Sabiq deputat, icra başçısı... - Onlar da əfv olunacaqmı?
28-04-2022 [15:20]
Hüquq müdafiəçiləri “siyasi məhbus” hesab edilən 37 nəfərin əfv edilməsi üçün onların sənədlərini Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasına təqdim edib.
Bu barədə mətbuata açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib.
Onun sözlərinə gərə, siyahı artıq komissiyaya göndərilib: “Həbsdə olan jurnalistlər, bloqerlər, hüquq müdafiəçiləri, qəzet redaktorları və digərləri bu siyahıya daxildir. Əfv Məsələləri Komissiyasına göndərdiyimiz siyahıda AXCP fəalı, sabiq icra başçısı Saleh Rüstəmli, ömürlük həbs cəzası alan Şəmsi Səmədzadə, sabiq deputat Hüseyn Abdullayev və digər tanınmışların da adı var”.
Hüquq müdafiəçisi sabiq deputat Eldəniz Səlimovun siyahıya salınıb-salınmaması ilə bağlı sualı da cavablandırıb. Novella Cəfəroğlu bildirib ki, Eldəniz Səlimov bununla bağlı onlara müraciət etməyib.
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev Bakupost.az -a açıqlamasında vurğulayıb ki, bu, ölkə başçısı tərəfindən müəyyən edilən bir məsələdir: "Ayrı-ayrı şəxslər, eyni zamanda əfv komissiyasının üzvləri bunu müəyyən edə bilməz. Bu Prezidentin verəcəyi qərardır. Eyni zamanda, siyahıya kimlərin əlavə olunması barədə də Əfv Komissiyası tərəfindən hansısa məlumat açıqlana bilməz. Çünki bunlar şəxsi məlumatlardır".
Qeyd edək ki, Azərbaycanda 28 May Müstəqillik Günü ilə əlaqədar əfv sərəncamının imzalanması gözlənilir. Aprelin 26-da Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi