Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı “Son zəng” tədbirində iştirak edib - FOTOLAR
14-06-2022 [18:37]
Bu gün ölkəmizdə 2021-2022-ci tədris ilinin başa çatması münasibətilə bütün ümumtəhsil müəssisələrində “Son zəng” çalınıb. Bu münasibətlə Şirvan şəhərinin 14 ümumtəhsil müəssisəsində də “Son zəng” tədbirləri təntənəli ilə qeyd edilib.
Mia.az xəbər verir ki, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 1 nömrəli tam orta məktəbdə keçirilən “Son zəng” tədbirində iştirak edib. Tədbirdən öncə məktəbin 100 illik yubileyi ərəfəsində foyedə sərgilənən məktəbin tarixini əks etdirən, məktəbi bitirən görkəmli ziyalıların fotostendləri ilə tanış olub. Tədbirdə iştirak edən Vətən müharibəsi iştirakçısı olan qəhrəman məzunlarla görüşərək onlarla söhbət edib və xatirə şəkli çəkdirib.
“Son zəng” tədbiri Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Müasir, müstəqil Azərbacanın memarı, qurucusu, Xalqımızın ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən, tariximizə möhtəşəm “Zəfər salnaməsi” yazdıran, torpaqlarımızın hər qarışı uğrunda canlarını qurban verən şəhidlərin, eləcə də məktəbin dünyasını dəyişərək əbədiyyətə qovuşan müəllim və məzunlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
1 nömrəli tam orta məktəbin direktoru Rəfiqə Atayeva Şirvan şəhərinin tarixən ən qədim, ən qocaman məktəbi olan, təhsil sahəsində uğurlu və şanlı yol qət edərək, qazandığı böyük nailiyyətləri ilə bu gün şəhərimizin ən qabaqcıl, ən nüfuzlu təhsil ocaqlarından birinə çevrilən, 100 illik yubileyi ərəfəsində olan 1 nömrəli tam orta məktəb haqqında ətraflı məlumat verib. 11 il əvvəl öz kövrək addımları ilə doğma məktəbi salamlayan onbirincilər üçün bu günün, sevinci ilə, kədəri ilə, unudulmaz, yadda qalan anları ilə məktəb illərinin sonuncu zəngi, həm də onları müstəqil həyata səsləyən ilik zəng olaraq yadda qalacağını bildirib.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 11 illik təhsil pilləsini başa vuran şəhərimizin bütün məzunlarını “Son zəng” münasibətilə təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb. Ulu öndər Heydə Əliyevin elmə, təhsilə dövlət səviyyəsində göstərdiyi diqqət və qayğının bu gün Azərbaycan Respublikasını Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini bildirib.
Həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə bilikli, savadlı gənclərin sayının artdığını, elmin daha da inkişaf etdiyini, ölkə başçısının da qeyd etdyi kimi “qara qızıl”ın insan kapitalına çevrildiyini qeyd edib. Son illərdə yeni məktəb binalarının tikilib-istifadəyə verildiyni, maddi-texniki bazasının möhkəmləndirildiyini, təhsil işçilərinin müxtəlif fəxri adlar, orden və medallarla təltif edildiyini diqqətə çatdırıb. Məhz təhsil müəssisələrində aparılan vətənpərvərlik təbliğatının nəticəsi olaraq 44 günlük Vətən müharibəsində gənclərimizin kütləvi olaraq könüllü şəkildə ordu sıralarına yazılmaq istədiyini, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda misilsiz qəhrəmanlıq nümunələri göstərdiklərini, tariximizn Şanlı Zəfərini qazandıqlarını vurğulayıb. Vətən uğrunda canından keçən şəhidlərimizin hər zaman hörmət və ehtiramla yad ediləcəyini, gələcək nəsillər üçün örnək olacağını söyləyib. Onlara Allahdan rəhmət, ailələrinə səbir diləyib.
Sonra söz məktəbin qocaman müəllimlərinə və 11-cilərin sinif rəhbərlərinə verilib.
Tədris ili ərzində keçirilən müxtəlif müsabiqələrdə qalib olmuş şagirdlərə Fəxri fərman və diplomlar təqdim edilib.
Tədbirdə simvolik “Bilik açarı” məzunlar tərəfindən I sinif şagirdlərinə təqdim olunub.
Mərasim şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam etdirilib.
Sonda “Son zəng” çalınıb, səmaya əlvan şarlar buraxılıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi