Fərid Şəfiyev: "Ermənistanla sülh prosesi ölü nöqtəyə doğru irəliləyir"
15-06-2022 [10:51]
"İndiki məqamda görürük ki, Ermənistandakı daxili proseslər və xaricdən olan bir sıra aktorların maraqları səbəbindən sülh prosesi ölü nöqtəyə doğru irəliləyir".
Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Ermənistanın Baş naziri Nikol Paşinyanın “Əl Cəzirə" kanalına verdiyi müsahibəni şərh edərkən söyləyib.
O xatırladıb ki, N.Paşinyan müsahibəsində Ermənistanla Azərbaycan arasında sülh danışıqları prosesində mövcud olan problemlərdən danışıb.
Mərkəz sədri bildirib ki, görünür daha əvvəl səsləndirilmiş bəyanatlara baxmayaraq, Ermənistan hökuməti faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünü qəbul etmək istəmir: "Müsahibədə "DQ statusu" gündəmə gətirilir. Hər iki tərəf sərhədlərin delimitasiyasının texniki tərəfləri barədə müzakirələr aparmağa müvəffəq olsalar da, delimitasiya razılaşmasının əsasını qarşılıqlı olaraq ərazi bütövlüyü və suverenliyə hörmət təşkil edir. Bu prinsipə riayət olunmadan delimitasiyanı uğurla həyata keçirmək mümkün olmayacaq.
Müsahibədə nəqliyyat dəhlizləri ilə bağlı açıqlamasında Nikol Paşinyan Laçın və Zəngəzur dəhlizlərini fərqləndirir. Lakin 10 noyabr 2020-ci il bəyanatında Zəngəzurla bağlı “dəhliz” ifadəsi işlədilmədiyi halda, 9-cu maddədə xüsusilə Laçınla bağlı insanlar və yüklərin maneəsiz axını ifadəsi işlədilib. Eyni zamanda Laçın üzərində suverenlik beynəlxalq sənədlərdə təsbit edildiyi və 10 noyabr bəyannaməsində bir daha təsdiqləndiyi kimi Azərbaycanın yurisdiksiyasındadır. Belə ki, 10 noyabr bəyanatının 6-cı maddəsində göstərildiyi kimi, Azərbaycan hər iki istiqamətdən Laçın dəhlizi boyunca insan, nəqliyyat vasitələri və yüklərin daşınmasının təhlüksizliyini təmin etməlidir".
"Nikol Paşinyan müsahibəsində deyir ki, biz artıq suverenliyə və sərhədlərin toxunulmazlığına hörmət əsasında regional kommunikasiya xətlərinin açılması məsələsini müzakirə edirik. O zaman danışıqlarda da bu prinsiplərə hörmət edilməlidir. Bir sözlə, Zəngəzur və Laçın müvafiq olaraq Ermənistan və Azərbaycana məxsus olmaları ilə bağlı suveren statusa malikdirlər, lakin insanlar və yüklərin keçidi ilə bağlı eyni rejimi paylaşırlar. Bununla yanaşı Ermənistan ərazisindən keçidlə bağlı mübahisələr hələ də davam edir. Əgər Ermənistan qondarma Dağlıq Qarabağın statusu ilə bağlı təkid etməyə davam edərsə, bu sülh prosesinə xələl gətirəcək.
Qarabağ Azərbaycan torpağıdır və bu, beynəlxalq səviyyədə qəbul olunub, BMT TŞ və digər beynəlxalq institutlar tərəfindən bir daha təsdiqlənib. Azərbaycanda yaşayan ermənilərin hüquqlarına gəldikdə bu, Azərbaycan Konstitusiyası çərçivəsində öz həllini tapmalıdır" - Fərid Şəfiyev əlavə edib/Report.
İranda 19-cu əsrdə tikilmiş məscid vurulub – Ölənlər var
Belçika XİN başçısı Ceyhun Bayramova zəng edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO