Binəli Yıldırım Şuşada: "Qarabağ zəfəri həm də Cənubi Qafqazda və türk dünyasında yeni bir dövrün başlanğıcıdır"
15-06-2022 [12:25]
"Ruhun şad olsun ümummilli lider Heydər Əliyev. Sizin övladınız Sizin vədinizi və vəsiyyətinizi gerçəkləşdirdi, Şuşanı işğaldan azad etdi. Bu gün Azərbaycanın Milli Qurtuluş Günüdür. Bu gün həm də Şuşa Bəyannaməsinin imzalanmasının birinci, Qars müqaviləsinin imzalanmasının 101-ci il dönümüdür".
Bunu Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin birinci müavini, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri, Türkiyə nümayəndə heyətinin rəhbəri Binəli Yıldırım Şuşada "Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir" mövzusunda keçirilən konfransda deyib.
O, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada olmaqdan məmnunluq duyduğunu söyləyib: "Cənab Prezident Rəcəb Tayyib Ərdoğanın sizə ürəkdən salam və sevgilərini çatdırıram. Türkiyə-Azərbaycan əlaqələri mənfəət üzərində qurulmayıb. Türkiyə-Azərbaycan əlaqələri qardaşlıq, dostluq üzərində qurulub. 44 günlük Vətən müharibəsindəki zəfərlə 30 ilə yaxın davam edən işğala son qoyulub. Ötən ilin bu günündə Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyev tərəfindən Şuşada tarixi Şuşa Bəyannaməsi imzalanıb. Bu, tarixi bir sənəddir. Qarabağ zəfəri sadəcə işğal altındakı torpaqların azad edilməsi məsələsi deyil. Qarabağ zəfəri həm də Cənubi Qafqazda və türk dünyasında yeni bir dövrün başlanğıcıdır"/Report.
O, daha sonra bildirib ki, çətin bir coğrafiyada yaşayırıq:
"Biz 40 ildir terrorla mübarizə aparırıq. İraq, Suriya, Balkanlarda və hazırda Qara dənizin şimalında yaşanan qeyri-sabitlik coğrafiyamızı əhatə edir".
Onun sözlərinə görə, Qarabağ məsələsi həll edildiyinə görə Cənubi Qafqazda əsas iş sülhün, sabitliyin bərpa olunmasıdır: "Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanatda Zəngəzur dəhlizi ilə bağlı məsələ öz əksini tapıb. Bu sənədin müddəalarını yerinə yetirmək Ermənistanın boynunun borcudur və vəzifəsidir. Sülhün regional əməkdaşlığa, sabitliyə fayda verməsi üçün daha çox müzakirəyə ehtiyac var".
Mia.az
İranda 19-cu əsrdə tikilmiş məscid vurulub – Ölənlər var
Belçika XİN başçısı Ceyhun Bayramova zəng edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO