Azərbaycandan 20 tələbə MİT-in “MicroMaster” proqramında iştirak edəcək
18-05-2022 [15:04]
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və onun Cənubi Qafqaz Boru Kəməri Şirkətindəki (CQBK) tərəfdaşları Xəzər Universiteti ilə birgə “İnkişaf İqtisadiyyatı Akademiyası” layihəsinin icrasına başlayır.
Mia.az SOCAR-a istinadla bildiir ki, layihə çərçivəsində 20 tələbə Massaçusets Texnologiya İnstitutunun (MIT) “Data, İqtisadiyyat və İnkişaf Siyasəti” “MicroMaster” proqramında iştirak etmək şansı qazanacaq.
Xəzər Universitetinin və digər yerli ali təhsil müəssisələrinin professorları seçilmiş 20 tələbəyə beş fənn üzrə həftəlik fasilitasiya dərsləri vasitəsilə “MicroMaster” proqramında uğurlu nəticələr əldə etməkdə kömək göstərəcəklər.
Layihə çərçivəsində seçilmiş tələbələrə Mikroiqtisadiyyat, Sosial elmlər üçün data təhlili, İnkişaf siyasətinin əsasları: ali inkişaf iqtisadiyyatı, Siyasi iqtisadiyyat və iqtisadi inkişaf; Təsadüfi qiymətləndirmələrin dizaynı və icrası fənləri tədris olunacaq.
"Data, İqtisadiyyat və İnkişaf Siyasəti” “MicroMaster” proqramı ilə bağlı imzalanma mərasimində iştirak edən Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Hamlet İsaxanlı Xəzər Universiteti ilə SOCAR-ın birgə əməkdaşlığı nəticəsində həyata keçiriləcək proqramın icrasına böyük marağın olacağını bildirib, bir neçə mərhələli müsahibə və imtahanlar vasitəsilə ən yaxşı tələbələrin seçiləcəyinə inamını ifadə edib. O, həmçinin bu proqram məzunlarının Azərbaycanın davamlı inkişafına mühüm töhfələr verəcəyinə ümid etdiyini bildirib.
“SOCAR Midstream Operations” MMC-nin (SOCAR Midstream) icraçı direktoru Fuad Əhmədov isə qeyd edib ki, layihənin əsas məqsədi davamlı artan məlumatları şərh etmək, onları iqtisadi nöqteyi-nəzərdən hərtərəfli təhlil etmək və milli inkişaf strategiyalarının uğurlu icrası üçün davam edən və planlaşdırılan dövlət proqramlarına vaxtında töhfə vermək bacarığına malik gənc mütəxəssislərin yetişdirilməsidir.
Layihənin uğurlu nəticəsindən asılı olaraq, tələbələrə hər il bu və ya buna bənzər proqramlar üzrə davamlı dəstək verilməsi nəzərdə tutulur.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi