SPİKER ONLARI YÜKSƏK VƏZİFƏLƏRƏ TƏYİN ETDİ - MM-də mövbəti dəyişikliklər (SİYAHI)
22-05-2022 [15:49]
Milli Məclisin (MM) Sədri Sahibə Qafarova bir qrup şəxsi yüksək vəzifələrə təyin edib.
Mia.az xəbər verir ki, bu barədə Parlamentin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, MM-in Aparatının İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinin müdiri, uzun müddət dövlət qulluğunda çalışan Rüstəm Bəhruz oğlu Mahmudov qulluqda irəli çəkilərək parlament Aparatı rəhbərinin müavini vəzifəsinə təyin edilib: "R.Mahmudov artıq 16 ildən çoxdur ki, Milli Məclis aparatında müxtəlif vəzifələrdə çalışıb. Onun fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib və R.Mahmudova II dərəcə dövlət müşaviri ixtisas dərəcəsi, həmçinin "Dövlət qulluğunda fərqlənməyə görə" medalı verilib".
Milli Məclisin daha bir təcrübəli əməkdaşı, parlament Aparatının Milli Məclisin, komitələrin və komissiyaların işinin təşkili şöbəsinin müdir müavini, III dərəcə dövlət müşaviri Şakir Himalay oğlu Şabanov isə Aparatın İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinin müdiri vəzifəsinə irəli çəkilib: "Şakir Şabanov Milli Məclis aparatında 26 ildir fəaliyyət göstərir. O, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub".
Parlament aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdir müavini, dövlət qulluğunun baş müşaviri Ayan Zəfər qızı Murtuzova qulluqda irəli çəkilərək, həmin şöbənin müdiri vəzifəsinə təyin olunub: "Ayan Murtuzova dövlət qulluğunda səmərəli fəaliyyətinə görə, "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub".
Milli Məclis sədrinin digər sərəncamı ilə Dövlət qulluğu və kadr məsələləri şöbəsinin sektor müdiri, 25 ilə yaxındır ki, Milli Məclis aparatında çalışan və "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunan Şahin Xanbaba oğlu Quliyev həmin şöbənin müdir müavini vəzifəsinə təyin olunub.
Bundan əvvəl isə Milli Məclis sədri Sahibə Qafarovanın sərəncamları ilə uzun illərdir çalışan Adil Vəliyev, Gülnarə İsmayılova şöbə müdiri, Eldar Əsgərov şöbə müdirinin müavini təyin olunub.
Milli Məclisin komitələrində ekspert vəzifəsində uzun müddət çalışan Zaur Adıgözəlov və Cavanşir Qurbanova da yüksək etimad göstərilib, onlar dövlət qulluğuna qəbul olunaraq məsləhətçi vəzifəsinə keçiriliblər.
MİT rəhbəri HƏMAS nümayəndə heyəti ilə görüşüb – Türkiyədə
Vərəsəlik hüququnda universal və qismən varislik: müəyyən mal vəsiyyətinin hüquqi təhlili
İranda 19-cu əsrdə tikilmiş məscid vurulub – Ölənlər var
Belçika XİN başçısı Ceyhun Bayramova zəng edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra