Daha 3 faydalı qazıntı yatağı istifadəyə verildi

img

16-06-2022 [14:51]


İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi növbəti hərrac vasitəsilə 3 faydalı qazıntı yatağını istifadəyə verib.

Mia.az İqtisadiyyat Nazirliyinə istinadla bildirir ki, hərracda Qobustan rayonunda yerləşən “Nabur” vulkan külü yatağının 1,1 hektar sahəsi, Qaradağ rayonunun “Gülbaxt” əhəngdaşı yatağının 12 hektar sahəsi və Qəbələdə yerləşən “Xırxatala” qum-çınqıl yatağının 2 hektar sahəsi istifadəyə verilib.

Hərracda istifadəyə verilən faydalı qazıntı yataqlarının siyahısı ilə buradan tanış olmaq mümkündür: ( https://bit.ly/3aSTyZI)


Digər xəbərlər
SON XƏBƏRLƏR