Şirvanın icra başçısı şəhər sakinləri ilə növbəti səyyar görüş keçirib, tapşırıqlar verib - FOTOLAR
09-06-2022 [19:12]
Şirvan Şəhər İcra Hakimiyyətində təsdiq edilmiş qrafikə uyğun olaraq 9 iyun 2022-ci il tarixdə 5 nömrəli ümumi orta məktəbin akt zalında vətəndaşlarla növbəti səyyar görüş keçirilib.
Mia.az xəbər verir ki, görüşdə Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, millət vəkili İltizam Yusifov, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, şəhərdə fəaliyyət göstərən xidmət təşkilatlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Görüşdən öncə Şəhər İcra Hakimiyyətinin başçısı, millət vəkili və Şəhər İcra Hakimiyyətinin müavinləri məktəbin foyesində məktəblilərin 15 İyun Milli Qurtuluş Gününə həsr edilmiş əl işlərindən ibarət sərgi ilə tanış olub.
Səyyar görüşün əvvəlində ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov görüş işirakçılarını salamladıqdan sonra, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm qələbədən, əsgər və zabitlərimizin şücaət və qəhrəmanlıq nümunələrindən bəhs edərək, şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir, qazilərə şəfa diləyib. İki il müddətində pandemiyanın yaratdığı çətinliklərdən, koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərindən, yeni modul tipli xəstəxanalrın yaradılmasından, səhiyyə ocaqlarının müasir tibbi avadanlıqlarla təchiz edilməsindən, xüsusilə vaksinasiyanın uğurla həyata keçirilməsindən danışıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasət, eləcə də əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş dövlət qərarlarının icrası barədə ətraflı məlumat verib. Azad olunmuş ərazilərdə başlanmış nəhəng quruculuq işlərinin uğurla davam etdirildiyini vurğulayıb.
Dövlət başçısının 17 illik fəaliyyəti nəticəsində Azərbaycanın ədalətli mövqeyinin və həqiqətlərinin beynəlxalq aləmdə geniş təbliğ edildiyini, BMT-nin 4 qətnaməsinin ölkəmizin güclü ordusu hesabına yerinə yetirildiyini bildirib. Bu sahədə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və Leyla xanımın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən keçirilən tədbirlərdən, humanitar forumlardan, dövlət başçısının dünyanın nüfuzlu informasiya agentliklərinə, televiziya kanallarına verdiyi müsahibələrdən, bu müsahibələrdə müxbirlərin təxribat xarakterli suallarını onların öz ölkələrinin timsalında fakt və arqumentlərlə cavablandırmasından danışıb.
Ölkəmizin hər bir bölgəsində, xüsusilə azad edilmiş ərazilərdə aparılan abadlıq-quruculuq işlərinin hər bir vətəndaşımızda qürur və sabaha inam hissi yaratdığını bildirib. Erməni vandallarının 30 il ərzində dağıtdığı ərazilərdə qısa müddətdə dünya standartlarına cavab verən yeni avtomobil yollarının, beynəlxalq aeroportların, otellərin tikintisi, tarixi-memarlıq abidələrinin bərpası, “ağıllı kənd” layihələrinin reallaşdırılması həmin torpaqların həqiqətən azərbaycanlıların dədə-baba yurdları olduğunun bir daha sübutu olduğunu qeyd edib. Dövlət başçısının təşəbbüsü ilə paytaxtda “Çəmbərəkənd” parkının salınmasının, Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi istiqamətində atılan ən mühüm addımlardan biri olduğunu vurğulayıb. Şirvan şəhərində də geniş tikinti, abadlıq-quruculuq işlərinin həyata keçirildiyini, park və yaşıllıq zolaqlarının salındığını, mərkəzi və məhəllədaxili yolların asfaltlandırıldığını, küçələrin işıqlandırıldığını, su təchizatının və kanalizasiya sisteminin yenidən qurulduğunu, bir sıra sosial layihələrin reallaşdığını diqqətə çatdırıb. Dövlət səviyyəsində görülən işlərin, atılan addımların hər birinin vətəndaş məmnunluğunun artırılmasına, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə xidmət etdiyni söyləyib.
Millət vəkili İltizam Yusifov Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerindən, regionun əsas söz sahibi olmasından, hazırda həyata keçirilən layihələrin dövlətimizə və xalqımıza xeyrindən danışıb. Şəhər sakinlərinin narahat edən əsas məsələlərin həlli ilə bağlı Milli Məclisdə qanun layihələrinin müzakirəsi zamanı fikir bildirdiyini və onların müsbət həlli istiqamətində müəyyən işlər görüldüyün diqqətə çatdırıb.
Səyyar qəbulda sakinlərin arzu və təklifləri həssaslıqla dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq, həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə həlli ilə bağlı aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Görüşdə iştirak edən şəhər sakinləri ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi