Pərviz Şahbazov Londonda: "Böyük Britaniya Azərbaycana 32 milyard dollardan çox sərmayə yatırıb"
14-06-2022 [17:22]
Böyük Britaniya ilk vaxtlardan sərmayələri və enerji sektorunun inkişafına dəstəyi ilə Azərbaycanın iqtisadi müstəqilliyində mühüm rol oynayan tərəfdaşıdır.
Mia.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, bunu bu gün Londonda keçirilən Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 5-ci iclası zamanı Hökumətlərarası Komissiyanın iclasında həmsədr, Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib.
Onun sözlərinə görə, Böyük Britaniya 32 milyard dollardan çox sərmayə yatırımı ilə Azərbaycanda ən böyük xarici investordur: “İki ölkə arasında ötən il ticarət dövriyyəsi 47 % artaraq 668 milyon dollara yaxın olub”.
P. Şahbazov çıxışında diplomatik münasibətlərin 30 illiyini qeyd edən ölkələrimiz arasında yüksək siyasi dialoqun Cənubi Qafqazda nümunəvi güclü iqtisadi tərəfdaşlıqla bir-birini tamamladığını qeyd edib. Strateji tərəfdaşlıq xarakteri daşıyan bu münasibətlərə Azərbaycan Prezidenti İlham Əliyev, Böyük Britaniya və Şimali İrlandiya Krallığının baş naziri Boris Consonun son məktublarında da böyük əhəmiyyət verildiyi vurğulanıb. Çıxışda BP vasitəsilə ölkəmizin neft-qaz sektoruna indiyə qədər 29 milyard dollara yaxın sərmayə yatırımı, Cənub Qaz Dəhlizi kimi enerji təhlükəsizliyi layihələri uğurlu enerji əməkdaşlığının göstəricisi kimi dəyərləndirilib.
Nazir bu əməkdaşlığın qlobal çağırışlara uyğun yeni mərhələyə daxil olduğunu deyib: “Birləşmiş Krallıqla enerji sahəsində uzunmüddətli tərəfdaşlığımızı strateji enerji dayanıqlığı və “yaşıl” enerji gündəliyinin həyata keçirilməsinə mühüm töhfə kimi görürük. Bu günlərdə Cəbrayılda 240 MVt gücündə günəş enerjisi layihəsi üzrə mühüm irəliləyişə nail olduq. Düşünürük ki, tez bir zamanda bu stansiyanın inşası bp ilə “yaşıl” enerji, dekarbonizasiya, ümumiyyətlə enerji keçidi istiqamətində uğurlu əməkdaşlığımızın təsdiqi olacaqdır. Azad edilmiş ərazilərin “xalis sıfır” emissiyaya malik “yaşıl enerji zonası” konseptində inkişafı, “yaşıl artım” və təmiz ətraf mühitə nail olmağa ölkənin milli prioriteti səviyyəsində yanaşma və Xəzər dənizinin 157 QVt külək enerjisinin elektrik enerjisi və hidrogenin istehsalı/ixracına yönəldilməsi ilə bağlı planlar Böyük Britaniya ilə “yaşıl” tərəfdaşlığın inkişafı üçün böyük imkanlardır.”
Nazir azad edilmiş torpaqlarımızın dünyada ən çox minalarla çirklənmiş ərazilərdən biri olduğunu, mina və partlamamış hərbi sursatların zərərsizləşdirilməsindəki çətinliklərin bu ərazilərin sosial-iqtisadi reinteqrasiyası, mühüm layihələrin həyata keçirilməsi üçün başlıca maneə olduğunu da diqqətə çatdırıb. Bu məsələdə beynəlxalq dəstəyin və yardımın vacibliyini qeyd edib.
İclasda Hökumətlərarası Komissiyanın 4-cü iclasından sonrakı dövrdə görülmüş işlər nəzərdən keçirilib. Enerji keçidi, biznes mühitinin daha da yaxşılaşdırılması və investisiyaların artırılması, mina təhlükəsi ilə mübarizə, rəqəmsal iqtisadiyyat, infrastruktur, səhiyyə, təhsil, kənd təsərrüfatı sahələrində əməkdaşlığa dair müzakirələr aparılıb və qarşılıqlı təqdimatlar dinlənilib. Yeni investisiya imkanları barədə ətraflı məlumat verilib, Azərbaycan-Britaniya Ticarət Palatasının fəaliyyətə başlamasının əhəmiyyəti qeyd edilib. İkitərəfli iqtisadi əlaqələrin inkişafı üçün “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi” ilə bağlı proseslərin sürətləndirilməsinin vacibliyi bildirilib.
Qeyd edək ki, iclasdan əvvəl Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Hökumətlərarası Komissiyanın həmsədri, energetika nazri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Həmçinin energetika nazri Pərviz Şahbazov ilə Böyük Britaniyanın biznes, enerji və təmiz inkişaf üzrə dövlət naziri Qreq Hands və ixracat naziri Mike Freer arasında ikitərəfli görüşlər olub. Görüşlərdə iki ölkə arasında münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivlərinə dair müzakirələr aparılıb.
Görüşlərdən sonra hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçirilən Hökumətlərarası Komissiyanın iclasında həmsədrlər - Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Birləşmiş Krallığın ixracat naziri Mike Freer çıxış ediblər.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ixracat naziri Mike Freer deyib: “Ölkələrimiz arasındakı diplomatik münasibətlərin 30-cu ildönümünü ticarət sahəsindəki mühüm danışıqlarla qeyd etmək çox xoşdur. Hazırda 1 milyard funt-sterlinqdən çox olan ticarət dövriyyəmiz mövcuddur və Hökumətlərarası Komissiya əlaqələrimizi genişləndirmək və dərinləşdirmək üçün bir fürsətdir. Böyük Britaniya şirkətləri Azərbaycanla bərpa olunan enerjiyə keçid, yeni texnologiyaya investisiya, səhiyyə və təhsil sahələrində tərəfdaşlıq edir və biz qarşıdakı illərdə birgə fəaliyyət üçün daha çox imkanların olacağına inanırıq”.
Tədbir çərçivəsində ““İDRAK Texnoloji Transfer” şirkəti ilə Birləşmiş Krallığın “ApplianSys” şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.
Yekunda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 5-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Hökumətlərarası Komissiyanın 6-cı iclasının isə 2023-cü ildə Bakı şəhərində keçirilməsi barədə razılıq əldə olunub.
Tehran bombalanır - Paytaxt qaranlığa qərq olub (FOTO)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şəfiqə Məmmədovadan Rasim Balayevlə bağlı açıqlama: "Çox pisəm, özümə gələ bilmirəm"
Bakıdakı ali məktəblər hara köçürülür? - VİDEO
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
ELDAR ƏZİZOV İCRA BAŞÇILARINI TOPLADI: 3 rayonda görülən işlər təqdir olunub, digərləri isə...
Prezident Cəmil Əliyevi təltif etdi - “İstiqlal” ordeni ilə
Rasim Balayev Türkiyədə vəfat edib
"Azərişıq"dan "10 manat yükləyirik, 2-3 manat dərhal silinir" iddialarına cavab verildi - VİDEO
İrana qarşı yeni cəbhə açılır? - Ankara–İslamabad xətti... (TƏHLİL)
Bakıda yağışla bağlı yaranan problem... - 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
İran Müdafiə Nazirliyinin rəsmisi həlak olub
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər