Dövlət Komissiyası toplandı, Əli Nağıyev danışdı: "1713 Ermənistan hərbçisinin qalıqları qaytarılıb" - FOTO
17-06-2022 [20:07]
İyunun 17-də Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının iclası keçirilib.
Mia.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev Komissiyanın Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunmuş yeni tərkibdə ilk iclasını açıq elan etdikdən sonra Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Son illərdə Dövlət Komissiyası tərəfindən görülən işlər barədə danışan sədr Əli Nağıyev Birinci Qarabağ müharibəsində itkin düşən 3890 nəfər Azərbaycan vətəndaşı barədə məlumatların Ermənistan tərəfindən beynəlxalq humanitar hüquq normalarının ziddinə olaraq bu günə kimi təqdim olunmadığını, onların sırasından yalnız 100-dən artıq itkin düşmüş şəxsə aid olması ehtimal olunan meyit qalıqlarının təhvil verildiyini və hazırda eyniləşdirmə prosesinin aparıldığını vurğulayıb. Eyni zamanda bildirilib ki, Vətən müharibəsi başa çatdıqdan sonra 12 nəfər hərbçimizin yaralanaraq əsir düşdüyü məlum olub və beynəlxalq təşkilatların vasitəçiliyi ilə onlar qısa vaxtda Vətənə qaytarılıblar. 6 hərbçimizin isə taleyi bu vaxtadək qeyri-müəyyən olaraq qalmaqdadır. Humanizm prinsiplərini daim rəhbər tutan Azərbaycan Respublikası isə əldə olunmuş tarixi Qələbədən sonra düşmən tapdağından azad olunmuş torpaqlarda tapılmış 1713 Ermənistan hərbi qulluqçusunun qalıqlarını və müxtəlif vaxtlarda saxlanılmış 159 nəfər erməni əsiri qarşı tərəfə qaytarıb.
Komissiya sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, itkin vətəndaşlarımızın axtarışı üzrə intensiv və təxirəsalınmaz tədbirlərin bundan sonra da davamlı və operativ şəkildə həyata keçiriləcəyini, bu istiqamətdə mövcud beynəlxalq əməkdaşlığın daha da genişləndiriləcəyini qeyd edib. Eyni zamanda Yaxın Şərqdə baş vermiş silahlı münaqişələr zamanı qeyri-qanuni silahlı birləşmələrin tərkibində döyüşlərdə iştirak etmiş şəxslərin İraq və Suriyada saxlanılan ailə üzvlərinin, xüsusən də qadın və uşaqların repatriasiyası və reabilitasiyası ilə bağlı müvafiq tədbirlərin görüldüyü və hazırkı vaxtadək hər iki ölkədən birlikdə mərhələli şəkildə 366 nəfərin repatriasiya edildiyi nəzərə çatdırılıb.
Sonra Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov çıxış edərək cənab Əli Nağıyevin rəhbərliyi altında son illərdə Dövlət Komissiyası tərəfindən əsir və itkin düşmüş şəxslərlə əlaqədar həyata keçirilmiş önəmli tədbirlər barədə geniş məlumat verib, qurumun fəaliyyətinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu, bu sahə üzrə mötəbər beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq münasibətlərinin qurulduğunu vurğulayıb, həmçinin meyit qalıqlarının axtarışı zamanı yeni texnologiyaların uğurlu tətbiqindən danışıb. Natiq bildirib ki, bu günədək Ermənistan tərəfindən təhvil verilib, o cümlədən işğaldan azad olunmuş ərazilərdə aşkar edilmiş və ölkə ərazisindəki naməlum şəhid məzarlıqlarında dəfn edilmiş meyit qalıqları üzrə ümumilikdə 282 məhkəmə molekulyar-genetik ekspertizası təyin olunub.
Tədbirdə həmçinin Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov İraq və Suriyada saxlanılan Azərbaycan vətəndaşlarının repatriasiyası ilə bağlı məruzə edib, bu sahədə görülmüş və gələcəkdə görüləcək işlər barədə ətraflı məlumat verib.
Daha sonra Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin başçısı xanım Arian Bauer, Dövlət Komissiyasının üzvləri - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli, hərbi prokuror Xanlar Vəliyev, xarici işlər nazirinin müavini Xələf Xələfov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri Azay Quliyev çıxış edərək çalışdıqları sahələr üzrə gündəlikdə duran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar. Qeyd olunub ki, Birinci Qarabağ müharibəsi zamanı Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən həm Ermənistan ərazisində, həm də işğal edilmiş ərazilərdə saxlanılan 54 nəfər Azərbaycan Respublikası vətəndaşına baş çəkilib, onlardan 17 nəfərinin meyiti sonradan Azərbaycana təhvil verilib, 33 nəfərin öldüyü bildirilsə də meyitləri qaytarılmayıb, 4 nəfərin isə sonrakı taleyi barədə ümumiyyətlə məlumat verilməyib.
İclasın yekununda Dövlət Komissiyasının sədri Əli Nağıyev qarşıda duran mühüm vəzifələr barədə ətraflı bəhs edib, əsir-girov götürülmüş, itkin düşmüş vətəndaşlarımızın taleyinə aydınlıq gətirilməsi yönümündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin beynəlxalq arenada həyata keçirdiyi fəaliyyətin xüsusilə təqdirəlayiq olduğunu vurğulayıb, Dövlət Komissiyasına həvalə olunmuş məsələlərin və tapşırıqların yerinə yetirilməsi istiqamətində bundan sonra da bütün qüvvə və vasitələrin səfərbər olunacağını diqqətə çatdırıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi