Deputat irad tutdu, keçmiş vitse-spiker qəzəbləndi - MM-də gərginlik
27-05-2022 [13:20]
“Bizim qanunlarımız Konstitusiyaya zidd olmamalıdır”.
Mia.az xəbər veirr ki, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən iclasında “Ələt azad iqtisadi zonası haqqında” qanuna dəyişikliklər layihəsinin I oxunuşda müzakirəsi zamanı deyib.
O bildirib ki, “Ələt Azad iqtisadi zonası haqqında” qanunda Konstitusiyaya zidd müddəalar var: “Ələt Azad İqtisadi Zonasında belə güzəştlər ediriksə, ixracı stimullaşdıra bilərik. Hansı məsələlər sahibkarların xeyrinədirsə, biz bütün sahibkarlar üçün bu güzəştləri etməliyik. Konstitusiyanın 71-ci maddəsinin 7-ci hissəsi bu qanun layihəsi ilə ziddiyyət təşkil edir, məhkəmələrin həll etdiyi məsələ qanunda Azad İqtisadi Zonanın səlahiyyətinə verilir. Ələt Azad İqtisadi Zonasında fərqli hüquqi tənzimləmə tətbiq oluna biləcəyi qanunda yer alır. Amma bu, Milli Məclisin səlahiyyətinə aid olan məsələlərdir. Vergiləri, gömrük rüsumlarını Milli Məclis təyin edə bilər, başqa dövlət qurumu vergi, gömrük rüsumu tətbiq edə bilməz”.
Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov deputatın çıxışına sərt reaksiya verib. O, deputatın iddialarının düz olmadğını qeyd edib: “Prezident Administrasiyasında da müvafiq şöbələr, komitələr var. Onlar da bu dəyişikliklərə baxaraq rəy veriblər. Orada Konstitusiyaya zidd heç bir maddə yoxdur”.
Milli Məclisin keçmiş vitse-spikeri, Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov daha sonra deyib ki, 7 aya yaxın müddətdə deputatlarla bu binada oturub: “Bir nəfər olsun gəlib işlərin necə getdiyi ilə maraqlanmadı, niyə burda oturduğumuzla maraqlanmadı. Buna görə də xahiş edirəm, əgər imkan varsa, gəlin yerində bütün məsələlərə baxın”.
MİT rəhbəri HƏMAS nümayəndə heyəti ilə görüşüb – Türkiyədə
Vərəsəlik hüququnda universal və qismən varislik: müəyyən mal vəsiyyətinin hüquqi təhlili
İranda 19-cu əsrdə tikilmiş məscid vurulub – Ölənlər var
Belçika XİN başçısı Ceyhun Bayramova zəng edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra