Bu icra hakimiyyətləri etik davranış qaydalarını pozublar - SİYAHI
01-06-2022 [17:50]
Ötən il dövlət qulluqçularının etik davranış qaydalarına biganə yanaşan rayon icra hakimiyyətlərinin adları açıqlanıb.
Bu, Dövlət İmtahan Mərkəzinin “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanuna uyğun olaraq etik davranış məsələləri ilə bağlı həyata keçirilmiş maarifləndirmə tədbirləri və etik davranış qaydalarına əməl edilməsi vəziyyəti barədə 2021-ci il üzrə hesabatında əksini tapıb.
Hesabata əsasən, yerli icra hakimiyyəti orqanlarından Binəqədi Rayon İcra Hakimiyyəti, Xızı Rayon İcra Hakimiyyəti və Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən təqdim edilən məlumatlarda həmin orqanlarda qulluq keçən dövlət qulluqçuları üçün etik davranış qaydaları mövzusunda təlimlərin (təlim iştirakçılarının sayı göstərilmədən) mütəmadi keçirildiyi bildirilib.
Sabunçu Rayon İcra Hakimiyyəti və Sabirabad Rayon İcra Hakimiyyəti tərəfindən təqdim edilən məlumatlara əsasən koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar həmin rayon icra hakimiyyəti orqanlarının dövlət qulluqçuları arasında təlimlərin keçirilməsi mümkün olmayıb.
Yerli icra hakimiyyəti orqanlarına göndərilmiş müvafiq məktuba Nərimanov Rayon İcra Hakimiyyəti, Abşeron Rayon İcra Hakimiyyəti, Bərdə Rayon İcra Hakimiyyəti, Biləsuvar Rayon İcra Hakimiyyəti, Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti, Laçın Rayon İcra Hakimiyyəti, Qobustan Rayon İcra Hakimiyyəti, Şabran Rayon İcra Hakimiyyəti və Zəngilan Rayon İcra Hakimiyyəti tərəfindən cavab verilməyib.
Dövlət orqanları tərəfindən “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş etik davranış qaydalarına əməl edilməsi vəziyyəti, daha çox etik qaydaların pozulmasına yol verilmiş dövlət orqanları, pozulmuş etik qaydalar, etik davranış qaydaları üzrə aparılmış maarifləndirilmə işi ilə bağlı ictimaiyyətin mütəmadi olaraq məlumatlandırılması məqsədilə Mərkəz tərəfindən daim tədbirlər görülür, o cümlədən dövlət qulluqçularının etik davranış qaydaları mövzularında keçirilən təlimlərə dair məlumatlar Mərkəzin internet portalında yerləşdirilir.
Hesabat dövrü ərzində etik davranış qaydalarının pozulması ilə bağlı vətəndaşlar tərəfindən daxil olmuş müraciətlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılıb. Hesabat dövründə Mərkəzə etik davranış qaydalarının pozulması ilə bağlı 2 müraciət daxil olub.
Mərkəzə daxil olan müraciətdən 1-i yerli icra hakimiyyəti, 1-i isə mərkəzi icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçularının etik davranış qaydaları ilə bağlı olub.
Yerli icra hakimiyyəti orqanlarından Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Aparatında qulluq keçən şəxs haqqında vətəndaş tərəfindən daxil olan müraciətdə “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci (Peşəkarlıq və fərdi məsuliyyətin artırılması), 8-ci (İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət. Hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət) və 9-cu (Mədəni davranış) maddələrinin tələblərinin pozulması bildirilib.
Şikayətin araşdırılması məqsədilə Siyəzən Rayon İcra Hakimiyyətinə sorğu verilib. Siyəzən Rayon İcra Hakimiyyətindən verilən məlumata əsasən aparılmış araşdırma zamanı vətəndaşın müraciətində qeyd etdiyi halların əsaslı sübutlar olmadığı üçün öz təsdiqini tapmadığı müəyyən edilmişdir. Bununla yanaşı, vətəndaşın eyniməzmunlu müraciəti həmin orqan tərəfindən araşdırılıb, müraciəti ilə bağlı vətəndaş orqana dəvət edilib, onunla ətraflı söhbət aparılıb və müraciətinin nəticəsi barədə vətəndaşa ətraflı izahat və yazılı cavab verilib. Həmçinin sözügedən orqan tərəfindən bildirilib ki, vətəndaş müraciətində qeyd etdiyi məsələ ilə bağlı heç bir şikayət və tələbinin olmadığı barədə həmin orqana yazılı izahat təqdim edib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi