Fikrət Məmmədov Ədliyyə Akademiyasının yeni rektorunu kollektivə təqdim edib
24-05-2022 [15:34]
Ədliyyə Akademiyasının rektoru Şahin Əliyev Akademiyanın kollektivinə təqdim olunub.
Ədliyyə Nazirliyi Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, ədliyyə naziri Fikrət Məmmədov Ş.Əliyevin keçdiyi həyat yolu və iş təcrübəsi barədə məlumat verib.
Nazir ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ədliyyə orqanlarının inkişafı ilə bağlı aparılan islahatlar çərçivəsində kadrların hazırlanması və yüksək keyfiyyətli tədrisin təşkili məsələlərinə xüsusi önəm verildiyini, Akademiyanın fəaliyyətinin səmərəliliyinin artırılması, potensialının gücləndirilməsi üzrə ardıcıl tədbirlərin görüldüyünü vurğulayıb, kadrların hazırlığının müasir çağırışlara uyğun təşkili, tədris prosesində ən müasir metodikaların və üsulların tətbiqi və digər qarşıda duran vəzifələri diqqətə çatdırıb.
Tədbirdə qeyd olunub ki, geniş dinləyici auditoriyasına malik olan Akademiya çoxminli ədliyyə işçilərinin, hakimlərin və hakimliyə namizədlərin, prokurorların, vəkillərin, mediatorların və digər hüquqşünasların, bələdiyyə üzvü və qulluqçularının tədrisini və peşə hazırlığını həyata keçirir. Ötən il 7.000-ə yaxın şəxs icbari təlim və ixtisasartırma kurslarına cəlb olunub.
Eyni zamanda Akademiyada əhalinin aztəminatlı təbəqəsinə pulsuz hüquqi yardım göstərən Hüquq Klinikasının fəaliyyətinə toxunulub, tədris ocağının beynəlxalq əlaqələrinin genişləndiyi, Türkiyə, Ukrayna, Moldova və digər dövlətlərin təhsil qurumları, beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurası, Avropa İttifaqı ilə səmərəli əməkdaşlıq etdiyi, hüquqşünasların tədrisi sahəsində birgə tədbirlərin keçirildiyi və beynəlxalq təlimçilərin cəlb olunduğu vurğulanıb.
Ş.Əliyev çıxış edərək, göstərilən yüksək etimada görə dövlət başçısına minnətdarlığını ifadə edib, Akademiyanın kadrların peşə səviyyəsinin yüksəldilməsi ilə bağlı çoxşaxəli fəaliyyət göstərdiyini və geniş tədris tədbirləri həyata keçirdiyini qeyd edərək qarşıda duran vəzifələrin uğurla icrası üçün səylərini əsirgəməyəcəyini söyləyib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi