə etməsini bir daha pisləyirik. Rusiya öz beynəlxalq öhdəliklərinə, o cümlədən kimyəvi, bioloji və ya nüvə silahlarının istifadəsini qadağan edən öhdəliklərə əməl etməlidir. Biz Rusiyanı məsuliyyətli davranmağa və təmkinli olmağa çağırırıq və bir daha bildiririk ki, bu cür silahlardan istənilən istifadə qəbuledilməzdir və ölkə ağır nəticələrlə üzləşəcək. Nüvə gücünə malik raketlərin Belarusa göndərilməsi ehtumalı ilə bağlı Rusiyanın açıqlamasından ciddi narahatlığımızı ifadə edirik".
Bəyanatda qeyd olunur ki, G7 ölkələri Ukraynanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə dəstək verməyə sadiq qalırlar və gələcək sülh müqaviləsi ilə bağlı qərar vermək hüququ yalnız Ukraynaya aidir və bu məsələdə ölkəyə hər hansı xarici təsir və təzyiq tətbiq oluna bilməz.
G7 liderləri əlavə ediblər ki, onlar maraqlı ölkələr və Ukrayna ilə birlikdə gələcəkdə də bu ölkənin öz təhlükəsizliyni və dayanqılılığını daha da gücləndirmək üçün əməkdaşlıq etməyə hazırdırlar.
G7 liderləri bildirilib ki, onlar müharibədən sonra Ukraynanın yenidən qurulması və infrastrukturun bərpası istiqamətində Ukraynaya maliyyə dəstəyi verəcəklər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi