Allahşükür Paşazadə Fransada Avropa Şurasının sədr müavini görüşüb
02-05-2022 [22:56]
Fransada səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə mayın 2-də Strasburq şəhərində Avropa Şurasının sədr müavini Byorn Berq ilə görüşüb.
QMİ-nin Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, İslam dünyasının yeganə təmsilçisi qismində Avropa Şurasının «Din və sülh, din və insan hüquqları üzrə dinlərarası dialoq» mövzusunda keçirdiyi beynəlxalq konfransda iştirak və məruzə etmiş Şeyxülislam A.Paşazadəni səmimi salamlayan B. Berq müsəlmanların müqəddəs Ramazan bayramı münasibətilə Azərbaycanın və Qafqazın dini liderini təbrik etdi, belə bir xoş gündə Strasburqda olmasından məmnunluğunu bildirərək səmimi arzularını ifadə edib.
Şeyxülislam Avropa Şurasının keçirdiyi tədbirə böyük önəm verərək qatıldığını və burada müzakirə olunan dinlərarası dialoqun dərin əhəmiyyət kəsb etməsini qeyd edib. O bildirib ki, dünyada sülhün və müqəddəs dəyər olan insan həyatının qorunması istiqamətində 40 ildən artıq Şeyxülislamlıq fəaliyyəti dövründə dinlərarası dialoq müstəvisinə hər zaman önəm verib, bu yöndə əməli səylərini, o cümlədən, beynəlxalq təşkilatlarla əməkdaşlıq zəminində səylərini əsirgəməyib.
Avropa Şurası təmsilçisi Şeyxülislam A.Paşazadənin fəaliyyətini yüksək qiymətləndirərək onun Qafqazda sülhün bərqərarı üçün dini liderlərlə görüşlərini dəyərləndirərək bunu dinlərarası dialoq işinə böyük töhfə kimi qeyd edib. QMİ sədri sülhyaratma istiqamətində dini liderlərin görüşlərində davamlı iştirakının ən mühüm nəticəsi kimi Qafqazda münaqişənin heç bir vəchlə dini qarşıdurma müstəvisinə keçməməsini vurğulayaraq, bu istiqamətdə səyləri olduqca yüksək qiymətləndirib.
Azərbaycan dövlətinin 44 günlük Vətən müharibəsində Zəfər qazanmasından sonra azad olunmuş torpaqlarımızda aparılan yenidənqurma, dini-mənəvi irsin dirçəldilməsi yönündə aparılan işlər kontekstində A.Paşazadə bir sıra mühüm məqamları AŞ Baş katibi müavininin diqqətinə çatdırmışdır. Bu əsnada, işğal dövründə İslam dini abidələrinin həqarətə uğradılması, məhv edilməsi ilə yanaşı xristian və digər dinlərə mənsub mənəvi məkanların, qəbirstanlıq və tarixi abidələrin da vandalizm qurbanı olması məsələsinə diqqəti çəkən A.Paşazadə erməni işğalçılarının dini məbədlərin, o cümlədən, xristian kilsələrinin mənşəyinin dəyişdirilməsi yönündə həyata keçirdikləri saxtalaşdırma işlərindən bəhs etdi.
Şeyxülislam bildirib ki, Azərbaycandakı dini konfessiya rəhbərləri ilə birlikdə işğaldan azad olunmuş əraziləri ilk dəfə ziyarət edərkən milli-mənəvi-dini irsimizə qarşı işğalçılar tərəfindən törədilmiş cinayətlərin miqyasını - mədəni irsə qarşı soyqırımın dəhşətlərini görmüşlər. Törətdikləri vandalizm aktlarını danan erməni tərəfinin dünya ictimaiyyətinə guya onların dini məbədlərinin dağıdılması ilə bağlı müraciətlər edərək saxta məlumatlar yaymasını yolverilməz hesab edən QMİ sədri Avropa Şurası rəsmilərini azad edilmiş torpaqlarımıza səfər etməyə dəvət edərək bütün faktları özlərinin müşahidə etməsini təklif etdi.
Azərbaycan dövlətinin multikultural həyatı dəstəkləyən siyasətindən bəhs edən A.Paşazadə müxtəlif dini və milli mənsubiyyət daşıyıcısı olan vətəndaşlarımızın dövlətin diqqət və qayğısı ilə əhatə olunmasından, öz dini ibadətlərini, bayramlarını azad qeyd etmələrindən, dini məbədlərinin dövlət tərəfindən təmir-bərpa, yenilərinin inşa edilməsindən bəhs edib. Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulmasının vacib amil olduğuna diqqəti çəkən Şeyxülislam A.Paşazadə bu müdrik siyasətin əsasının xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmasını və bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və inkişaf etdirilməsindən danışdı və bu siyasətin uğurunun təzahürü olaraq Azərbaycanda mənəvi harmoniya şəraitində yaşayan, bütün dünya üçün nümunəvi birgəyaşayış modeli olan multikultural cəmiyyətin mövcudluğunu vurğuladı. Bildirib ki, ünyada insan həmrəyliyinə xidmət edən qlobal ideyalar irəli sürən Azərbaycan Prezidenti İlham Əliyev cənabları Multikulturalim, İslam Həmrəyliyi illərinin elan olunmasının təşəbbüskarı, Mədəniyətlərarası dialoqa dair məhşur Bakı prosesinin müəllifidir. Azərbaycanda dini konfessiya rəhbərlərinin dövlət rəhbəri ilə qardaşlıq süfrəsi — İftar mərasimlərində bir araya gəlmək kimi dəyərli ənənəsi mövcuddur.
Şeyxülislam Avropa Şurasının Strasburqda baş tutmuş konfransa, dinlərarası dialoqa dair Strasburq prinsiplərinə böyük dəyər verib və qurum xəttilə bu prosesin davamı olaraq növbəti konfransın tolerantlıq məkanı və multikultural dəyərlər ölkəsi Azərbaycanda keçirilməsini təklif edib. Avropa Şurasının rəsmisi Byorn Berq bu təklifi müsbət qiymətləndirib və qurumlarının gələcək konfranslarla bağlı dəyərləndirilmə prosesində bu təklifin hökmən nəzərdən keçiriləcəyini bildirib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi