Şirvanın icra başçısı şəhər sakinləri ilə görüş keçirib - FOTO
24-06-2022 [10:23]
Şirvan Şəhər İcra Hakimiyyətində təsdiq edilmiş qrafikə uyğun olaraq 23 iyun 2022-ci il tarixdə 18 nömrəli təbiət humanitar təmayüllü məktəb-liseyinin akt zalında vətəndaşlarla növbəti səyyar görüş keçirilib.
Mia.az xəbər verir ki, görüşdə Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, məsul əməkdaşları, şəhərdə fəaliyyət göstərən xidmət təşkilatlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Görüş iştirakçıları öncə məktəbin foyesində məktəblilərin əl işlərindən ibarət olan “Şuşa ili”nə həsr edilmiş sərgi ilə tanış olublar.
Səyyar görüşün əvvəlində ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov görüş işirakçılarını salamladıqdan sonra, bu gün ölkəmizdə dövlət qulluqçularının peşə bayramının qeyd edildiyini bildirib və dövlət qulluğunda çalışanları təbrik edib. Ölkə başçısının da bildirdiyi kimi, dövlət qulluqçusunun ən mühüm vəzifəsinin dövlətin mənafeyinə və vətəndaşlara xidmət göstərmək olduğunu söyləyib.
Bu il də dövlət büdcəsinin sosialyönümlü müəyyənləşdirilməsi, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş dövlət qərarlarının icrası barədə ətraflı məlumat verib. 2020-ci ildə bütün dünyanın ağır sınaqlarla üz-üzə qaldığı vaxtda Azərbaycanın pandemiya ilə mübarizə tədbirlərinə görə ən inkişaf etmiş ölkələrə nümunə olduğunu, qısa müddətdə yeni modul tipli xəstəxanalrın yaradıldığını, səhiyyə ocaqlarının müasir tibbi avadanlıqlarla təchiz edildiyini xatırladıb. Təhlükəli virusa qarşı mübarizə ilə yanaşı, ölkəmizin ikinci bir cəbhədə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda 44 günlük zəfər yürüşü həyata keçirdiyini, sonunda Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun tarixi Qələbə qazandığını diqqətə çatdırıb. Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanlara Allahdan rəhmət, ailələrinə səbir, qazilərə şəfa diləyib.
Azərbaycanın ədalətli mövqeyinin və həqiqətlərinin beynəlxalq aləmdə geniş təbliğ edilməsində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və Leyla xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən keçirilən tədbirlərdən, beynəlxalq humanitar forumlardan, dünyanın dini liderlərinin Bakıda keçirilən görüşündən danışıb. Ölkə başçısının Özbəkistana səfəri zamanı qardaş ölkə tərəfindən məhəbbətlə və təntənə ilə qarşılanmasından qürur hissi keçirdiyini bildirib və bu görüşün ikitərəfli əlaqələrin daha da dərinləşməsinə və şaxələnməsinə töhfə verəcəyini qeyd edib. Sonra İlqar Abbasov şəhər ərazisində genişmiqyaslı tikinti, abadlıq-quruculuq işlərinin həyata keçirildiyini, park və yaşıllıq zolaqlarının salındığını, mərkəzi və məhəllədaxili yolların asfaltlandırıldığını, küçələrin işıqlandırıldığını, su təchizatının və kanalizasiya sisteminin yenidən qurulduğunu, bir sıra sosial layihələrin reallaşdığını diqqətə çatdırıb. Dövlət səviyyəsində görülən işlərin, atılan addımların hər birinin vətəndaş məmnunluğunun artırılmasına, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə xidmət etdiyni söyləyib.
Səyyar qəbulda sakinlərin arzu və təklifləri həssaslıqla dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq, həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə həlli ilə bağlı aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Vətəndaşların müraciətləri əsasən mənzil, işsizlik, torpaq sahəsinin sənədləşməsi, müalicə, əlilliyin təyin olunması və digər məsələlərlə bağlı olub.
Görüşdə iştirak edən şəhər sakinləri səyyar görüşlərin təşkilinə və onların problemlərinin həlinə yaradılan şəraitə görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi