Sabiq deputat: "Bu savadsız, qabiliyyətsiz adamları necə işə götürürlər, başa düşülən deyil!"
01-06-2022 [15:46]
Xeyrəddin QOCA,
Keçmiş deputat
***
Kimin vaxtı, imkanı, həvəsi var, xahiş edirəm, "Milli.ön" xidmətinə *OO10" telefon nömrəsi ilə zəng vursun. Görün, necə bəlağətli reklamlar eşidəcəksiniz!
"Ay biz keyfiyyətli xidmət edirik, xidməti asanlaşdırırıq, insanları razı salmaq üçün filan işləri həyata keçiririk..." və s. və i.a.
Dünən səhər-iyunun 21-də Babək prospektindəki "Bravo Babək superstore" mağazasına həmişəki kimi ərzaq məhsulları almağa getmişdim. QAZ smart kartını mağazada qoyulmuş "Milli.ön" aparatına saldım ki, qazpulu yükləyim. Aparat o dəqiqə kartı "uddu". Mağazanın işçiləri də, mən də çalışdıq, kartı "əjdahanın" ağzından çıxara bilmədik.
"Müştəri xidmətləri"n- dən mənə bildirdilər ki, "belə olanda "Milli.ön" ün əməkdaşları gələndə kartı çıxarıb bizə verirlər, biz də müştəriyə zəng vururuq, gəlib götürür". Telefon nömrəmi də yazdılar ki, "arxayın olun, mütləq bir-iki saata zəng vurarıq". Bütün günü evdə gözlədim "hamının gedəni gəldi, mənimki gəlmədi", yəni zəng vuran olmadı...
Bu gün yenə səhər mağazaya getdim ki, soruşum "nə oldu?" "Yenilik" gördüm. İllərlə getdiyim mağazanın maşın parkının qarşısına giriş-çıxış üçün ödəniş aparatları qoyublar. (?!) Görünür, bu da işbazların ağlına təzə gəlib! Gərək müştərilər ikiqat "soyulsunlar"- həm mağaza həyətinə girişdə, həm də mağazada!
Əlqərəz, "Müştəri xidmətləri"ndən soruşdum ki, "kartı sizə verdilər?" Dedilər ki, "siz " Mlli.ön"-ə zəng vurun". Mən də təbii olaraq soruşdum ki, "bəs bunu mənə dünən niyə demədiniz?"
"Milli.ön" xidmətinə zəng vurdum, telefonda səsləndirdikləri reklamları xeyli dinlədikdən sonra operator xanım nəhayət dilləndi ki, "gözlədiyiniz üçün təşəkkür edirik!" Sonra başladı sorğu-suallara: "Mağaza hansı küçədədir?" Kartı hansı aparata salmısınız?" "Kart nə kartdır?" Ad-soyadınız nədir?.. Sonra dedi ki, "telefonda ğözləyin, gedim, araşdırım". Bir də gəldi ki, "adınız nə oldu?" "Telefon nömrənizi deyin." Dedim "ay xanım, bayaq hamısını soruşdunuz, mən də cavab verdim, bəs yazmadınız?"
Məxləs, hər şeyi yazandan sonra operator xanım dedi ki, "telefonda gözləyin". Bir azdan qayıtdı ki, "araşdırıb, sizə cavab verərik!"
Gəldim evə. Beləliklə 25 dəqiqə telefonda gözlədim, məlum məsələdir konturlarım da "uçdu", getdi.
Evdə bu yazını yazırdım ki, yenə Milli. ön" dən 404 41 05 telefon nömrəsindən bir xanım zəng edib, sorğu-suala başladı. Operator xanımın suallarını təkrar verəndən, mən də cavabları təkrarlayandan sonra dedi ki, araşdırıb, sizə cavab verəcəyik!"
Xanımın adını soruşdum," Şəms" dedi, soyadını soruşdum, bildirdi ki, "onu deyə bilmərəm, müdiriyyət icazə vermir!". Operator qızın ad-soyadını soruşdum, dedi ki, "onu da deyə bilmərəm, bizə icazə verilmir!"
Beləliklə hələ gözləyirəm, evdə də qaz yoxdur!
Təəccüblüdür, belə xidmət olar? Bu savadsız, qabiliyyətsiz adamları necə işə götürürlər, başa düşülən deyil!
İşləyə bilmirsiniz, işləməyin də! Yalan reklamlarınız da özünüzə qalsın!".
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi