Almaniya XİN: "Ukraynada olan taxılı alternativ yollarla tam çıxarmaq mümkün olmayacaq"

img

20-06-2022 [13:43]


“Almaniya istisna etmir ki, Ukraynada olan bütün taxılı alternativ yollarla çıxarmaq mümkün olmayacaq. Bununla belə, rəsmi Berlin onun ən azı bir hissəsini çıxara bilər, bu, qlobal problemin həllinə kömək edəcək”.

Bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.

O bildirib ki, Rusiyanın dəniz limanlarını blokadada saxlaması səbəbindən Ukraynada qalan milyonlarla ton taxılın ixracı üçün Polşa və Rumıniyanın dəmir yollarını uyğunlaşdırmasını dəstəkləyir.

“Dəmir yolları modernləşdirilməlidir, bizə uyğun yük vaqonları lazımdır. Almaniya hökuməti digər tərəflərlə birlikdə bunun üzərində işləyir”, - nazir vurğulayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR