Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
08-05-2022 [00:07]
Qoç - hadisələrin axarından kənar qalmağa can atmayın. Qəfil tanışlıq ola bilər. Yeni müttəfiq və ya tərəfdaş qazanmaq şansını əldən verməyin. Xidmət, faydalı məlumat mübadiləsi olmalıdır.
Günün ikinci yarısında gözləntilərinizdə absolyut həddə çatmayın. İşlədiyiniz insanı ideallaşdırmayın, ona xas olmayan məziyyətləri gördüyünüzü düşünməyin.
Axşam saatlarında bir qədər tək qalın. Yeni xəbər sizi düşündürəcək.
Buğa - tərəfdaşlarınız və şərikləriniz bu gün sizdən fəallıq tələb edəcəklər. Onların arasında ruhdan düşənlər, şübhəlilər, sürəkli tənqidə üstünlük verənlər var. Həmin şəxslərlə nikbin danışın, əməkdaşlığı intensivləşdirin.
Ötənlərin təcrübəsindən yararlanın.
Günün yarısında sizə mühüm məsələdən xəbər vermək istəyən insanı diqqətlə dinləyin. Heç bir motivi olmayan aqressiya meylləri ilə üzləşsəniz, ünsiyyəti minimuma endirin. Sənədləşdirmə, müzakirələr, məsləhətləşmələr, təqdimat, yeni sifarişçi və ya müştəri axtarışları üçün əlverişli zaman deyil.
Ziddiyyətləri aradan qaldırmağa can atın.
Əkizlər - gərgin, çətin gündür. Yaradıcılıq istəyi, emosiyalar bol olacaq. Uğursuzluqlarla yanaşı, uğurlar da istisna deyil. Əhvalınız yaxşı olsun. Dürüst istiqaməti seçin. Ətrafınızdakı olaylardan baş çıxarın. Az sonra yaşanacaq hadisələrlə bağlı aldığınız ilkin məlumatlardan yararlanın.
Günün ikinci yarısında heç nədə ifrata varmayın. Qətiyyətli və iradəli olun. Məlumat axtarışı, informasiya arayışı, qeyri-standart həllər tələb edən işlə məşğul olmaq zərurəti yaranacaq. Səfərlərlə qəfil hadisələr istisna deyil. Ünsiyyətdə səmimi olun. Maraqlandığınız olayın təfərrüatlarını öyrənin.
Xərçəng - potensialınızla ehtiyatlarınızı, habelə imkanlarınızı real dəyərləndirin. Neqativin artma təmayülü var. Narazılıq, maaş azlığından şikayət, diqqətsizlikdən zinhara gəlmək istisna deyil. Sizi təlaşa salan məqamları açıq müzakirə etməkdən çəkinməyin.
Günün ikinci yarısında tənqidə ifrat meylli insanlarla uzun-uzadı söhbətlərə başlamayın. Belə ünsiyyət sizi sinirləndirəcək, əhvalınızı korlayacaq və ən əsası konstruktiv olmayacaq.
Start bank əməliyyatlarına başlamaq məsləhət deyil. Maliyyə məsələlərində tələsik qərarlar verməyin.
Şir - kommersiya məsələləri və kollektiv tədbirlərdə mövqelərinizi müdafiə edin. Gəlir əldə etmək üçün istənilən imkandan istifadə edin. Perspektivə hesablanmış yeni fəaliyyət variantlarını hesablamaq olar. Təşəbbüskar olun. Toplantılara və diskussiyalara qatılın.
Günün ikinci yarısında daxili prosesə konstruktiv məcra verin. Hadisələrin arzuolunan istiqamətini seçməyə çalışmayın. İrəliləyiş üçün güzəştlərə hazır olmalısınız.
Problemləri vaxtında həll edin.
Qız - günün ilk yarısında o qədər də xoş olmayan xəbərlər ala bilərsiniz. Lakin həqiqəti bilin, faktlara laqeyd yanaşmayın. Sənədləşdirmədə və hesablamalarda diqqətli olun. Səhvlərə, kobud yanlışlıqlara yol verməməyə çalışın.
Günün ikinci yarısı yeni bilik və bacarıqların əldə olunması, gərəkli məlumatların aranması üçün əlverişli zamandır. Ünsiyyətdə sayıq olun, yazışmalarda ləngimələrə yol verməyin.
Əhvalınıza və fəaliyyətinizə pis təsir edən təmaslarla ünsiyyəti azaldın.
Axşam saatlarında səhhətinizə fikir verin.
Tərəzi - ağır, rutin, çətin işlərə hazırlaşın. Fəaliyyətinizdə qətiyyətli və əzmkar olun, sonadək gedin. Yolunuzdan sapmayın. Ünsiyyətdə məsələlərin maddi tərəfinin nəzərdən keçirilməsi asan olmayacaq.
Xərclərinizə diqqət yetirin.
Günün ikinci yarısında kiçik problemlərin həllinə baş qataraq əsas müşkülü unutmayın. Alış-verişdə bədxərclik etməyin. Bankdan kredit götürməyin. Riskli təklifləri sayıqlıqla dəyərləndirin.
Axşam saatlarında gəzintiyə çıxın.
Əqrəb - problemlərin əksəriyyətinin kökündə qeyri-obyektivlik durur. Yaşananları ürəyinizə salmayın. Bununla belə, proseslərə real dəyər verin. Hissiyatın artması və emosional davranış fəaliyyətinizdə ləngimələr, fasilələr yarada bilər. Məhsuldar əməkdaşlıq varsa, onun qədrini bilin.
Günün ikinci yarısında əsəbləşməyin, yaxın ətrafınızdakı insanları sərt tənqid etməyin. Genişmiqyaslı, riskli, uzunmüddətli layihəyə başlamayın. Önəmli müzakirəni və ya təhlili ertələyin.
Axşam saatlarında normal istirahət edin.
Oxatan - tələskənliyə yol verməyin. Müstəqil fəaliyyət, ünsiyyət çevrəsinin bir qədər məhdudlaşdırılması üçün münasib zamandır. Mənfi nəticə də bir sonucdur. Tələsik və hövlnak addımlar atmayın. Spontan tədbirlər istənilən nəticə verməyəcək.
Günün ikinci yarısında əvvəlcədən hazırlanmış ssenari üzrə hərəkət edin. Pis əhvalın təsirinə düşərək səhvlərə yol verməyin. İnformasiyaların hamısını müzakirə etməyə can atmayın. Mənasız ideyalara, absurd illüziyalara qatılmayın.
Anonim məlumatın alınması istisna deyil.
Oğlaq - mühüm nüansların çözülməsini başqa şəxslərə etibar etməyin. Yaxın ətrafınızdakı insanlara kor-koranə şəkildə inanmayın. Onların arasında hətta ən yaxşı məramla sizə yanlış məsləhətlər verənlər ola bilər. Nə isə aydın deyilsə, qətiyyətli olun. Problemi sonadək araşdırın.
Günün ikinci yarısında kobud səhvlərə yol verməməyə çalışın. Fəaliyyətinizdə kompüter avadanlığı və texniki vasitələrdə məntiqli şəkildə istifadə edin. Spontan qərarlar üçün əlverişli zaman deyil.
Axşam saatlarına yaxın alış-veriş etmək, önəmli qərar qəbul etmək olar.
Dolça - ənənəvi, öyrəşdiyiniz proseslərdə dəyişikliklər olacaq. Adət etdiyiniz məcranı dayandırmayın. Süni təzyiqlərə əl atmayın. Hadisələrə təsir imkanlarına malik insanlarla təmasları aktivləşdirin. Dövlət qurumlarına müraciət etmək üçün münasib zamandır.
Günün ikinci yarısında problemlərin sayının artmasını məğlubiyyətə aparan yol saymayın. İrəliləmək imkanlarınız var. Şəxsi münasibətlərdə qəti qərar verməyə tələsməyin. Dediyiniz sözləri fikirləşin.
Axşam saatlarında fərdi enerjinizə qənaət edin. Mental durumunuzu dəyərləndirin.
Balıqlar - günün ilk yarısında maraqlı xəbərlər eşidəcəksiniz. Xərclər artacaq. Yeniliklərə çox aludə olmayın.
Güclü emosiyaların təsiri altında qərarlarınızı dəyişməyin. Məşğul olduğunuz işi yarımçıq qoymayın. Laqeyd və soyuqqanlı insan təsiri bağışlamayın. Yaxın ətrafınızdakı insanlara qarşı çox iradlar irəli sürməyin. Ümumi fəaliyyətin konturlarını tənzimləyin. Təcili həllini tələb edən məsələləri unutmayın.
Günün ikinci yarısında eksperimentlərə aludə olmayın. Alış-verişdə çox pul xərcləməyin. Borc almayın, kredit götürməyin.
Axşam saatlarını dəyər verdiyiniz insanlara həsr edin.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi