9-cu sinif şagirdlərinin kütləvi şəkildə məktəbdən uzaqlaşdırılması: bu, qanunsuzdur! - "Şagirdin zəif olması 9 il ona keçilən dərsin nəticəsidir"
16-05-2022 [11:12]
Bakı və bölgələrdə buraxılış imtahanında nəticələri zəif olan 9-cu sinif şagirdləri kütləvi şəkildə məktəbdən uzaqlaşdırılır və peşə təhsilinə yönəldilir.
Mia.az xəbər verir ki, bunu AzVision.az -a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
O bildirib ki, valideynlər tərəfindən edilən şikayətlərdə direktorların bunu Təhsil Nazirliyinin diktəsi ilə etdikləri deyilir:
“Təəsüflər olsun ki, bir neçə ildir xoşagəlməz tendensiya yaşanır. Orta ümumtəhsil məktəblərində 9-cu sinfi bitərəndən sonra məktəb direktorları təhsil göstəriciləri zəif olan şagirdlərin 10-cu və 11-ci siniflərə keçməsi ilə bağlı ciddi problem yaradırlar. “Təhsil haqqında” Qanuna və Konstitusiyaya görə Azərbaycanda təhsil icbaridir və icbari təhsil 9 illikdir. 10-cu və 11-ci siniflərə getmək isə şagirdlərin könüllü seçimidir. Aprel ayında keçirilən buraxılış imtahanında zəif nəticə göstərən 9-cu sinif şagirdlərinə məktəb direktorları deyir ki, “sənədlərinizi götürün və bundan sonra təhsilinizi davam etdirməyəcəksiniz”.
Bu addımın atılmasına bir neçə səbəb göstərilir: Birincisi deyirlər ki, Təhsil Nazirliyi nəticələri zəif olan uşaqların peşə təhsilinə yönəldilməsini deyib. Görüntü baxımından yaxşıdır, insanların heç də hamısı ali təhsilli olmalı deyil və son illər peşə təhsilinin inkişafı istiqamətində gözəl işlər görülüb. Lakin bu, insanların təhsil almaq hüququnu tapdalayaraq edilməməlidir. Birmənalı olaraq orta ümumtəhsil mətkəblərində şagirdlər təhsillərini istəklərinə görə davam etdirməlidirlər.
İkinci tərəfdən bir neçə məktəb qeyd edir ki, onlarda təmayül siniflər var. Buraxılış imtahanındakı zəif nəticələrə görə təmayül siniflərə getmək olmaz. Bununla bağlı qaydalar var, amma bu o demək deyil ki, biz şagirdlərin 10-cu və 11-ci siniflərdə təhsil almaq hüququnu məhdudlaşdırmalıyıq”.
Təhsil eksperti qeyd edib ki, Bakıda və bölgələrdə 11-ci sinif nəticələrini yaxşılaşdırmaq üçün zəif olan şagirdlər kütləvi şəkildə məktəbdən çıxardılır. Bunun düzgün olmadığını vurğulayan ekspert bildirib ki, şagirdin təhsilinin zəif olması 9 il ona keçilən dərsin nəticəsidir.
"Şagird birdən-birə zəif olmadı. Bilikli uşaqlar məktəbin nəticələri deyil, hazırlıq kurslarının və repetitorların əməyinin bəhrəsidir. Bundan əlavə, bütün hallarda zəif uşaqlar 11-ci sinfə qədər təhsil almaq istəyir. O, bəlkə 11-ci sinfin attestatını alıb, xarici ölkəyə təhsil almağa gedəcək. Biz uşaqları mütəmadi olaraq imtahanlara salırıq, KSQ və BSQ-lər yazırlar. Onların bilik və bacarığının nə qədər olduğunu bilirik. Həqiqətən də bundan narahat idinizsə, vaxtında uşaqları məktəbdən çıxardardınız. Buna ona görə getmirsiniz ki, əmək haqqınız azalacaq və maaşda fərq yaranacaq. Amma 10-cu və 11-ci siniflərdə şagird sayının sizə aidiyyatı yoxdur. Heç bir halda direktorlara imkan verilməyib ki, şagidlərin təhsil almaq hüququ məhdudlaşdırılsın. Bu yolverilməzdir, ciddi qüsurdur. Bu hala yol verən məktəb direktorları cəzalandırılmalıdır".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi