Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
08-06-2022 [00:03]
Qoç - hisslərin və emosiyaların əsiri olmayın. Yaşam arealınızı müdaxilələrlə kənar təsirlərdən qoruyun. Bu gün öz kiçik dünyanıza sığının. Kimsəyə imkan verməyin ki, işlərinizə mane olsun, yolunuzda sədlər yaratsın. Önəm verdiyiniz dəyərləri var gücünüzlə qoruyun.
Günün ikinci yarısında fəaliyyət intensivliyini bir qədər azaltmaq, yaxınlarınızın istəkləri ilə maraqlanmaq olar. Alış-veriş üçün münasib zamandır. Ailə üzvlərini dinləyin, onlara maddi və mənəvi dəstək olun. Axşam saatlarında qonaq dəvət etmək və ya valideynlərlə təmasda olmaq olar.
Buğa - yaşamınızda nə isə dəyişməyə başlayın. Hisslərinizi bölüşməyə tələsməyin. Yanınızdakı insanın uğurlarınıza olan münasibətini yəqin etməmiş planlarınızı onunla bölüşməyin. İşgüzar tərəfdaş və ya həmkarlarla münasibətlərdə emosiyalar alovlana bilər. Hisslərin gərginləşməsinin əlaqələrin kəsilməsinə səbəb olması yolverilməzdir. Ümumi maraqlar və problemlər sizi birləşdirə bilər. Ola bilsin ki, başqa işlər görmək lazımdır. Çətinliklər isə fəaliyyət və əməkdaşlığın yeni variantlarına çıxışı sürətləndirəcək.
Mühüm xəbərlər alacaqsınız.
Sizi narahat edən məsələnin cavabı günün ikinci yarısında tapılacaq.
Axşam saatlarında səhhətinizə fikir verin.
Əkizlər - yaxın ətrafınızdakı insanlardan biri və ya yaxın dostunuzla olan münasibətlərin sınaq dövrüdür. Ünsiyyətlər son günlərin hadisələrinin təsiri altında transformasiyaya uğrayır. Təmayüllər sizin üçün müsbətdir. Lakin gərginlik, həddən ziyadə olan imkanların artması hiss oluna bilər. Yaranan problemləri sürətlə həll etməyə çalışın.
Yaxın ətrafınızdakı insanlara verdiyiniz vədləri günün ikinci yarısında reallaşdırmağa çalışın. İşlə bağlı münaqişələrin şəxsi münasibətlərə sirayət etməsinə imkan verməyin.
Axşam saatlarında dəvət aldığınız tədbirə qatılın.
Xərçəng - yaranan situasiyanın məzmununu və mahiyyətini dərk etməyə çalışın. Sizinlə eyni obyektə iddialı olan insanların gizlətməyə can atdıqları motivasiyaları çözün.
Enerjinin yığıldığı, amma onun nəzarətdə saxlamağın çətinləşdiyi qəzalı, riskli zamandır. Rabitə və kommunikasiya vasitəsi ilə problemlər yarana bilər. Düşünülməmiş açıqlamalar və tələsik qərarlar anlaşmaların pozulmasına səbəb olmasın. Hadisələrin yeni strateji inkişaf planını aqressiv şəkildə təsdiqləməyə cəhd göstərməyin.
Günün ikinci yarısında günün mürəkkəb energetikasından yararlanmağa çalışan adam hadisələrin axarını özü üçün optimal məcraya çevirməyə çalışacaq. Həmin adamın mənhus məqsədlərə çatmasına imkan verməyin. Rəqibin səhvindən yararlanın.
Axşam saatlarında mühüm heç nə planlaşdırmayın.
Şir - emosional fonu uğursuz olacaq gündür. Təmasları azaldın, ünsiyyəti məhdudlaşdırın, telefonu söndürün, məlumatlara və kənar təsirlərə qapalı olun.
Təkbaşına, müstəqil şəkildə çalışın. Görmək istədiyiniz işi seçin. Qonaq gedərkən orada çox vaxt keçirməyin.
Günün ikinci yarısında maliyyə işlərində diqqətli olun. Tərəfdaşlarla birgə fəaliyyət sahəsində müəyyən dəyişikliklər ola bilər. Alış-verişdə ailə üzvləri ilə fikir ayrılığı yaşanacaq.
Axşam saatlarında səhhətinizdə problemlərin yaranmaması üçün istirahət edin.
Qız - çalışıdğınız insanlardan birinin sirrini açmaq, onun ikibaşlını oyununu, məkrli planını faş etmək gərəkdlir. Mübhəm məqamları üzə çıxarmağa, hadisələrin inkişaf xəttini təxminləməyə çalışın. Münasibətləri aydınlaşdırmaq üçün şansdan yararlanın.
Etibar etdiyiniz, yaxşı tanıdığınız insanlarla işləyin. Qarşılıqlı anlaşma və ümumi maraqlar əsas şərtdir.
Günün ikinci yarısındakı olayların şərtləri müəyyən nəticəyə gəlməyə imkan verir. Çətinlikləri dəf edərək maraqlarınızın tam təminatına nail ola bilərsiniz. Nüfuzlu insanın dəstəyindən yararlanın. Amma illüziyalara qapılmayın.
Emosiyalar və istəklər sizi gücdən salmamalıdır.
Tərəzi - işləri vaciblik və önəm səviyyəsindən asılı olaraq paylaşdırın. Sakit olun, aramla çalışın və bütün işləri başa vurmağa can atın. Dostlarla görüşmək, internetdə vaxt keçirmək istəsəniz də, diqqət və iştirakınızı tələb edən məsələlər var. Tərbiyəsiz adamlar əsəblərinizi tarıma çəkə bilər. Mübahisələrə qatılmayın, diskussiyalarda iştirak etməyin. Başqasının dedikləri ilə hərəkət etməyin.
Günün ikinci yarısında qəfil tapıntı ilə bağlı məlumatı və hisslərinizi etibar etdiyiniz insanla bölüşə bilərsiniz. İdeyalarınızı müstəqil şəkildə inkişaf etdirin.
Axşam saatlarında hətta məğlubiyyət də uğura çevrilə bilər. Yaşananların mahiyyətini anlamağa çalışın. İlkin təəssürat yanlışdır.
Əqrəb - diqqət mərkəzindəsiniz. Uğur və nailiyyətlərinizin kəskin paxıllığa səbəb olmamasına çalışın. Yarışmayın, üstünlüklərinizi aşkar nümayiş etdirməyin. Enerji indi sizə başqa məqsədlər üçün gərəkdir. Adi günlərdən fərqli olaraq daha uğurlu zamandır. Ötənlərdə yardım etdiyiniz insan indi aktual problemi çözmək üçün sizə dəstək olacaq.
Günün ikinci yarısında təmaslar, münasibətlər, əlaqələri qaydaya salın. Yeni problemlərin stress və gərginlik yaratmasına imkan verməyin. Baş verənlər sizə daha çox təcrübə toplamağa imkan verir. Şəraitin tələb etdiyi işlərlə məşğul olun.
Aktivliyinizi uzunmüddətli layihələrə yönəldin. Yaxın perspektivi tərəfdaşlarla müzakirə edin.
Oxatan - yaşananları emosional qəbul etməyin, qədərindən artıq narahat olmayın. Maraq qorxudan daha güclü ola bilər. İdeya və ya tədqiqat sizi cəlb edəcək.
Soyuqqanlı və təmkinli olun. İfrat emosiyalar işin ziyanınadır.
Təkbaşına çalışın, müstəqil olun. Aldığınız məlumatları və informasiyaları sistemləşdirin. Noutbukunuzdakı qovluqlarla faylları poçt qutularınızdakı məktubları qaydaya salın.
Günün ikinci yarısında normal qidalanın. Yardımınıza kəskin ehtiyac duyan insan var. Hisslərinizi və maraqlarınızı ön plana çəkərək qarşı tərəfin mənafeyini qulaqardına vursanız, incikliklə qarşışalacaqsınız.
İlkin emosiyalara aldanmayaraq intuisiyanızla hərəkət edin.
Oğlaq - yaşanan situasiya planlarınıza uyğundur və uzunmüddətli layhələrdən birinə başlamaq olar. Münasibətlərdəki yenilik rollara yenidən baxmağa vadar edəcək. Əlavə məsuliyyət yarana bilər. Başqalarının diqtə etdikləri oyun qaydalarını rədd edin. Artıq sözlər, tələsik qərarlar, düşünülməmiş dəyərləndirmələr əlaqələrə son qoyaraq kəskin incikliklər yarada bilər.
Günün ikinci yarısında şəraitdə köklü dəyişikliyə can atmayın. Bu minvalla xoşagəlməz yeniliklər riskini azaltmış olarsınız.
Axşam saatlarında aktiv istirahəti seçin.
Dolça - başqalarını yaşam ərazisinizə buraxmayın. Özünüz də başqasının hisslərinə, işinə və planlarına kobud müdaxilə etməyin. Hər kəsin dəyər verdiyini qoruyun. Ev işləri ilə məşğul olun, yaxınlarınızın qayğısına qalın.
Günün ikinci yarısında yaşananları ifrat dərəcədə dramatikləşdirməyin. Yaşamın ritm və stilini dəyişmək şanslarından yararlanın. Çətin, faydasız plandan imtina edərək uğur əldə edə biləcəyiniz sahəyə keçin. Avantüraya ehtiyac duyursunuzsa, sakitləşin. Axşam saatlarında ani yox, uzunmüddətli uğura köklənin.
Balıqlar - yeniliklər etməyə həvəsiniz azalır. Baş verənləri, hisslərinizi anlamağa çalışın. Yaxın ətrafınızdakı vurnuxmaların sayı artır. Bütün bunlara rəğmən situasiyanı tezliklə dərk etməyə çalışın. Dəyər verdiyiniz insana yardım edin, dəstək olun. Günün ikinci yarısında təhlükəsiz ortam arzulayacaqsınız. Müşahidə edin, qarışmayın. Hadisələr öz axarında cərəyan etsin. Yaşam və fəaliyyət arealında nizam yaradın. İşdə həmkarlarla ünsiyyətdə diqqətli olun.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi