Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı yeni qərar verdi

img

17-06-2022 [15:43]


Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti faiz dəhlizi parametrlərinin sabit saxlanılması barədə qərar qəbul edib.

Mia.az xəbər verir ki, uçot dərəcəsi 7,75 %, dəhlizin aşağı həddi 6,25 %, yuxarı həddi isə 9,25 % səviyyəsində saxlanılıb.

Bu qərar bu gündən qüvvəyə minir. AMB-nin İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı iyulun 29-da ictimaiyyətə açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR