PA-nın şöbə müdiri İlqar Məmmədovla görüşüb - Nələr müzakirə edilib?
03-06-2022 [18:12]
Bu gün Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev REAL Partiyasının sədri İlqar Məmmədovla görüşüb.
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən bildirilib ki, görüş zamanı şöbə müdiri ölkəmizdə aparılan iqtidar-müxalifət dialoqu, siyasi islahatlar, icra və qanunvericilik hakimiyyətləri arasında əlaqələrin inkişafı, siyasi plüralizm, dövlət-partiya və partiyalararası münasibət, çoxpartiyalı siyasi sistemin inkişafına dövlət dəstəyi barədə söz açıb, son bir neçə ildə yeni partiyalarla yanaşı, REAL Partiyasının da dövlət qeydiyyatına alınması və bugünkü legitim fəaliyyəti, Milli Məclisdə təmsilçiliyi haqqında fikirlərini bildirib.
Ölkə rəhbərliyinin təşəbbüsü ilə formalaşdırılan yeni siyasi konfiqurasiyanın nəticəsində bu gün hər bir siyasi partiya öz fəaliyyətində dövlət qayğısını hiss edir. Doqquz yeni siyasi partiyanın dövlət qeydiyyatına alınması, partiyaların qərargahlarla təmin edilməsi, qurultaylarının keçirilməsi və nəticələrinin dövlət qeydiyyatı, müxalif siyasi şəxslərin media resurslarına maneəsiz çıxış imkanları, siyasi partiyaların ümummilli məsələlərdə həmrəylik nümayiş etdirməsi, Vətən müharibəsi dövründə və ondan sonra 10 birgə bəyanat və müraciətə imza atması ölkəmizdə çoxpartiyalı siyasi sistemin, demokratik ənənələrin və fikir azadlığının inkişafının nəticəsidir.
Prezident İlham Əliyevin “Dövlət təşəbbüslərinin davamlılığı, çoxpartiyalı sistemin formalaşması, islahatçı kursa sadiqlik, ölkədə siyasi fəaliyyət üçün münbit şəraitin dəstəklənməsi, demokratik ənənələrin inkişafı və s. sadaladığım strateji prioritetlərin icrası prosesində siyasi partiya və vətəndaş cəmiyyəti institutları fəal mövqe tutmalıdır” tezisini xatırladan şöbə müdiri bu fikirlərin siyasi partiyalara və vətəndaş cəmiyyəti institutlarına çağırış olduğunu, xüsusən Milli Məclisdə təmsil olunan partiyaların bu çağırışa daha yaxından qoşulmasının əhəmiyyətini qeyd edib.
İqtidar-müxalifət dialoqu çərçivəsində görüşə dəvət edildiyi üçün təşəkkürünü bildirən REAL Partiyasının sədri İlqar Məmmədov yeni siyasi konfiqurasiyanın inkişafı istiqamətində atılan uğurlu addımlarla bağlı fikirlərini bölüşüb. Azərbaycanda aparılan uğurlu siyasi islahatlar nəticəsində siyasi partiyaların fəaliyyətinin genişləndiyini bildirən partiya sədri bu gün ölkəmizdə yaradılan və inkişaf etdirilən yeni siyasi konfiqurasiyanın gələcəkdə dayanıqlı siyasi sistemin formalaşmasına şərait yaradacağını bildirib.
Sonda tərəflər ölkəmizdə iqtidar-müxalifət dialoqunun inkişaf perspektivlərini, Vətən müharibəsindən sonra yeni geosiyasi reallıqlar, partiyaların beynəlxalq əlaqələrinin gücləndirilməsi, Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin edilməsi, Qarabağda bərpa-quruculuq işləri və başqa məsələlər haqqında müzakirələr aparıblar.
Vərəsəlik hüququnda universal və qismən varislik: müəyyən mal vəsiyyətinin hüquqi təhlili
İranda 19-cu əsrdə tikilmiş məscid vurulub – Ölənlər var
Belçika XİN başçısı Ceyhun Bayramova zəng edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO