Miqrasiya orqanlarına işə qəbul üçün müsabiqə elan edilib - Şərtlər
13-05-2022 [16:05]
Dövlət Miqrasiya Xidməti Azərbaycan miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən Azərbaycan vətəndaşları üçün müsabiqə elan edib. 31 iyul 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzi Azərbaycan miqrasiya orqanlarına qulluğa qəbulla əlaqədar elan edilmiş müsabiqənin test imtahanını keçirəcək.
DİM-dən verilən xəbərə görə, vakant vəzifələrin tələblərinə cavab verən, ali təhsilə malik olan, müsabiqənin test imtahanı mərhələsində iştirak etmək arzusu olan namizədlərin qeydiyyatı may ayının 16-dan iyun ayının 24-dək aparılacaq.
Vakant vəzifələr haqqında məlumat, vəzifələrin tutulma şərtləri və s. barədə buradan - https://exidmet.dim.gov.az/elimt/docs/V%C9%99zif%C9%99_t%C9%99limat%C4%B1-2022.pdf tanış olmaq mümkündür. Namizədlər qeyd olunan vakant vəzifələrdən biri üzrə müsabiqədə iştirak etmək üçün müraciət edə bilərlər.
Müsabiqə iki mərhələdən – test imtahanı və söhbətdən ibarətdir. Müsabiqənin test imtahanı mərhələsində namizədlərə qanunvericilik sahəsi üzrə 50, Azərbaycan dili üzrə 10, Azərbaycan tarixi üzrə 10, kompüter bilikləri üzrə 10, məntiqi təfəkkürün müəyyən edilməsi üçün 20 olmaqla, cəmi 100 test tapşırığı təqdim olunacaq. Hər test tapşırığı 1 balla qiymətləndirilir. Test imtahanında 70 və daha artıq bal toplayan namizədlər ikinci mərhələyə buraxılırlar.
İmtahanda müvəffəqiyyət qazanan namizədlər barədə məlumatlar Dövlət İmtahan Mərkəzi tərəfindən Dövlət Miqrasiya Xidmətinə təqdim olunacaq.
Namizədlərə imtahana daha səmərəli hazırlaşmaları üçün test imtahanı proqramı ilə tanış olmaları tövsiyə olunub:
Test imtahanı proqramları və ədəbiyyat siyahısı
İmtahanda iştirak etmək istəyən namizədlər Dövlət İmtahan Mərkəzinin internet saytında (http://ekabinet.dim.gov.az) “Şəxsi kabinet”lərini yaratmalıdırlar (bax, “Şəxsi kabinet"in yaradılması və istifadə qaydası”). Kabinet yaradılan zaman pul hesabı açılır. Namizədin imtahanda iştirak etməsi üçün ödənişin məbləği 82 AZN (ƏDV daxil olmaqla) təşkil edir. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat burada) istifadə etmək olar.
“Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanda iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinin internet saytında “Azərbaycan Respublikasının miqrasiya orqanlarına qəbul üzrə imtahanda iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyat zamanı namizədin ali təhsili haqqında məlumatları "Tələbə-məzun" dövlət elektron məlumat sistemi vasitəsilə yoxlanılır.
Qeydiyyatdan əvvəl namizədlər təhsil haqqında məlumatlarının "Tələbə-məzun" dövlət elektron məlumat sistemində olub-olmadığını "Elektron hökumət" portalından Dövlət İmtahan Mərkəzinin "Vətəndaş haqqında "Tələbə-məzun" dövlət elektron məlumat sistemindən çıxarış" elektron xidməti vasitəsilə də öyrənə bilərlər.
Sistemdə müvafiq məlumatlar olmadıqda namizədin qeydiyyatı aparılmır. Bu halda namizəd ona aid məlumatların "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daxil edilməsi üçün bitirdiyi təhsil müəssisəsinə müraciət etməlidir. Xaricdə təhsil almış namizədlər və sistemdə məlumatları olmayan digər namizədlər Dövlət İmtahan Mərkəzinə (Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi 299 və ya Dövlət İmtahan Mərkəzinin regional bölmələrinə) müraciət etməlidirlər.
Qeydiyyatdan keçmiş imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.
İmtahan, iştirakçıların sayı, mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq kağız daşıyıcılar vasitəsi ilə və ya xüsusi ayrılmış zallarda kompüter vasitəsi ilə elektron formada aparılacaqdır. İmtahan kompüter vasitəsi ilə elektron formada aparılacağı təqdirdə Bakı şəhəri üzrə Dövlət İmtahan Mərkəzinin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında yerləşən binasında keçiriləcəkdir. İmtahan kağız daşıyıcılar vasitəsi ilə aparılacağı təqdirdə namizəd buraxılış vərəqində göstərilən vaxtda və yerdə imtahanda iştirak etməlidir.
Prokurorluqda və digər dövlət orqanlarında xüsusi və ya hərbi rütbə nəzərdə tutulan vəzifələrdə işləyənlər; digər dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçuları; hüquq sahəsində elmlər doktoru elmi dərəcəsi olan şəxslər müsabiqənin test imtahanı mərhələsindən azad edilirlər və onlarla yalnız söhbət aparılır.
Test imtahanından azad edilən şəxslər şəxsən sənədlərini (kadrlar uçotunun şəxsi vərəqəsi, ərizə, şəxsiyyət vəsiqəsinin surəti, təhsil haqqında sənədin surəti, hərbi biletin surəti (kişilər üçün), əmək kitabçasının surəti (olduğu təqdirdə), 2 (iki) ədəd fotoşəkil (3x4sm ölçüdə)) 2022-ci il may ayının 16-dan iyun ayının 24-dək hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Dövlət Miqrasiya Xidmətinin Aparatına (Ünvan: AZ1114, Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi şossesi 202) təqdim etməlidirlər.
Ali hüquq təhsilinə və xarici dil (yüksək səviyyədə) biliklərinə malik olan şəxslərə üstünlük verilir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi