Partiya sədri: "Kənd Təsərrüfatı Nazirliyi ləğv edilməli, rəhbəri tutulmalıdır" - "Məcnun kənd təsərrüfatından anlamayan nə qədər adam varsa..."
04-04-2025 [09:05]
“Məcnun kənd təsərrüfatından anlamayan nə qədər adam varsa, hər birini yığıb nazirliyə”.
Mia.az xəbər verir ki, bunu Yenicag.az-a açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.
O, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində keçirilən əməliyyatlar fonunda fikirlərini bildirərkən qeyd edib ki, ilk olaraq Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov məsuliyyətə cəlb edilməlidir.
“O, vaxtilə İsa Qəmbərin dondurma sexini işlədən və birbaşa olaraq dövlət başçısına xəyanət edən adam olub. Xatırlayanlar olacaq, köməkçi kimi özünə Azərbaycanı qəbul etməyən Nərmin adlı xanımı seçmişdi. Həmin şəxsin vəzifədən kənarlaşdırılmasını məhz mən təmin etdim. Bir sözlə, bu nazir yerini bilməyən adamdır. Çıxıb müsahibə verir ki, hamı quzu yemək istəyir, ona görə ət bahalaşıb. İndiki dövrdə kənd təsərrüfatı məhsullarının qiymətinin kəllə-çarxa çıxmasının başlıca səbəbi onun əsəridir”, – deyə o, əlavə edib.
H. Hacıyev söyləyib ki, Prezident İlham Əliyevin kənd təsərrüfatına böyük diqqət və qayğısı var, lakin, çox təəssüf ki, həmin nazirlikdə kənd təsərrüfatı üzrə mütəxəssis işləmir və nazirin heç bu işlərdən xəbəri yoxdur:
“Dəfələrlə demişəm, bu gün xalqın əsas tələbatı kənd təsərrüfatı məhsullarınadır. Kostyum alıb 2-3 il geyinmək olar, lakin çörək, ət, qatıq, xama yeməsən, süd içməsən, yaşaya bilməzsən. Qısacası, hazırda xalqın əsas narazılığı kənd təsərrüfatı məhsulları ilə bağlıdır. Kənd təsərrüfatı üzrə mütəxəssis olaraq rahatlıqla deyə bilərəm ki, hazırda hansı rayonda kartof, üzüm, taxıl əkilməli, hansı rayonlarda isə heyvandarlıq inkişaf etdirilməli olduğunu planlaşdıra bilmirlər. Bunları danışan zaman deyirlər ki, Hafiz Hacıyevin gözü kənd təsərrüfatı naziri olmaqdadır. Olsaq, nə olar? Xalqın çörəyi artar, ət 20 yox, 10 manat olar, məhsul istehsalı artar, hər kəs də razı qalar”.
MMP sədri əmindir ki, hələ orada çox oyunlar çıxacaq: “Hələ məndə olan məlumatlara görə, Məcnun kənd təsərrüfatından anlamayan nə qədər adam varsa, hər birini yığıb nazirliyə. Neft sənayesi üzrə ali təhsil alan biri necə bu sahəni bilsin?! İlk öncə qoyunla quzunu tanımaq lazımdır. Vaxtilə kənddə çoban da olmuşuq, mal da bəsləmişik, ərazi də sulamışıq. Burada gizlətməli heç nə yoxdur. Ölkəmiz kənd təsərrüfatı üçün ən yararlı torpaqlara sahibdir. Niyə xaricdən idxal edək?!”.
“Əlqərəz, xalqı narazı salan Kənd Təsərrüfatı Nazirliyi ləğv edilməli, rəhbəri tutulmalı, yerində isə Kənd Təsərrüfatı üzrə Ərzaq, Təhlükəsizlik və Qida Təminatı Komitəsi yaradılmalıdır. Oraya isə həmin işlərdən başı çıxan, bizim kimi bu sahəni bilən adamlar gətirilməlidir ki, dövlətə xidmət etsinlər. Əgər kimsə mənimlə bu barədə polemika aparmağa razıdırsa, buyursun, hər zaman hazıram. Kiminsə bacısıdır, qardaşıdır, dostudur, tanışıdır baxmayacağıq, birmənalı olaraq heç kəsə dövlət başçısına xəyanət etməyə imkan verməyəcəyik!”, – deyə həmsöhbətimiz fikirlərini yekunlaşdırıb.
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb