Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
06-05-2022 [00:03]
Qoç - Rutin işlərdən yayınmayın. Yaxın ətrafınızdakı insanlar sizə can atırlar. Amma təmaslar rahat və xoşagələn olmaya bilər. Sizdən yardım istəyəcək, bir sıra problemlərin həllini sizə həvalə etməyə çalışacaqlar. İnformasiya mübadiləsinə və məlumatların paylaşmasına fikir verin.
Günün ikinci yarısı bilavasitə fəaliyyət sahənizlə bağlı məsələlərin həlli üçün əlverişlidir. Münaqişəli situasiyalarda nümayişkaranə şəkildə sərt olmayın. Gələn xəbərləri təhlil edin. Proseslərlə bağlı mümkün qədər çox məlumat əldə edin.
Axşam saatlarında gəzintiyə çıxmaq olar.
Buğa - Yaxın ətrafınızdakı insanlarla təmasda balansa riayət edin. Müstəqil olun, asılı insan təsiri bağışlamayın. Niyyət və istəklərinizdən patoloji dərəcədə asılı qalmayın. Fəaliyyətinizdə harmoniyaya nail olun.
Günün ikinci yarısında özünüzü və ya sayğı bəslədiyiniz insanı ideallaşdırmayın. Yeni layihəni razılaşdırmadan gerçəkləşdirməyə can atmayın. Qətiyyətli olun, amma aqressiv davranmayın. Axşam saatlarına yaxın münasibətləri aydınlaşdırmağa təşəbbüs göstərməyin. Qarşı tərəfdə dialoq istəyi olmalıdır.
Əkizlər - Günün ilk yarısı normal axardadır. Hadisələrin inkişaf məcrasına süni təkanlar verməyin. Kənar amillərin təsiri altında bəzi ssenariləri dəyişmək gərəkdir. Öhdəliklərinizi və vədlərinizi unutmayın. Səhhətinizə fikir verin.
Günün ikinci yarısında neqativ məqamlar sizdə bədbinlik yaratmasın. Müəmmalı situasiyada konstruktiv qərar verməyə çalışın. Yaxşı tanımadığınız insanla bağlı tələsik fikir söyləməyin. Bir sıra detallardan agah olmağınız lazımdır.
Axşam saatlarında evdən kənarda istirahət edin.
Xərçəng - Sizi təəccübləndirəcək çox hadisə olacaq. Arzuladığınız işlərdən birinə başlamaq şansı yaranacaq. Fürsətdən yararlanın. Qəfil hadisə əhvalınızı korlayaraq fəaliyyətinizə pəl vura bilər. İşlərdən biri gəlir və ya rəqiblərlə müqayisədə üstünlük vəd edir.
Günün ikinci yarısında yeni əlaqələr qurun, təmasları aktivləşdirin, münasibətləri nizamlayın.
Diqqətinizə və qayğınıza ehtiyac duyan insanlara dəstək olun. Enerjiniz az deyil. Emosiyalara qapılmayın. Təmaslarda ehtiyatlı olun. Axşam saatlarında səhhətinizə fikir verin, çox işləməyin.
Şir - Ünsiyyətdə qarşılıqlı iradların sayını azaldın. Susmağa, qarşı tərəfi dinləməyə üstünlük verin. Maraqlandığınız məsələnin təfərrüatlarını öyrənin. Yüz ölçün, bir biçin. Fəaliyyət istiqamətində dəyişikliklər etmək olar.
Günün ikinci yarısınlda ailə problemlərini müzakirə etmək, məişətdəki çətinlikdən çıxış yolu aramaq olar. Fikrinizi absolyut həqiqət saymayın.
Axşam saatlarında durumda mübhəm gərginlik var. Özünüzü narahat hiss etdiyiniz yeri tərk edin.
Qız - Uzaqdakı tanış və ya dostlardan birindən qəfil xəbər alacaqsınız. Ünsiyyətdə səmimi olun. Sizi ilk sözdən anlayan, dərk edən insan üçün darıxa bilərsiniz. Fərdi təşəbbüsləriniz qeyri-müəyyən nəticələr vəd edir.
Günün ikinci yarısında görüşü və ya müzakirələri təxirə salmayın. Yaxşı tanımadığınız insana sirlərinizi etibar etməyin. Məktubunuza mənfi cavab almağınız, görüş təklifinizdən imtina istisna deyil.
Etibarlı dostlara inanın. Axşam saatlarında səfər və ya səyahət məsləhət deyil.
Tərəzi - Günün ilk yarısında durum birmənalı deyil. İrəliyə doğru hərəkətiniz davranış motivlərinizdən asılıdır. Aqressiv, sərt, kinli olmayın. Seçimlərdə hisslərə əsir düşməyin.
Maliyyə məsələləri yaxınlarınızla təmaslarınıza mənfi təsir etməməlidir.
Günün ikinci yarısında qısqanclıq mənasızdır. Rəqabət güclənəcək. Qarşılıqlı münasibətlərdə bəzi nüansları diqqətdən qaçırmayın.
Alış-veriş, hədiyyə almaq üçün axşam saatlarını seçin. Kredit göütrmək və ya pul köçürmək üçün münasib vaxt sabahdır.
Əqrəb - Yaşananların məğzini hiss etməyə çalışın. Üstün məziyyətlərinizdən faydalanın. Emosiyalarınıza nəzarət edin. Fikir və ya ideyanın köləsinə çevrilməyin. Güclü hisslərə zərurət duyursunuzsa, spontan addımlar atmayın.
Günün ikinci yarısında impulsiv qərarlarla situasiyanı daha da ağırlaşdırmayın. Yaxın ətrafınızdakı insanları qaba davranışa təhrik etməyin.
Axşam saatlarında stresdən qurtulmağa çalışın.
Oxatan - Emosional durumunuz işlərin gedişatını müəyyənləşdirəcək. Tənqidə, eyhamlara aqressiv reaksiya verməyin. Birmənalı olmayan situasiyada məntiqli və təmkinli davranın. Hisslərinizə məğlub olsanız, kobud səhvə yol verəcəksiniz.
Günün ikinci yarısı yeni təmasların qurulması və əlaqələrin yaradılması üçün əlverişli deyil. İnternetdə çox vaxt keçirməyin. Gərəkli informasiyanın axtarışı ilə kifayətlənin. Önəmli müzakirəni ertələyin. Ən yaxşı mühafizəçiniz intuisiyanızdır. Sizdə neqativ xatirələr və assosiasiyalar yaradan insanla münasibətləri kəsin. Etiraflar təhlükəlidir.
Oğlaq - Təhlükəsiz davranış modelini seçsəniz, gününüz pis keçməyəcək. Ciddi, məsuliyyətli qərar verməyə tələsməyin. Səhv və yanlışlıq riski var. Tənqidlərə, zarafata, iradlara sərt reaksiya verməyin. Kiçik uğursuzluqlar sizi əsla ruhdan salmamalıdır.
Günün ikinci yarısında energetik vampirlə qarşılaşacaqsınız. Belə adamlar başqalarının əhvalını korlamaqdan həzz alırlar. Yaxınlarınız, dostlarınız, dəyər verdiyiniz insanlarla ünsiyyətdə səmimi olun.
Axşam saatlarına yaxın normal istirahət etməyə çalışın.
Dolça - Günün ilk yarısı tanışlıq və mühüm əlaqələr üçün düşərli zaman deyil. Start aktiv olmalıdır. Əks təqdirdə işlərdə ciddi problemlər yarana bilər. Opponentləriniz aktivləşəcəklər. Səfərdə çətinlik və ağırlıq istisna deyil.
Günün ikinci yarısında sözləriniz və jestlərinizə qeyri-adekvat reaksiya olacaq. Sizə orijinal, qeyri-adi təsir bağışlayan ünsürləri yaxın ətrafınızdakı insanlar tənqid, aşağılama, boşboğazlıq kimi qəbul edə bilərlər.
Neqativ emosiyaların əsiri olmayın.
Balıqlar - Diqqətli və ayıq olun. Kiçik detalları nəzərdən qaçırmasanız, sizdən gizlətməyə çalışılan həqiqətləri görəcəksiniz. İşlərinizə istənilən səviyyədə kənar təsirlərin qarşısını alın. Təzyiqlərin qarşısında geri çəkilməyin.
Verbal təmaslar və yazışmalar mövqelərinizi zəiflədə bilər.
Günün ikinci yarısında situasiya kəskin, sürətli müdaxilə tələb etmirsə, ən cazibədar təsir bağışlayan təklifləri belə, cavablamağa tələsməyin.
Axşam saatlarına yaxın spontan səfərlərə yollanmayın. Riskli yerlərdə çox vaxt keçirməyin.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi