Mərkəzi Bankın sədri sığorta şirkətlərinin rəhbərləri ilə görüşəcək

img

13-06-2022 [11:21]


Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə heyətinin sədri Taleh Kazımov iyunun 16-da sığorta şirkətlərinin rəhbərləri ilə görüşəcək.

Mia.az APA-ya istinadla xəbər verir ki, görüş zamanı Azərbaycanın sığorta sektorunun cari vəziyyəti müzakirə olunacaq.

Qeyd edək ki, görüş AMB-nin inzibati binasında baş tutacaq.

Xatırladaq ki, bu, AMB-nin yeni sədrinin sığorta şirkətlərinin rəhbərləri ilə ilk görüşüdür. AMB sədri bundan əvvəl mayın 4-də bank rəhbərləri ilə görüş keçirmişdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR