Kamran Əliyev Blinkenin köməkçisinin müavini ilə görüşüb - Müzakirə + FOTO
14-06-2022 [19:36]
İyunun 14-də Azərbaycan Baş prokuroru Kamran Əliyev ölkəmizdə səfərdə olan Amerika Birləşmiş Ştatlarının Dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə köməkçisinin müavini Kara MakDonald və ABŞ-ın ölkəmizdəki Fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberger ilə görüşüb.
Mia.az Baş Prokurorluğa istinadla bildirir ki, Baş prokuror Azərbaycanla ABŞ arasında ənənəvi dostluq və tərəfdaşlıq əlaqələrinə, bütün sahələrdə işgüzar münasibətlərin mövcudluğuna toxunaraq, iki ölkənin dövlət qurumları arasında əməkdaşlığı haqqında danışıb.
Ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafının yüksək səviyyədə olduğunu məmnuniyyətlə vurğulayan Baş prokuror, bu sahədə dövlət başçıları cənab İlham Əliyev və Jo Baydenin misilsiz xidmətlərini qeyd edib.
Görüş zamanı Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi altında beynəlxalq təhlükəsizlik və terrorizmə qarşı mübarizədə dövlətimizin göstərdiyi səylər, həmçinin korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilən institusional və cinayət təqibi tədbirləri qeyd edilərək, insan alveri və narkotik vasitələrin qanunsuz dövriyyəsi, mütəşəkkil cinayətkarlığın digər ağır formaları, həmçinin məişət zorakılığı ilə mübarizə sahəsində beynəlxalq qurumlarla, o cümlədən digər ölkələrin müvafiq qurumları ilə səmərəli əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Səmimi qəbula görə təşəkkürünü bildirən Kara MakDonald ikitərəfli münasibətlərə toxunaraq ABŞ-ın Azərbaycanla əlaqələrə böyük önəm verdiyini və iki ölkə arasında münasibətlərin yüksək səviyyədə və müvəffəqiyyətlə inkişaf etdiyini vurğulayıb.
Ölkəmizdə qanunun aliliyi və hesabatlılığın möhkəmləndirilməsi, xalqın yaşayış rifahının yüksəldilməsi və vətəndaş məmnunluğunun artırılması istiqamətində atılan davamlı addımların təqdirəlayiq olduğunu qeyd edib.
Qonaqlar Azərbaycan Prezidenti tərəfindən imzalanmış əfv sərəncamlarının, həmçinin Milli Məclis tərəfindən qəbul edilmiş amnistiya aktlarının ABŞ Dövlət Departamenti tərəfindən alqışlandığını qeyd edərək ölkəmizdə və xüsusilə prokurorluq orqanları tərəfindən insan və vətəndaş, o cümlədən əhalinin həssas təbəqələrinin hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş addımları müsbət hal kimi qiymətləndiriblər.
Daha sonra qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılıb.
Görüşdə ABŞ Dövlət Departamentinin və Azərbaycan Prokurorluğunun məsul əməkdaşları iştirak ediblər.
İranda 19-cu əsrdə tikilmiş məscid vurulub – Ölənlər var
Belçika XİN başçısı Ceyhun Bayramova zəng edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO