Zərdüşt Əlizadə: "Münasibətlər o qədər korlanıb ki, ortada abır-həya qalmayıb”
07-06-2022 [17:21]
“Haqdan, ədalətdən və şərəfdən danışmalı olan ən sonuncu adam Dmitri Medvedyevdir”.
Mia.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Zərdüşt Əlizadə deyib.
O, Rusiya Təhlükəsizlik Şurasının katibi Dmitri Medvedyevin Qərb barəsində səsləndirdiyi təhqiramiz ifadələrə münasibət bildirib.
Xatırladaq ki, Medvedyev “Telegram” kanalında bu barədə qeyd edib:
“Məndən tez-tez soruşurlar ki, niyə “Telegram” yazılarım bu qədər kəskindir. Cavab verirəm: Onlara nifrət edirəm. Əclaf və şərəfsizdirlər. Onlar ölməyimizi istəyirlər ki, Rusiya məhv olsun. Nə qədər ki, yaşayıram, onların yox olması üçün əlimdən gələni edəcəyəm!”
Öz növbəsində, Z. Əlizadə vurğulayıb:
“Yadınızdadırsa, ABŞ prezidenti Co Baydenə sual verdilər ki, siz Vladimir Putini qatil sayırsınız? Dedi ki: “Yes, I do”, yəni “Bəli, sayıram”.
Məgər qatildən ağır ittiham ola bilər?! Bayden Putinə qatil deyir, Putin də deyir ki, kim məni qatil adlandırırsa, qatil onun özüdür.
Amerikalılar onlara “cani”, “quldur” deyir, ruslar isə onlara “yalançı”, “ikiüzlü”, “şərəfsiz” və s. Münasibətlər o qədər korlanıb ki, ortada abır-həya qalmayıb”.
Z. Əlizadə siyasətçilərin arqo ifadələrin istifadəsini mənfi hal kimi qiymətləndirib:
“Bir siyasətçiyə bu cür danışıq, ümumiyyətlə, yaraşmaz. Amma elə hallar var, orada Putinə “cani”, ya da “qatil” deməyəsən, bəs nə deyəsən?! Başqa bir ifadə yoxdur. Çünki Putinin bütün hərəkətləri beynəlxalq cinayətə uyğundur. Günahsız insanların qətlə yetirilməsi, şəhərlərin, kəndlərin bombardman edilməsi, uşaq bağçaları, doğum evləri, məktəblər, yaşayış binalarının vurulması – bunlar hamısı faciədir. Ruslar ukraynalı əsgərləri, qadınları, uşaqları zorlayırlar, qarət edirlər. Bu hərəkətlərə nə demək olar?! Cinayət! Odur ki, burada siyasi mədəniyyətdən, hansısa aliməramlılıqdan və kübarlıqdan söhbət gedə bilməz”.
“Putinlə Qərb dünyası arasında indi ölüm-dirim davası gedir. Amma bunlar elə adamdır ki, sabah onlara 5 qəpiklik xeyir olsa, təzədən cici-bacı kimi görüşüb öpüşəcəklər.
Medvedev haqdan, şərəfdən danışmalı olan ən sonuncu adamdır. Onun ikiüzlülüyü bütün dünyaya bəllidir”, – deyə müsahibimiz fikirlərini yekunlaşdırıb.
Vərəsəlik hüququnda universal və qismən varislik: müəyyən mal vəsiyyətinin hüquqi təhlili
İranda 19-cu əsrdə tikilmiş məscid vurulub – Ölənlər var
Belçika XİN başçısı Ceyhun Bayramova zəng edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO