Bakıda yaşayış binasında güclü yanğın: bir nəfər ölüb - Açıqlamalar (Yenilənib)
17-05-2022 [23:59]
17 may 2022-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsi ev 62 ünvanında yerləşən üçmərtəbəli yaşayış binasında yanğın baş verib.
Mia.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, hazırda prokurorluq, Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti orqanların nümayəndələri hadisə yerindədilər. Prokurorluğun müstəntiqləri və kriminalistləri tərəfindən zəruri istintaq hərəkətləri həyata keçirilir: "İlkin məlumata əsasən, hadisə nəticəsində həmin yaşayış binasının 2-ci mərtəbəsində yaşayan 1948-ci il təvəllüdlü Elen Abdulabəyova ölüb. İctimaiyyətə əlavə məlumat veriləcəkdir".
***
Məlumat verildiyi kimi, Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsində yerləşən üçmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən söndürülüb.
Bu barədə FHN-nin Mətbuat Xidmətindən məlumat verilib.
Yanğın nəticəsində 7 nəfər xilas olunub, 1948-ci il təvəllüdlü Abdullayeva Yelen Amirovnanın meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, mənzillər arasındakı arakəsmələrin taxta konstruksiyalardan ibarət olması səbəbindən alovun geniş əraziyə yayılma riski yüksək olsa da yanğınsöndürmə qüvvələrinin gördüyü operativ və təxirəsalınmaz tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülərək binanın böyük hissəsi yanğından mühafizə olunub.
Belə ki, yanğın nəticəsində ilkin hesablamaya əsasən, 2 mənzil və ümumi istifadədə olan eyvan cəmi 75kv.m sahədə yanıb, digər mənzillər yanğından mühafizə olunub.
***
Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsində yerləşən üçmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində geniş əraziyə yayılmasına imkan verilməyərək saat 23:23-də söndürülüb.
Mia.az Fövqəladə Hallar Nazirliyinə istinadla bildirir ki, hadisə ilə bağlı əlavə məlumat veriləcək.
Bəzi iddialara görə, yanğında bir nəfər ölüb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi