“PAŞA Bank”ın İdarə Heyətinə yeni sədr təyin olunub

img

10-06-2022 [18:05]


Cavid Quliyev “PAŞA Bank” ASC-nin Baş İcraçı direktoru və İdarə Heyətinin sədri təyin edilib.

Bankdan Mia.az-a bildirilib ki, Bankın Səhmdarlarının Ümumi Yığıncağının qərarına əsasən, Cavid Quliyev bu vəzifələrin icrasına iyunun 9-dan başlayıb. 

Taleh Kazımov Mərkəzi Bankın sədri vəzifəsinə təyin edildiyindən, “PAŞA Bank”ın İdarə Heyətinin sədri vəzifəsindən ayrılmışdı.

“PAŞA Bank”ın İdarə Heyəti sədrinin səlahiyyətlərini icra edən şəxs vəzifəsinə isə aprelin 12-də Bankın İdarə Heyətinin sədr müavini Cavid Quliyev təyin edilmişdi.

Qeyd edək ki, C. Quliyev “PAŞA Bank”da öz əmək fəaliyyətini 2015-ci ildə Bankın İdarə Heyəti sədrinin biznesin inkişafı üzrə müşaviri vəzifəsində başlayıb.

23 fevral 2016-cı ildə isə C. Quliyev “PAŞA Bank”ın İdarə Heyəti sədrinin müavini vəzifəsinə, 5 mart 2018-ci ildə isə Bankın İdarə Heyəti sədrinin müavini və Baş Kommersiya inzibatçısı vəzifəsinə təyin edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR