Bolonya Universitetinin nümayəndə heyətinin Azərbaycana səfəri yekunlaşıb - FOTOLAR
20-06-2022 [22:50]
Bolonya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru professor Raffaella Kampaner və Beynəlxalq əlaqələr departamentinin direktoru Covanna Filippinin rəhbərliyi ilə Universitetin Kənd təssərrüfatı və qida elmi fakültəsinin dörd mütəxəssisi 14-18 iyun tarixlərində Azərbaycanda səfərdə olub.
Bu barədə ADA Universitetindən Mia.az-a verilən məlumata görə, səfərin məqsədi ADA Universitetinin bazasında fəaliyyət göstərəcək İtaliya-Azərbaycan Universitetində Kənd təssərrüfatı və Qida elmi fakültəsini təsis etmək üçün ilkin araşdırmanın aparılması idi.
Nümayəndə heyəti ölkənin kənd təsərüfatı üzrə strateji inkişaf planında nəzərdə tutulan sahələrə uyğun akademik proqramların müəyyən olunması üçün müxtəlif bölgələrə araşdırma səfərləri həyata keçirmişdir. Səfərlər Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə təşkil edilmişdir. Təsis edilən akademik proqramların sözügedən sahənin inkişafına töhvə verməsi üçün Kənd təssərrüfatı və Təhsil nazirlikləri ilə sıx məşvərət aparılmış, əhəmiyyət kəsb edən mövzular müzakirə edilmişdir. Eyni zamanda, həmin akademik proqramların yerli əmək bazarının tələblərinə uyğunlaşdırılması üçün bəhs edilən sahə üzrə fəaliyyət göstərən şirkətlərlə də ətraflı müzakirələr aparmışdır.
İtaliya-Azərbaycan Universitetinin təsis edilməsi hər iki dövlət üçün strateji maraq kəsb etdiyindən səfər çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirilmişdir. Belə ki, ADA Universitetində Rektor Hafiz Paşayevlə görüşlə yanaşı, nümayəndə heyəti Kənd Təssərrüfatı naziri İnam Kərimov, Təhsil naziri Emin Əmrullayev və İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri ilə aidiyyəti mövzu üzrə müzakirələr aparıb.
İtaliya-Azərbaycan Universiteti üzrə İşçi Qrupunun rəhbəri Qalib Məmməd bildirib ki, yüksək ixtisaslı kadrların yetişdirilməsi İtaliya-Azərbaycan Universitetinin əsas fəaliyyət istiqamətlərindən biridir. Bu məqsədlə, heyvandarlıq, bitkiçilik, qida elmi və texnologiyası kimi strateji sahələr üzrə akademik proqramlar təsis olunacaqdır. Sözügedən proqramlar Bolonya Universiteti ilə birgə tədris olunacaqdır.
Bolonya Universitetinin nümayəndə heyəti bildirmişdir ki, bu əməkdaşlığın məqsədi yalnız fakültə və akademik proqramlar yaratmaq yox, eyni zamanda qida sisteminə yeni baxış formalaşdırmaqdır. Qida sisteminin araşdırılması və tədrisi üzrə İtaliya, xüsusən Bolonya Universiteti müstəsna peşəkarlıq və təcrübəyə malikdir.
Qeyd edək ki, Bolonya Universitetini təmsil edən nümayəndə heyətinin ölkəmizə səfəri yekunlaşıb. Hazırda Memarlıq və Dizayn fakültəsinin təsis edilməsi üçün Milan Politexnik Universitetinin komandasının ilkin araşdırma məqsədilə ölkəmizə səfəri başlayıb.
Xatırladaq ki, İtaliya-Azərbaycan Universitetinin təsis edilməsinə Luiss Universiteti, Bolonya Universiteti, Milan Politexnik, Turin Politexnik və Romanın Sapienza Universitetləri daxil olmaqla, İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi cəlb olunub. Bu ilin aprel ayında Azərbaycan Respublikasının Xarici işlər naziri Ceyhun Bayramov, Energetika naziri Pərviz Şahbazov və Təhsil naziri Emin Əmrullayev və İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Luici Di Maionun iştirakı ilə İtaliya-Azərbaycan Universitetinin təməl qoyma mərasimi keçirilmişdir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi