Müəllim qayğı ilə tam əhatə olunmaqla, şəxsiyyəti ilə tərbiyə edən, vətən sevgisi ilə yoğrulmuş insan olmalıdır - Vahid Tağıyev yazır
19-06-2022 [12:47]
Vahid TAĞIYEV
***
"...Görmək, dəyərləndirmək, həm də nəyi axtarmaqla bağlıdır"
***
Müəllimlik çox şərəfli, həssas və məsuliyyətli peşədir.
İnsanın həyatında yaxşı müəllim çox vaxt əvəzolunmaz, xüsusi rol oynayır. Daim inkişaf edən, dəyişən həyatımız müəllimlərin üzərinə yeni tələblər qoyur.
Müasir müəllim mükəmməl bilik verməklə bərabər öyrənməyi öyrədən, tərbiyə edən, nümunə olan, sürətlə inkişaf edən dünyada rəqabətqabiliyyətli bacarıqlar formalaşdırandır. Uşaqlarda, habelə gənc nəsildə keyfiyyətli xarakterin formalaşması, daim yeniləşən həyatda onların özünü dəyişdirməyi bacarması, ətrafına sevgi ilə yanaşıb dəyər verməsi, qarşısına hədəflər qoyması və bu yolda əzmkar mübarizə aparması kimi xüsusiyyətlərə nail olunması müəllimin fəaliyyətinin ən uğurlu nəticəsidir. Yaxşı müəllim uşaqları fərdi imkanları və arzularına uyğun istiqamətlərdə pərvazlandırır...
Bunlar üçün isə, ilk növbədə, müəllim özü bu dəyərlərə malik olmalı, üzərinə düşən məsuliyyəti hiss etməli, bu amalla yaşamalıdır. Vətən sevgisi əsl müəllimin fəaliyyətində tükənməz, mənəvi enerji mənbəyidir. Bu məsuliyyətli və şərəfli iş hər adama tapşırılmamalıdır.
Müəllim sosial qayğılar, problemlərlə yaşamamalıdır. Özünü motivasiya etməyi bacarmayan, xoşbəxt olmayan insan nəticəyönümlü, xoşbəxt insan yetişdirə bilməz. Cəmiyyətin bütün təbəqələri fədakar müəllimlərə müqəddəs peşə sahibi kimi dərin hörmətlə yanaşmalı, buna əks olan düşüncə və yanaşmalar ictimai qınağa çevrilməlidir.
Nə qədər çətin də olsa, ən ədalətli və arzuolunan hədəflərə çatmaq üçün hər bir müəllimin fərdi nəticələrinə görə əməyinin qiymətləndirilməsi, stimullaşdırılmasının şəffaf mexanizmi tədricən, zamanla bərqərar olmalıdır. Necə ki bu istiqamətdə müəyyən uğurlar, irəliləyişlər var.
Uzun illər təhsil sahəsində idarəetmədə çalışan, proseslərdən kifayət qədər məlumatlı olan biri kimi inamlıyam ki, yuxarıda qeyd etdiyim arzuedilən hədəflərə çatmaq üçün heç vaxt indiki kimi şanslı olmamışıq. Habelə dünyada, cəmiyyətdə, ailə dəyərlərində yaranan sürətli dəyişiklikləri, baş verən prosesləri görməzdən gəlib təhsili, müəllim nüfuzunu əsassız yerə tənqid etməyi düzgün yanaşma, çıxış yolu hesab etmirəm.
Ümumtəhsil məktəblərində buraxılış imtahanlarından tutmuş, ali məktəblərə qəbul, sonra müəllim təyin olunmaq və yerdəyişmə etmək, məktəblilərin fənn olimpiadaları, müxtəlif bilik yarışları və müsabiqələrdə formal sənədləşmə işləri aparıldığı, sövdələşmələrlə qərarlar qəbul edildiyi əvvəlki onilliklərin eybəcərliklərindən indi heç bir əlamət qalmamışdır. Yaxud bu gün bir fakt belə tapmaq mümkün deyildir ki, bu məsələlərdə obyektivlik pozulub, ədalətsizlik olub. Ona görə də açıq tənqidə imkan yaradıldığı indiki şəraitdə müxtəlif oppanentlərin müəyyən fikirlərinə, tənqidlərə, çatışmazlıqlara, aradan qaldırılması mümkün olmayan xeyli sayda nöqsanlara baxmayaraq, təhsilimiz inkişaf üçün hazırda çox şanslıdır. Eyni zamanda, torpaqlarımızı azad edən, dünyada böyük nüfuz sahibinə çevrilmiş qalib, güclü dövlətimiz var. Ölkədə şəffaflıq siyasəti hökm sürür. Təhsilimizə hərtərəfli dövlət dəstəyi var. Bunları görməmək, lazımınca dəyərləndirməmək hansısa şəxsi maraqlarla bağlı ola bilər, yaxud nankorluqdur.
Günümüzün reallığında, həm də əsas olan odur ki, yuxarıda qeyd etdiyimiz tələblərə cavab verən müəllimlərimiz çoxdur və onların sayı artmaqdadır. Şübhəsiz ki, təhsilin yerli idarəetmə strukturlarında aparılan köklü dəyişikliklərin də əsas hədəflərin reallaşmasında mühüm rolu olacaqdır. Bu yolda bütün təhsil işçiləri ilə valideynlərin və cəmiyyətin bütün təbəqələrinin qarşılıqlı, sağlam və səmərəli əməkdaşlığına ehtiyac var.
Mia.az
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər