Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
24-05-2022 [00:03]
Qoç - ünsiyyətlə zəngin gün olacaq. Lakin yaxın ətrafınızdakı insanlarla təmaslar o qədər də rahat olmayacaq. Sizə yeni işlər tapşırmaq istəyənlərlə yanaşı, yardımlarınızdan bəhrələnmək istəyənlər də var. İnformasiya mübadiləsi və məlumatlardan yararlanın. Peşəkar fəaliyyətinizlə birbaşa əlaqəsi olan məsələlərlə məşğul olmaq üçün əlverişli zamandır. Eyni vaxtda bir neçə işlə məşğul olmalı olacaqsınız.
Günün ikinci yarısında nümayişkaranə müqavimət göstərməyin. Aldığınız xəbəri təhlil edin, faydalı məlumatları qulaqardına vurmayın. Axşam saatları səhhətinizin qeydinə qalın.
Buğa - məqsəd və hədəfləriniz artdıqca yoldakı maneələrlə sədlər də ciddiləşir. Tələblərinizin sayını bir qədər azaldın, bəzi situasiyalarda güzəştə getməyi bacarın. Sizə rədd cavabı vermək istəyən adam fikrini dəyişə bilər.
Günün ikinci yarısında qərar qəbul edəndə üzdə olan variantı seçməyə tələsməyin. Situasiyanı hərtərəfli araşdırın. Hadisələr zəncirvari inkişaf edərək yaşamınıza yeni insanlar, ideyalar və planlar cəlb edə bilər.
Axşam saatlarında ziddiyyətli emosiyalar yarana bilər. Etiraf ehtiyacında birmənalı olmayan məqamlar aşkarlana bilər. Sizdən sui-istifadə olunmasına yol verməyin. Diqqətli və sayıq olun.
Əkizlər - kollektivdəki şərait qarşılıqlı yardımlaşma və əməkdaşlıq tələb edir. Peşəkar fəaliyyət prosesində yaranan ləngimələr və məhdudiyyətləri aradan qaldırın. Əks təqdirdə onlar yaxın vaxtlarda ciddi problemlərə çevrilə bilər.
Maraqlarınız yaxın ətrafınızdakı insanların planları ilə toqquşursa, ehtiyatlı davranın. Münaqişələri, fikir ayrılıqlarını aradan qaldırın.Emosional olmayın. Axşam saatlarında ciddi məsələni həll etmək mümkün deyil. Aktivliyin yeni mərhələsi ərəfəsində normal istirahət etməyi unutmayın.
Xərçəng - yeniliklər özləntisi, planların reallaşdırılmasında ərəfə istəkləri var.
Tələsməyin, düşünülməmiş addımlar atmayın. Mühüm xəbərləri gözləyin. Səbr və işlərdəki soyuqqanlılıq xoşagəlməz problemlərdən qurtulmağa yardım edər. Ünsiyyətinizi ümumi işlə məşğul olduğunuz insanlarla məhdudlaşdırın. Günün ikinci yarısında ev işləri stressdən qurtulmağa imkan verəcək. Heç nəyi mürəkkəbləşdirməyin, çalışdığınız yerdə və yaşam arealında qayda yaradın.
Gərginliyə ehtiyac yoxdur. Maraqlandığınız işlə məşğul olun.
Şir - yaxın ətrafınızdakı insanların planlarınıza müdaxilə etmələrinə imkan verməsəniz, çox işlər görmək olar. İşləriniz az deyil. Yığılıb qalmış məktublara cavab verin. Maraqlı məlumatlar ola bilər.
Günün ikinci yarısında tək qalmaq istəyəcəksiniz. İdmanla məşğul olun. Bu zaman orqanizminizdəki endorfinlər sizə tam sakitlik qədər xoş təsir göstərəcək. Axşam saatlarında köhnə dostlarla görüş əhvalınızı yaxşılaşdıracaq.
Qız - təşəxxüs və eqoizmdə heç bir xeyir yoxdur. Mühüm situasiyalara nəzarət sizdə olsa belə, həssas davranın.
Yaşanacaq hadisələr eqosentrizminizdə yanıldığınızı göstərəcək. İndiyədək sizə güzəştə gedən şəxs qəflətən müqavimət göstərə bilər. Yaxın ətrafınızdakı insanları diqqətlə müşahidə edin. Günün ikinci yarısında təzyiqlə təkanlara əl atmayın, sözlərinizdə kateqorik və sərt olmayın. Çətin situasiyada düzgün yolu müəyyənləşdirin. Tələsməsəniz, fayda əldə edə bilərsiniz.
Tərəzi - ayın sonunadək olan proseslərin ərəfəsi olan gündür. Əvvəlki günlərlə müqayisədə emosional gərginlik çoxdur. Yaxın ətrafınızdakı insanlar sizdən diqqət və yardım gözləyirlər. Belə gözlənti əsəbləri tarıma çəkə bilər. Günün ikinci yarısında stressdən qurtulmaq üçün çalışın. Sakit şəraitdə, tələsmədən işləyin. Problemlərin ilk siqnalları alınarsa, zəruri tədbirlərə əl atın, vəziyyəti harmonik edin.
Əqrəb - dəyərlər sisteminiz bu gün problemlər yarada bilər. Dəqiq seçim etməlisiniz. Günün uğurları və uğursuzluqları məqsədə doğru irəliləyişdə seçdiyiniz kursun müəyyənləşdirilməsindən asılıdır. Günün ikinci yarısında seçim zərurəti yaranarsa, itki verəcəksiniz. Hadisələri bir qədər qabaqlayın ki, daha ciddi problemlərlə qarşılaşmayasınız. Dost məsləhəti faydalı ola bilər. Axşam saatlarında yaxşı tanıdığınız insanlarla birlikdə olun.
Oxatan - əsas diqqəti işlərdə nizam yaradılmasına yönəldin. Maraqlarınız itkilər və çətinliklər olmadan gerçəkləşdirilə bilər. Qəfil qərarın təsiri altında maliyyə məsələlərinizlə bağlı düşünülməmiş addım atmayın.Yaranacaq çətinliklər bundan sonra qarşılaşacağınız problemlərin carçılarıdır.
Münasibətlərinizin normada qalmasına fikir verin. Münaqişəyə səbəb arayanların toruna düşməyin. Aldığınız xəbərləri təhlil edin. İfrat dərəcədə yorulana qədər çalışmayın.
Oğlaq - fəaliyyətdə məhdudiyyətlər yoxdur. Emosional baxımdan əhvalınız dəyişə bilər. Mənasız təşviş, səbəbsiz depressiya, baş verənlərin pis məcrada görünməsinə aludə olmayın.
Daxili durumunuzu təhlil etməyə çox vaxt ayırmamaq üçün çalışın.
Günün ikinci yarısında yaranan qayğılar müstəsna diqqət tələb edir. Problemlər həll olunmazsa və ya təxirə salınarsa, çat böyüyəcək, sonradan fəsadları aradan qaldırmaq daha da çətin olacaq.
Yaşananları ciddi şəkildə təhlil edin.
Dolça - iş həyatınızın yeganə mənası deyil. Bunu anlayın və bilin ki, işlərin bir hissəsi bilavasitə nəzarətiniz olmadan da yerinə yetirilə bilər. Qüvvə və imkanlarınızı daha ciddi layihəyə qorumaq üçün bəzi planlardan imtina etmək gərəkdir. Günün ikinci yarısında hansısa məsələni həll edə bilmirsinizsə, situsiyaya kəskin müdaxilələr etməyin. Hadisələrin öz məcrasında inkişaf etməsinə şərait yaradın.
Balıqlar - diqqəti cəlb etmək üçün əlahiddə addım atmağa səbəb yoxdur. Tələsik çalışmayın, sıçrayış üçün qüvvə toplayın. Sizə lazım olan məsələ əlahiddə səylər və zəhmətiniz olmadan həllini tapacaq.
Şərtlərin uğurlu durumu düzgün yolda olduğunuzu göstərəcək. Sabah işləriniz çox olacaq və buna indidən hazırlaşın. Yaşamınızda qayda yaradın. Hadisələrin qəfil inkişafı, emosiyalar təbəddülatı istisna deyil. Axşam saatlarında istirahət edin, dincəlin. Gərginlikdən qurtulun.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi