Nəsimi rayonunda Milli Qurtuluş Günü qeyd olunub - FOTOLAR
15-06-2022 [11:17]
Nəsimi rayon İcra Hakimiyyətinin və Azərbaycan Dövlət Neft Sənaye Universitetinin birgə təşkilatçılığı ilə 15 İyun-Milli Qurtuluş günü münasibətilə Dövlət Neft və Sənaye Universitetində “Azərbaycanın taleyini dəyişən zəfər tarixi” adlı tədbir keçirilib. Tədbirdə Millət Vəkilləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, idarə, müəssisə, təşkilatların rəhbərləri və fəal gənclər iştirak ediblər. Tədbir iştirakçıları Universitetin foyesində Ulu Öndərin büstü önünə gül dəstələri qoyaraq Ümummilli liderin xatirəsini yad ediblər.
Mia.az xəbər verir ki, əvvəlcə Dövlət Himni səslənib, daha sonra vətənin azadlığı uğrunda canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ulu öndər Heydər Əliyev haqqında videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı qeyd etdi ki, Ümummilli liderimiz Heydər Əliyevin yenidən siyasi hakimiyyətə tarixi qayıdışının 29-cu ildönümü ölkəmizin hər yerində, habelə respublikamızın hüdudlarından kənarda, xarici ölkələrdə də böyük coşqu və təntənə ilə qeyd edilir. Natiq Azərbaycan Respublikasının Prezidenti kimi Heydər Əliyevin qısa müddətdə ölkədə baş verən vətəndaş qarşıdurmasını aradan qaldırmaqla və cəmiyyət həyatının bütün sahələrini əhatə edən islahatları uğurla həyata keçirməklə genişmiqyaslı böhranı aradan qaldırdığını xüsusi olaraq vurğulamış, Azərbaycan Respublikasının Ümummilli Lideri - Milli Qurtuluşun banisi, böyük xilaskarlıq missiyasını bacarıqla həyata keçirmiş Heydər Əliyevin müstəqillik və milli dövlətçilik ideyalarını dünyada gedən proseslərə, ölkənin reallıqlarına uyğun şəkildə yaradıcılıqla inkişaf etdirərək böyük sabahlara doğru qətiyyətlə addımladığını qeyd etmişdir.
Daha sonra çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 1993-cü ilin may–iyun aylarında Azərbaycanda yaranmış kəskin ictimai – siyasi vəziyyət və kriminal şəraitin ölkəni iflic vəziyyətə salmasından danışaraq, həmin dövrdə vəziyyətin son dərəcədə təhlükəli xarakter aldığını, ciddi siyasi hakimiyyət böhranının yarandığını, ölkənin fəlakət qarşısında qaldığını bildirmişdir.Həmin dövrdə Heydər Əliyev kimi qətiyyətli, dünya miqyasında tanınan və xalqı öz arxasınca aparmağa qadir olan lider hakimiyyətə gəlməsəydi, hadisələr olduqca təhlükəli və gərgin bir məcrada davam edə bilərdi. Xalqını sonsuz məhəbbətlə sevən Ümummilli liderimiz Heydər Əliyev bütün həyatını, zəngin dövlətçilik, təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə, onun inkişaf etmiş sivil dövlətlər səviyyəsinə yüksəlməsinə həsr etmişdir.
Heydər Əliyev siyasi kursunun bu gün onun ideyalarına sadiq olan Aərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inamla və uğurla davam etdirildiyini bildirən natiqlərin çıxışlarında böyük əminlik hissi ilə bildirildi ki, müstəqil Azərbaycan dövləti məhz möhtərəm Prezidentimizin rəhbərliyi altında daha da inkişaf edərək dünyanın ən güclü, qüdrətli dövlətləri sırasına çıxacaq, Azərbaycan xalqını firavan, xoşbəxt gələcəyə aparacaqdır.
Tədbir tanınmış incəsənət ustalarının, universitetin rəqs qrupunun və Musiqi Kollecinin tələbələrinin ifasında konsert proqramı ilə davam edib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi