AMEA Rəyasət Heyətinin xüsusi iclası keçirilib - Nələr müzakirə olunub?
03-06-2022 [14:50]
AMEA Rəyasət Heyətinin xüsusi iclası keçirilib.
Mia.az xəbər verir ki, toplantı akademiyanın "TEKNOFEST Azərbaycan" festivalında iştirakının nəticələrinə həsr olunub.
AMEA-nın prezidenti vəzifələrini icra edən akademik Arif Həşimov festivalının əhəmiyyətindən danışıb.
O qeyd edib ki, elmin və texnologiyaların populyarlaşdırılması, Azərbaycanda aerokosmik texnologiyalar, müdafiə sənayesi və innovativ sahibkarlıq kimi sahələrin geniş təbliğ edilməsi, rəqəmsal bilik və bacarıqlara malik istedadlı gənclərə dəstək göstərilməsi, ölkədə kadr potensialının gücləndirilməsi və milli texnoloji həllərin inkişafı üçün zəmin yaradılması festivalın əsas hədəfləri sırasında olub: "Festival çərçivəsində türkiyəli həmkarlarla, Türkiyə Elmlər Akademiyası və TUBİTAK-ın rəhbərliyi ilə bir sıra rəsmi işgüzar görüşlər keçirilib, qarşılıqlı əməkdaşlıqla bağlı mühüm məsələlər müzakirə edilib. Bu görüşlərin Türkiyə və Azərbaycan arasında elmi əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, xüsusən yüksək texnologiyaların inkişafında mühüm rol oynayacağına əminik".
Daha sonra AMEA-nın vitse-prezidenti, akademiyanın “TEKNOFEST Azərbaycan” festivalında iştirakı üzrə İşçi qrupunun sədri, akademik Rasim Əliquliyev festivalda AMEA-nın iştirakının nəticələri və qarşıda duran vəzifələr haqqında məruzə ilə çıxış edib.
O dünyanın ən nüfuzlu elm və texnologiya tədbirlərindən biri hesab olunan “TEKNOFEST” Aviasiya, Kosmos və Texnologiyalar Festivalının Azərbaycanda keçirilməsini əlamətdar hadisə kimi qiymətləndirib: "Festival hazırda dünyada və regionda baş verən yeni sosial-iqtisadi, siyasi, geosiyasi, həmçinin elmi və mədəni proseslər kontekstində ölkədə elmi-innovativ fəaliyyətin təşkili, türk dünyası ilə əməkdaşlıq əlaqələrinin inkişafı, elmin populyarlaşdırılması, texnoloji transfer və s. istiqamətlərdə Azərbaycan elmi qarşısında bir sıra yeni vəzifələr müəyyənləşdirir”.
Sonra akademiyanın Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov, AMEA Yüksək Texnologiyalar Parkının baş direktoru, i.ü.f.d. Vasif Abbasov və digərlərinin çıxışları dinlənilib, sual və təkliflər səsləndirilib.
Sonda AMEA Rəyasət Heyətinin “TEKNOFEST Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya Festivalında AMEA-nın iştirakının nəticələri haqqında” qərarı səsləndirilib.
Qərara əsasən, akademiyanın festivalda iştirakı yüksək qiymətləndirilib.
Sənəddə, həmçinin 2023-cü ildə Türkiyənin Samsun şəhərində keçiriləcək 6-cı “TEKNOFEST” Festivalında AMEA-nın fəal iştirakı və orada elm və texnologiya sahəsində məhsullarının nümayişi ilə bağlı Tədbirlər planının hazırlanması, Türkiyənin elm və təhsil qurumları ilə elmi əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, birgə elmi araşdırmaların aparılması, qarşılıqlı kadr mübadiləsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi və s. məsələlər əksini tapıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi