Vilayət Eyvazov Bolqarıstanda: nazir prezidentlə görüşdə nələri müzakirə edib? - FOTOLAR
24-06-2022 [12:58]
Bolqarıstanın daxili işlər naziri Boyko Raşkovun dəvəti ilə Azərbaycanın daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun başçılıq etdiyi nümayəndə heyəti bu ölkədə iki günlük rəsmi səfərdə olub.
Mia.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, Bolqarıstanın Prezidenti Rumen Radev daxili işlər naziri Vilayət Eyvazovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycanın Bolqarıstan üçün strateji tərəfdaş olduğunu söyləyən ölkə rəhbəri dövlətlərimiz arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edib, hərtərəfli əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb.
O, iki ölkə arasındakı dostluq münasibətlərini və Sofiya ilə Bakı arsında ümumi maraq doğuran bir sıra sahələrdə strateji dialoqu yüksək qiymətləndirib, cinayətkarlıqla mübarizədə hüquq-mühafizə orqanları arasında əməkdaşlığın təşviqinin Bolqarıstanın Azərbaycanla tərəfdaşlığının yüksəldilməsi üçün mühüm amil olduğunu bildirib.
Beynəlxalq arenada hər iki dövlətin bir-birinin müstəqilliyini, ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini, olduqca mürəkkəb regionda yerləşməsinə baxmayaraq İlham Əliyevin liderliyi altında respublikanın son illər böyük uğurlara imza atdığını deyən cənab R.Radev Azərbaycanın öz milli maraqlarına xidmət edən müstəqil siyasət apardığını, dünyada nüfuzunun günü-gündən artdığını vurğulayıb, səmimi salamlarını və ən xoş arzularını dövlət başçısına çatdırmağı xahiş edib.
Göstərilən diqqətə, Azərbaycan haqqında xoş sözlərinə, dəyərli fikirlərinə, eləcə də nümayəndə heyətini qəbul etdiyinə görə Bolqarıstan Prezidenti Rumen Radevə təşəkkkürünü bildirən daxili işlər naziri Vilayət Eyvazov Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını Bolqarıstan Prezidentinin diqqətinə çatdırıb.
Daha sonra Bolqarıstanın daxili işlər naziri Boyko Raşkovla general-polkovnik Vilayət Eyvazovun başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. Görüşdə iki ölkənin Daxili İşlər nazirlikləri arasındakı mövcud əlaqələr yüksək qiymətləndirilib, əməkdaşlığın bütün istiqamətlər üzrə bundan sonra daha da möhkəmlənəcəyinə və inkişaf etdiriləcəyinə əminlik ifadə olunub. Daxili işlər və təhlükəsizlik sahəsində ikitərəfli əlaqələrin inkişafı və dərinləşməsi imkanları, transmilli mütəşəkkil cinayətkarlığın müxtəlif formalarına qarşı mübarizənin diqqət mərkəzində dayandığı, yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının vacibliyi vurğulanıb.
Ölkələrimiz arasında tarixi dostluq əlaqələrinin inkişafını qeyd edən daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Bolqarıstana səfərindən məmnunluğunu ifadə edərək səfərin yüksək səviyyədə təşkil olunmasına görə minnətdarlığını bildirib. O, bolqarıstanlı həmkarları ilə əməkdaşlığa, transmilli mütəşəkkil cinayətkarlığın müxtəlif təzahürləri, terrorçuluq, kibercinayətkarlıq, insan alveri, narkotik vasitələrin qeyri-leqal dövriyyəsi, qanunsuz miqrasiya sahəsində təcrübə və məlumat mübadiləsinin həyata keçirilməsində maraqlı olduqlarını qeyd edib.
Sonda daxili işlər nazirləri “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası ilə Bolqarıstan Respublikası Daxili İşlər Nazirliyinin Akademiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalayıblar. Qeyd olunub ki, bu Memorandum tədris sahəsində qabaqcıl təcrübə mübadiləsinin imkanlarını genişləndirəcək və polis əməkdaşlarının peşə hazırlığı səviyyəsinin yüksəldilməsinə öz töhfəsini verəcək.
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO
Jurnalist ADSEA-ya su matoru aldı, icra başçısının rayondan xəbəri olmadığını iddia etdi: "Bu qədər məmur məsuliyyətsizliyi..."
YAP-ın QURULTAYININ VAXTI DƏQİQLƏŞDİ