Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilib
22-06-2022 [12:18]
Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Baş Prokurorluğun, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin, Respublika Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, həmçinin Ədliyyə Nazirliyinin, Elektron Hökumətin İnkişafı Mərkəzinin məsul əməkdaşlarının və informasiya texnologiyaları sahəsində ixtisaslaşmış şirkətlərin nümayəndələrinin iştirakı ilə “Elektron prokurorluq” informasiya sisteminin tətbiqinə dair əməliyyat müşavirəsi keçiriib.
Mia.az Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadla bildirir ki, müşavirədə çıxış edən Baş prokuror Kamran Əliyev Prezident İlham Əliyevin prokurorluq orqanlarına olan inam və etimadının təcəssümü olaraq prokurorluq orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən “Elektron prokurorluq” informasiya sisteminin yaradılmasına dair 7 may 2021-ci il tarixli fərmanın icrası ilə əlaqədar görülən işlər və qarşıda duran vəzifələrə dair ətraflı məlumat verib.
Bundan sonra ilkin mərhələdə informasiya sistemində tətbiqi nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə müəyyən edilən modulların işlənməsinə dair Baş Prokurorluğun idarə rəisi Elnur Musayev təqdimatla çıxış edib, ən müasir texnologiyaları və dövlət qurumlarının elektron məlumat bazalarına çıxışı nəzərdə tutulmuş sistemin üstünlükləri, işin səmərəliliyinin artırılmasına yönəlmiş funksiyalar diqqətə çatdırılıb.
Müşavirədə qısa müddət ərzində bütün prokurorluq orqanlarında tətbiqi nəzərdə tutulan informasiya sisteminin “Elektron Hökumət” portalına və “Elektron Məhkəmə” informasiya sisteminə tam inteqrasiyasının əhəmiyyəti vurğulanıb.
Əməliyyat müşavirəsinin sonunda Baş prokuror tərəfindən cari ilin 28 aprel tarixində Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində baş verən yanğının səbəblərinin araşdırılmasında fərqləndiklərinə görə Fövqəladə Hallar Nazirliyi üzrə müvafiq əmrlə təltif olunan prokurorluq işçilərinə medal və döş nişanları təqdim edilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi