Dövlət Xidməti “Azərbaycan Dəmir Yolları” QSC-yə qarşı qərar qəbul edib - Səbəb
24-06-2022 [17:40]
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) vaqonların (əsas vəsaitlərin) icarəyə verilməsi, dəmir yolu daşımaları, habelə tarif və güzəştlərin tətbiqi ilə bağlı rəqabətin pozulması əlamətləri üzrə qaldırılan işə dair qərar qəbul edib.
Mia.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, işə baxılması zamanı Cəmiyyətin özəl şirkətlərin fəaliyyətlərinə maneələr yaratması, dəmir yolları ilə yükdaşıma xidmətləri üzrə sifarişlərin qəbulu, yükdaşımanın icrası, vaqonların icarəyə verilməsi, tariflərin və güzəştlərin müəyyən edilməsi sahəsində ayrı-seçkiliyə yol verilməklə rəqabət prinsiplərini pozması müəyyən olunub.
Qərara əsasən, Cəmiyyətə məxsus törəmə müəssisələrin ekspeditor fəaliyyətinin dayandırılması və yükdaşıma sahəsində sifarişlərin icra edilməsi, vaqonların müsabiqə əsasında və şəffaf şəkildə qısamüddətli dövr üzrə real qiymətlərlə icarəyə verilməsi, güzəşt və tariflərin daşınan yükün növləri üzrə sahibkarlıq subyektləri arasında ayrı-seçkilik yaradılmadan sağlam rəqabət prinsipləri qorunmaq şərti ilə vahid, şəffaf, əlçatan və proqnozlaşdırıla bilən formada müəyyən edilməsi, tariflər üzrə güzəştlərin subyektlərə deyil, daşınan yüklərə şamil edilməsi və bu məqsədlə güzəşt tətbiq edilən yüklərin siyahısının təsdiq edilməsi barədə Cəmiyyətə göstəriş verilib və icrası üçün konkret tarixlər müəyyənləşdirilib.
Göstərişdə həmçinin, yükgöndərənlər, daşıyıcılar və ekspeditorlar arasında münasibətləri tənzimləyən sənədlərin layihələrinin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi, sahibkarlıq subyektlərinin xidmətlərə daha asan çıxışının təmin edilməsi üçün elektron platformanın istifadəyə verilməsi və sərnişindaşıma fəaliyyətində istehlakçıların ehtiyacının nəzərə alınması ilə sərnişin vaqonlarından daha səmərəli istifadə edilməsi məqsədilə müvafiq təkliflərin hazırlanaraq razılaşdırılması üçün Xidmətə təqdim olunması də nəzərdə tutulur.
Qərarda ADY-dən təbii inhisar fəaliyyətinin təkmilləşdirilməsi, yükdaşıma xidmətlərinin göstərilməsi sahəsində rəqabətin, habelə istehlakçıların və sahibkarlıq subyektlərinin hüquq və mənafelərinin təmin edilməsi istiqamətində müvafiq addımların atılmasına dair tələblər də öz əksini tapıb.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İrəvanda ticarət mərkəzində güclü partlayış olub: ölən və yaralananların sayı artıb, 25 nəfər isə itkin düşüb - VİDEO/FOTO (Yenilənib)
"Qəbələ" "Şamaxı"ya qalib gəlib - "Neftçi" isə "Kəpəz"ə 5 qol atıb
Azərbaycan yığması Türkiyəyə uduzdu
Salyanda əməliyyat: iki nəfər saxlanıldı - FOTO
BMT baş katibi dünya ölkələrinə çağırış edib
"Qarabağ" - "Viktoriya" matçının biletləri satışa çıxarıldı - 5 manatdan 100 manatadək (Yenilənib)
Rusiya hərbçiləri Ukraynada daha bir ərazini ələ keçirib: "Ukraynanın 35 hərbi və 15 bölmə zirehli və avtomobil texnikası sıradan çıxarılıb".
Sabah hava necə olacaq? - Proqnoz
XIN-dən Pakistana - Mesaj
İslamiada: hansı ölkə daha şox medal qazanıb? - SİYAHI
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Premyer Liqa: "Qarabağ" "Sumqayıt"ı məğlub edib
Rusiya XİN: "Kiyevə silah tədürükü "xüsusi əməliyyat"ın genişlənməsinə səbəb olacaq"
"Qaçqınkom": "Laçın şəhəri, Zabux və Sus kəndlərinə qayıdacaq ailələrin sayı dəqiqləşdirilir"
Erməni silahlılarının kvadrakopteri Şuşada uçuşlar həyata keçirməyə cəhd edib - MN açıqlama yaydı (VİDEO)
Laçın şəhərinə, Zabux və Sus kəndlərinə qayıdışın təşkili üçün tədbirlər müəyyən edilib
Ermənilər yenə 8 istiqamətdə mövqelərimizi atəşə tutub: "Adekvat cavab tədbirləri görülüb"
Sabah Bakıda 39, bəzi rayonlarda 41 dərəcə isti olacaq
Zakir Həsənov generalları topladı: tapşırıqlar verdi - Müşavirə
Xəzər dənizində daha 4 nəfər boğulub (Yenilənib)
Xomeyninin fətva verdiyi Salman Rüşdi ABŞ-da bıçaqlandı
FTB Trampın evinə girdi: 20-yə yaxın məxfi sənədlərlə dolu qutular götürülüb - Aralarında nüvə proqramına aid sənədlər olduğu da iddia olunur
Prezident İlham Əliyev və birinci xanım Qobustan, İsmayılı və Ağsuya səfər ediblər (Yenilənir)
İlham Əliyev Ağsuda Gənc Sənətkarlar Mərkəzinin və Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib - FOTO
Mərkəzi Bankda yeni Komitə yaradılıb - Taleh Kazımov səlahiyyətlərini genişləndirib
“Yelo Bank"ın rəhbərləri bankın səhmlərini alır - Vahid Ələkbərovun bankında dəyişiklik
İlham Əliyev: "Səhvə yol verə bilmərik"
Prezident İlham Əliyev sərəncam imzalayıb
Prezident sərəncam imzaladı: Dövlət Agentliyinə əlavə vəsait ayrıldı
Mərkəzi Bank ipoteka krediti şərtləri ilə bağlı yeni məlumat yaydı
Radik İsayev məğlub olub
İslamiada: Ülvi Qənizadə yarımfinala yüksəldi
Prezident və birinci xanım Basqal” Dövlət Tarix-Memarlıq Qoruğu görülən işlərlə tanış olublar
UEFA "Neftçi", "Qəbələ" və "Zirə"nin hesabına vəsait köçürüb
Zeynal Nağdəliyev yeni icra başçısını kollektivə təqdim etdi
Həbs olunan generalın müavini vəzifədən getdi: "Dünən fəaliyyətimə son verdim, bu gün isə əmrim çıxdı"
1 milyondan çox istifadəçi “Nar”+dan yararlanır