Bakıda “Ukrayna müharibəsi, müqavimət, qaçqınlar və yenidənqurma” müzakirə olunub
16-06-2022 [17:21]
Azərbaycan paytaxtında keçirilən “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu açılış mərasimindən sonra işini panel iclaslarla davam etdirib.
Mia.az xəbər verir ki, Forumun birinci panel iclası “Ukrayna müharibəsi, müqavimət, qaçqınlar və yenidənqurma” mövzusuna həsr olunub.
Amerika Xarici Əlaqələr üzrə Milli Komitəsinin prezidenti Susan Elliottun moderatorluğu ilə keçirilən panel iclasında “hansı yanaşma ilə bombaları susdurub sülh üçün yol açmaq olar”, “postmüharibə dövründə gələcək Ukraynanın yenidən qurulması necə təmin ediləcək”, “müharibəni sülh sazişi ilə başa çatdırarkən necə əmin olmaq olar ki, günahkarlar cinayət məsuliyyətinə cəlb ediləcək”, “kiberhücumlar daxil olmaqla, hibrid müharibənin yeni yollarını necə müəyyənləşdirmək mümkündür”, “iqtisadi sanksiyaların cəbhə xəttində daha yaxşı təşkilinə ehtiyac varmı” kimi suallara cavablar axtarılıb.
İclasa onlayn qoşulan Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko Ukraynada baş verənlərlə bağlı məsələnin bugünkü IX Bakı Qlobal Forumunun gündəliyinə salınmasından məmnunluğunu bildirib. O, Ukrayna, Gürcüstan, Moldova və Azərbaycanın münaqişələrlə üzləşdiyini qeyd edib. Ukraynada baş verənlərin qlobal məsələ olduğunu söyləyən sabiq prezident münaqişənin sülh yolu ilə həllinin vacibliyini vurğulayıb.
Ukraynanın keçmiş Prezidenti Petro Poroşenko panel iclasına onlayn qoşularaq bildirib ki, ölkəsində baş verənlər bütün dünyada vəziyyəti dəyişib. Bu müharibə dünya nizamına çağırış, təhdiddir. Eyni zamanda, bu müharibə dünya nizamına xələl gətirir. O qeyd edib ki, dünyanın gələcəyi Ukraynada həll olunur. Əgər hamı həmrəy olsa, birləşsə, bu müharibə dayandırıla bilər.
Ukraynanın sabiq birinci xanımı Katerina Yuşşenko isə diqqətə çatdırıb ki, dünyanın təhlükəsizliyinə yeni bir baxış olmalıdır. Hazırkı problemlərin nəticələri gələcək nəsillərə də təsir edə bilər. “Biz azad, demokratik ölkədə, öz doğma dilimizdə, milli dəyərlərimizi, keçmişimizi qoruyaraq yaşamaq istəyirik”, - deyə Katerina Yuşşenko əlavə edib.
Panel iclasında çıxış edən Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviç diqqətə çatdırıb ki, diplomatiya münaqişələrin yeganə həll yolu olmalıdır. Bizim əsas prioritetimiz Ukraynada gedən müharibəni dayandırmaq, onun yayılmasının qarşısını almaq, milli dəyərləri müdafiə etmək, postmünaqişə dövrü və sülhdür. Hazırda sülh üçün əsas yaradılmalıdır.
Avropa Parlamentinin keçmiş üzvü, belçikalı siyasətçi Tom Vandenkendeler Ukraynada baş verənlərin hibrid müharibənin bariz nümunəsi olduğunu deyib, bunun həlli üçün addımların atılmalsının vacibliyini qeyd edib. O, həmçinin Avropa Parlamentinin əvvəldən Ukraynadakı müharibə ilə bağlı aydın mövqe nümayiş etdirdiyini söyləyib.
Gürcüstan Baş nazirinin sabiq müavini Eka Tkeşelaşvili Ukraynada baş verənləri sivilizasiyalararası müharibə adlandırıb. Bildirib ki, Ukrayna-Rusiya müharibəsinin nəticəsi qarşıdakı onilliklərin necə olacağını, övladlarımızın gələcəyini müəyyənləşdirəcək.
Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa çıxışında deyib ki, indi seçim etmək zamanıdır. Biz necə bir qlobal sistem istədiyimizlə bağlı qərar verməliyik və tarixin doğru tərəfində olmağı seçməliyik.
Çıxışlardan sonra “Sosial media, siyasət və XXI əsrdə müharibə” mövzusunda müzakirələr keçirilib.
İranda 19-cu əsrdə tikilmiş məscid vurulub – Ölənlər var
Belçika XİN başçısı Ceyhun Bayramova zəng edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO