"Azercell"in baş sponsorluğu ilə “TEKNOFEST Azərbaycan” festivalı keçirilir - FOTOLAR
27-05-2022 [11:16]
Lider operatorun “Rəqəmsal Yaşam Studiyası”nda ziyarətçiləri əyləncəli proqram və bol hədiyyələr gözləyir
Azərbaycanda ilk dəfə olaraq Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı və “Azercell Telekom” MMC-in baş sponsorluğu ilə “TEKNOFEST” Aerokosmik və Texnologiya festivalı keçirilir.
Mia.az xəbər verir ki, bu möhtəşəm tədbirdə Azercell, həmçinin, xüsusi “Rəqəmsal Yaşam Studiyası” konsepsiyası ilə iştirak edir.
"Azercell" “TEKNOFEST” ziyarətçilərinə onları maraqlandıran və texnoloji tanış edən həllər, məhsul və yeniliklər təqdim edir. Şirkət “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədini əsas tutaraq, “TEKNOFEST Azərbaycan“ festivalındakı stendində həyatın müxtəlif sahələrində internetin rolunu əks etdirmək üçün öz Rəqəmsal Yaşam Studiyasında “Ağıllı şəhər” konsepsiyası, elektron mütaliə, əyləncə, sənət və digər mövzularda innovativ həllərə xüsusi yer verib. Əlavə olaraq, şirkətin stendində yer alan “Azercell Life və Azercell Akademiyası” guşəsi gənclərin təhsil və inkişafına imkan yaradan fərqli proqramlar haqqında ziyarətçiləri məlumatlandırır.
“TEKNOFEST Azərbaycan” özündə rəqəmsal məhsullar və xidmətlər sərgisi, texnologiya sahəsində müxtəlif yarışma və əyləncəli proqramları təqdim edir. Festival çərçivəsində 8 texnoloji müsabiqə və 3 beynəlxalq tədbirin keçirilməsi gözlənilir.
Sərgi pavilyonlarında Azərbaycan və Türkiyənin dövlət və özəl qurumlarının innovativ həllər və layihələri nümayiş olunmaqdadır. 2018-ci ildən etibarən Türkiyədə keçirilən ən böyük aviasiya, kosmos və texnologiya festivalının məqsədi gənclərə, tələbələrə, məktəblilərə, startaplara və sahibkarlara geniş fürsətlər yaratmaq, onların bilik və bacarıqlarının üzə çıxarılmasına yardımçı olmaqdan ibarətdir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi