Daşkənddə Heydər Əliyevin adına açılan meydan və... - Rüfət Muradov yazır
24-06-2022 [15:09]
Rüfət Muradov,
İmişli RİH başçısı aparatı, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini
***
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iyunun 21-də Özbəkistan Respublikasına növbəti xarici səfəri də mühüm anları ilə tarixləşib. Səfər zamanı Azərbaycan lideri qardaş ölkədə böyük qonaqpərvərlik və ehtiramla qarşılanıb.
İki qardaş ölkənin dövlət başçılarının qeyd etdiyi kimi, bu, böyük tarixi səfər oldu və yüz illərlə Azərbaycan və özbək xalqlarının yaddaşında yaşayacaq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində Heydər Əliyev Meydanının açılışı olub. Ulu öndər Heydər Əliyevin böyük memorial kompleksi ucaldılmış meydanın azərbaycanlıların yığcam yaşadıqları ərazidə yerləşməsi, ərazinin tamamilə yenidən qurulması, sakinlərin istirahəti üçün hər cür şəraitin yaradılması Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevə olan hörmətin, həm də xalqlarımızın qardaşlığının və dostluğunun təzahürüdür. Eyni zamanda, bu, Azərbaycan xalqının böyük Liderinin xatirəsinə, bütün Azərbaycan xalqına həqiqi qardaşlıq münasibətidir. Səfərə verilən böyük əhəmiyyət, dövlət başçılarının şəxsi münasibətləri, imzalanmış sənədlərin əhatəsi, həqiqətən də, səfərin ikitərəfli münasibətlərin inkişafında tarixi əhəmiyyət daşıdığını, əlaqələrin artıq strateji tərəfdaşlıq səviyyəsinə qalxdığını nümayiş etdirir.
Ulu öndər Heydər Əliyevin hələ Azərbaycan SSR-in KP-nın Mərkəzi Komitəsinin I katibi vəzifəsində işləyərkən Özbəkistan SSR-in KP-nın Mərkəzi Komitəsinin I katibi vəzifəsində çalışan Şərəf Rəşidovla sıx dostluq əlaqələri də olub. Həmçinin ümummilli lider Heydər Əliyevin ötən əsrin 80-ci illərinin ortalarından keçmiş İttifaq ölkələrində başladılan milli ayrı-seçkilik hadisələrinə etirazı, eləcə də Siyasi Büro üzvlüyünə namizəd özbək rəhbər Şərəf Rəşidovun mübarizəsinə dəstək verməsi də heç kəsə sirr deyildir. Ölkələrimiz müstəqillik əldə etdikdən sonra da ulu öndər Heydər Əliyev Özbəkistanla əlaqələrə mühüm önəm verib. Məhz ulu öndər Heydər Əliyevin verdiyi bu önəmin nəticəsi olaraq 1996-cı ildə Azərbaycan Respublikasının Özbəkistan Respublikasında, 1998-ci ilin may ayında isə Özbəkistan Respublikasının Azərbaycan Respublikasında səfirlikləri fəaliyyətə başlayıb. Həmçinin ulu öndər Heydər Əliyevin Türkdilli Dövlətlərin Başçılarının IV Forumunda, Əmir Teymurun 660 illik yubiley mərasimində iştirak etməsi, Mirzə Uluqbek adına Özbəkistan Milli Universitetinin fəxri doktoru diplomu ilə təltif olunması da özbək xalqının Ümummilli Liderimizə olan xüsusi münasibətinin göstəricisi olub.Ulu öndər Heydər Əliyevin Özbəkistanla münasibətlərin yüksək səviyyəyə qaldırılmasında, həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsində, dostluq əlaqələrinin möhkəmləndirilməsində müstəsna xidmətləri bu gün də xatırlanmaqdadır.
Cənab Prezidentin səfəri tarixi əhəmiyyət daşıyır. Hesab edirəm ki, Özbəkistanla 25 illik diplomatik əlaqələr dövründə imzalanmış sənədlərin davamlı icrası, sağlam və bərabər əsaslı qarşılıqlı münasibətlər bizim qardaş dövlətlə münasibətlərimizi daha da inkişaf etdirəcəkdir. Cənab Prezident çıxışı zamanı qeyd etmişdir ki, “bu gün Xəzər, Mərkəzi Asiya, Cənubi Qafqaz regionlarının sülhə və sabitliyə ehtiyacı var. Ölkələrimiz arasında münasibətlər daha möhkəm olacaq, aramızda daha çox əməkdaşlıq və qarşılıqlı dəstək olacaq”. Bunun əsası liderlərin siyasi iradəsi, eləcə də iqtisadi zəminlərdir. “Gücümüz birliyimizdədir” söyləyən dövlətimizin başçısı İlham Əliyevin bütün türkdilli ölkələrin vahid mövqedən çıxış etməsinin vacibliyini söyləməsi bundan sonra da qarşılıqlı əməkdaşlıq, qardaşlıq və dostluq prinsiplərinə söykənən birlik üçün imkanların olduğunu diqqətə çatdırdı.
Hər iki dövlət başçısının gələcək əməkdaşlığı daha da inkişaf etdirmək yönündə bəyanatları gələcəkdə sarsılmaz birliy inam ifadə etmişdir. Hər iki dövlət başçısı tərəfindən imzalanmış siyasi Bəyannamə mahiyyət etibarilə münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatdırmaqla yanaşı, həm mövcud beynəlxalq təşkilatlar çərçivəsində, həm də ölkələrimizin və xalqlarımızın təhlükəsizliyi ilə bağlı bütün başqa məsələlərdə vahid mövqedən çıxış ediləcəyi perspektivindən xəbər verir.
Mia.az
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO
Jurnalist ADSEA-ya su matoru aldı, icra başçısının rayondan xəbəri olmadığını iddia etdi: "Bu qədər məmur məsuliyyətsizliyi..."
YAP-ın QURULTAYININ VAXTI DƏQİQLƏŞDİ