Azərbaycanda daha bir Fond yaradılır: "Əsas məqsəd..."

img

24-06-2022 [11:37]


Azərbaycanda kiçik və orta bizneslərin maliyyə resurslarına çıxışını artıracaq KOB İnkişaf Fondu yaradılır.

Mia.az xəbər verir ki, bunu "QDTİB Dəyişən Dünyada Şaxələndirilmiş və İnnovativ Azərbaycan İqtisadiyyatının Dəstəklənməsində rolu" adlı konfransda çıxış edərkən KOBİA-nın İdarə heyətinin sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, Fondun əsas özəlliyi onun qrantlar və texniki yardımlar təklif etmək imkanı ilə bağlı olacaq: "Həmçinin, investisiya üçün minimum layihə dəyəri tələbləri bazarda mövcud olan göstəricilərdən daha aşağı olacaq. KOB İnkişafı Fondunun təşkilati forması ASC olacaq ki, bu da öz növbəsində dövlət vəsaitləri ilə yanaşı, yerli və xarici investorların, eləcə də özəl sektorun vəsaitlərini cəlb etməyə imkan yaradacaq".


Digər xəbərlər
SON XƏBƏRLƏR