Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
19-06-2022 [00:03]
Qoç - hansısa addım atmaq və ya qərar qəbul etməkdən əvvəl, hədəfləri müəyyənləşdirin, məqsədləri bəlirləyin. Ani istəklərin yerinə yetirilməsinə çalışarkən sizi əsl uğura apara biləcək yoldan çıxa bilərsiniz.
Yaxın ətrafınızdakı insanlar sizə faydalı məsləhətlər verirlər. Onları dinləyin, düşünün. Xəyallara və arzulara aldanmayın, tamahın qurbanı olmayın. Gələcəyiniz barədə düşünməsəniz, məntiqsiz addımların atılması, ciddi səhvlərə yol verilməsi riski artır. Yaxınlarınız sizi anlamırlar. Sevimli insanla münaqişə yarana bilər. Kiçik travmalar riski var. Səhhətinizə fikir verin.
Buğa - hövsələsiz və tələskən olmayın. Bu gün başa vuracağınız ciddi iş kölgəyə düşə bilər. Təmkinli davranın, əks təqdirdə əlverişli şansı çox gözləməli olacaqsınız.
Belə olmayın. Perspektivdə sizi nələr gözlədiyini bilmədən impulsiv hərəkətlər etməyin. Soyuqqanlı olmasanız, işlərin nəticəsi yaxşı olmayacaq. Mürəkkəb olmayan planlar, praktiki əhəmiyyəti olan ideyaların həyata keçirilməsi üçün əlverişli gündür. Fəqət, yeni işə və ya layihəyə başlamazdan əvvəl başladığınız işi bitirdiyinizə əmin olun.Tərəfdaşlar, dostlar, qohumlar və həmkarlara verdiyiniz vədləri yerinə yetirin. Yaşlı qohumlarla ünsiyyət üçün yaxşı gündür.
Əkizlər - maliyyə durumunu təhlil edin. Vəziyyət istədiyiniz kimi yaxı olmadığından qənaət rejiminə keçin. Alış-veriş və əyləncəni təxirə salın. Maliyyə axını zəifdir. Gəlir və pul ödənişi olmayacaq.
Borc pul verməyin, iri məbləğli müqavilə, sövdələşmə və ya anlaşmaya getməyin. İşgüzar və şəxsi münasibətlər arzuolunan məcrada inkişaf etmir. Yaxın ətrafınızdakı insanlarla asanlıqla dil tapmaq olar. Bir zaman güclü hisslərlə bağlı olduğunuz, amma sonra ayrıldığınız insanı geri qaytara bilərsiniz. Uzunmüddətli öhdəliklər götürməyin. Həmin vədləri yerinə yetirmək ilk baxışdan göründüyü kimi asan deyil.
Xərçəng - çətin və laübəli gün olsa da, problemlərin öhdəsindən gələcəksiniz. Uğursuzluğa düçar olmayacaqsınız. Yaşananları real dəyərləndirin. Hansısa iş alınmayanda təşvişə düşməyin. Kiçik problemlərə görə əhvalınızı pozmayın. Məntiqli, soyuqqanlı olun. Yaxın ətrafınızdakı insanlar sizi təkrarlamağa çalışacaqlar.
Ailə üzvləriniz və qohumlarınız məsləhətlərinizi dinləsinlər. Onların maraqlarını müdafiə edin. Əks cinsin mənsubu sizinlə maraqlanacaq. Şəxsi münasibətlər müstəvisində əlverişli gündür.
Şir - işlər çoxdur və tezliklə onların öhdəsindən gələcəyinizi düşünməyin. Yaxın ətrafınızdakı insanların təklif etdikləri yardımdan, köməkdən boyun qaçırmayın. Əks təqdirdə çox uzun zaman çalışmalı olacaqsınız. Gələcəklə bağlı planları müzakirə edin. Riayət olunması çətinlik yaratmayan strategiyanı ərsəyə gətirmək mümkündür. Bədxah və rəqiblərinizi üstələməyə çalışın. Onların sizə ziyan vurmalarına imkan verməyin. Maraqlı tanışlıqlar istisna deyil. Rəğbət bəslədiyiniz insanla qarşılaşacaqsınız. Axşam saatları istirahət edin, stressdən qurtulun.
Qız - bəzi planlarınızı reallaşdıra biləcəyiniz gündür. Fəaliyyət sərbəstliyinə ehtiyacınız var. Azad çalışın, amma çətinliklə qarşılaşanda etibar etdiyiniz insanı yardıma çağırın. Lider keyfiyyətlərinizi nümayiş etdirin. Köhnə və yeni tanışlarınızı ideyalarınızdan bir neçəsi ilə tanış edin. Təşkilati məsələlərin öhdəsindən tez, nöqsansız gəlin. Anlaşma və sövdələşmələr üçün yaxşı gündür. İşgüzar intuisiyanız itidir. Şəxsi münasibətlərlə bağlı vəziyyət bir qədər qəlizdir. Yaşanan situasiya ilə bağlı anlam və təsəvvürünüz dürüst olsun. Yad insanların davranışlarının məğzinə varmağa çalışmayın. Bu, çox çətin işdir.
Tərəzi - uğursuz gündür. Səbrsiz və əsəbi olmayın. Sərt açıqlamalar verməyin, aqressiv davranmayın, münaqişələrə səbəb olmayın.Tək çalışmayın. Etibar etdiyiniz insanlarla birgə fəaliyyəti müzakirə edərək razılaşdırın. Qarışıq, laübəli gündür. Rəhbərliklə təmaslar, dövlət qurumlarına baş çəkmək arzuolunan deyil. Yaxın ətrafınızdakı insanlara çox mühüm, sizə isə önəmsiz təsir bağışlayan məsələlərin müzakirəsinə çox vaxt sərf olunur. Günün ikinci yarısında maliyyə itkiləri istisna deyil. Alış-verişdə bədxərclik etməyin.
Əqrəb - günün ilk yarısı effektiv çalışın. Əlverişli şəraitdən maksimum faydalanın. Bugünkü ideyalarınız pis deyil və onları reallaşdırmaq ollar. Gözlənilməz işgüzar təklif ala bilərsiniz. Təklif pis deyil, razılaşın. Karyera pilləkəni ilə yüksələ bilərsiniz. Günün ikinci yarısı əlverişsiz təmayüllərlə zəngindir. Nigaranlıq və təlaş az olmayacaq. Mühüm qərarlar qəbul etməyin, ciddi addımlar atmayın. Səhv və yanlışlıq riski az deyil.
Oxatan - əhəmiyyətli hadisə yaşanmasa da, əhvalınız pis olmayacaq. İşdə və ya evdə yaranan kiçik çətinlikləri səy göstəsəniz, həll edə bilərsiniz. Öz müşküllərinizi çözməklə yanaşı, yaxın ətrafınızdakı insanlara da yardım edin. Maliyyə fonu rahatdır. İmkan varsa, alış-verişə çıxın. Simiclik etməyin. Dəvət aldığınız tədbirə mütləq qatılın. Maraqlı tanışlıq istisna deyil. İşlərinizdə sizə yardıimçı ola biləcək insanlarla bir araya gələ bilərsiniz. Axşam saatlarında istirahət edin.
Oğlaq - istənilən formatda və məzmunda danışıqlar aparmaq üçün uğurlu gündür. Toplantı və iclaslarda eqoist olmayın, danışılanları dinləyin. Potensial tərəfdaşlarla dil tapmağa çalışın. Ehtiyac yaranarsa, opponentlərinizi fikirlərindən döndərin. Bu gün imzalanan sövdələşmələr böyük gəlir vəd edir. İş yerini dəyişməklə bağlı fikri götür-qoy edin. Tələsməyin, bütün nüansları dəyərləndirin. Şəxsi münasibətlər harmonik inkişaf edir. Laqeyd olmadığınız insanlarla münasibətləri pozmamağa çalışın. Ailə üzvləri ilə birlikdə səfərlərə çıxmaq olar.
Dolça - müsbət təmayüllərin təsiri yetərincə güclüdür. Əhvalınız normal deyil və buna görə də gün təlaş, narazılıq, tələskənliklə keçə bilər. Şübhəli olmayın. Daim tələyə düşmək, yalanla üzləşmək ehtimalı ilə yaşamayın. Məşğul olduğunuz işə maksimum diqqət ayırın. Səhvlərdən kimsə xali olmasa da, mümkün qədər az yanlışlığa yol verin. Nüfuzlu insanla təmasda olacaqsınız. Mövqelərinizi səbatlı etmək üçün həmin insanda xoş təəssürat yaratmağa çalışın. İşdə çoxdan bəri can atdığınız məqsədə çata bilərsiniz. Lakin həmin məqsəd sizə dərhal gəlir vəd etmir.
Balıqlar - gün uğurludur. Dostlar və müttəfiqlərin təklif etdikləri yardımlardan imtina etməyin. Müstəqil işin yerinə yetirilmə müddəti uzana bilər. Məsləhətlərdən yararlanın. Mühüm məsələlərin müzakirəsi üçün əlverişli gündür. Mübahisədə gerçək doğulur. Təhsil, tədris, habelə ünsiyyət, bilik və bacarıqların artırılması üçün əlverişli vaxtdır. Önəmli sənədləri günün ikinci yarısında imzalayın.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi