“AZERCELL CUP” müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTOLAR
28-04-2022 [14:33]
Aprel ayının 27-si “Azercell Telekom” MMC və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində təşkil edilən “AZERCELL CUP” müsabiqəsinin qalibləri ilə görüş keçirilib.
Şirkətdən Mia.az-a verilən məlumata görə, 300-dən çox 5-7-ci sinif şagirdlərinin qatıldığı müsabiqədə informatika fənni üzrə xüsusi bilikləri ilə fərqlənərək birinci, ikinci və üçüncü yeri qazanan 21 iştirakçı lider mobil operator tərəfindən sertifikatlar və dəyərli hədiyyələrlə təltif edilib.
Mükafatlandırma mərasimi “Azercell Telekom” MMC-nin rəhbər heyəti, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Təhsil İnstitutunun rəsmilərinin iştirakı ilə baş tutub.
Tədbirin açılışını edən “Azercell”in Media ilə əlaqələr üzrə direktoru Nigar Şıxlinskaya qalibləri təbrik edərək gənclərin elmi potensialının aşkar edilməsinə və inkişafına yönələn bu təşəbbüsün “Azercell” üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb: “İKT müasir həyatın bütün aspektlərini əhatə edir, həm insanlar, həm də cihazlar arasında qarşılıqlı fəaliyyət, ünsiyyət, informasiya əldə etmək üçün yeni, daha sürətli yollar təqdim edir. İKT sahəsi üzrə mütəxəssislərin yetişdirilməsi, rəqəmsal texnologiyalara, informatika elminə maraq göstərən, alqoritmik düşünmə qabiliyyəti ilə fərqlənən şagird və tələbələrin inkişaf etdirilməsi “Azercell”in sosial məsuliyyət strategiyasının vacib istiqamətlərindəndir. 2017-ci ildən etibarən “Azercell” Təhsil Nazirliyi və İnformatika üzrə Milli Olimpiada komandasının məğrur tərəfdaşı qismində məktəblilərimizin müxtəlif miqyaslı beynəlxalq olimpiada və müsabiqələrə hazırlıq prosesinə dəstək olur. Şagirdlərimizlə qürur duyur, onlara topladıqları bilikləri uğurla nümayiş etdirməyi arzu edirik!”.
Sözügedən müddətdə məktəblilərimiz müxtəlif miqyaslı olimpiada və müsabiqələrdə uğurla çıxış edərək 1 qızıl, 10 gümüş, 23 bürünc olmaqla, ümumilikdə 34 medal əldə ediblər.
Ümumi təhsilin təşkili və idarəolunması sektorunun rəhbəri Fuad Qarayev bu layihənin gerçəkləşməsinə göstərdiyi dəstək üçün “Azercell” şirkətinə öz təşəkkürünü bildirərək ümumtəhsil müəssisələrində dövlət və özəl əməkdaşlığının əhəmiyyətini vurğulayıb.
Tədbirin rəsmi hissəsindən sonra “Azercell Plaza”da şagirdlər üçün ekskursiya proqramı da təşkil edilib. Məktəblilər şirkətin ayrı-ayrı şöbələrinin fəaliyyəti ilə yaxından tanış olub, onları maraqlandıran sualları “Azercell” əməkdaşlarına ünvanlayıblar.
Xatırladaq ki, ötən ilin iyun ayında start verilən “AZERCELL CUP” proqramlaşdırma üzrə iki mərhələli müsabiqə lider mobil operatorun 25 illik yubileyinə həsr olunub. ADA universitetində baş tutan final turunda 5 alqoritmik məsələnin həlli üçün 3 saat vaxt təqdim edilmişdir. Nəticədə 4 şagird birinci, 7 şagird ikinci və 10 şagird isə üçüncü yeri qazanmışdı.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi